Sizin reklam burada 728×90
Son dəqiqə

Sabirabadda avtomobil kanala aşıb, xəsarət alanlar var

12.08.2025 08:43 300 1 dəq oxunur
Sabirabadda avtomobil kanala aşıb, xəsarət alanlar var
Sabirabad rayonunda avtomobil kanala aşıb, xəsarət alanlar var.

Hadisə rayonun Moranlı kəndi ərazisində baş verib.

Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kanala düşüb.

Qəza nəticəsində Moranlı kənd sakinləri, 1999-cu il təvəllüdlü İsmayılzadə Ülvü Abuzər oğlu, 1995-ci il təvəllüdlü Mirzəzadə Eyvaz Aslan oğlu və 2000-ci il təvəllüdlü Mirzəzadə Nemət Sərdar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla balı araşdırma aparılır.(Report)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az