Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda dəhşət: Bəy gəlin üçün toy donu almaqdan qayıdarkən öldü

06.11.2022 18:44 754 1 dəq oxunur
Azərbaycanda dəhşət: Bəy gəlin üçün toy donu almaqdan qayıdarkən öldü
Sabirabadda "Mercedes" markalı avtomobilin kanala aşıb.

bakunews.az məlumatına görə, Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində sürücü, Beyləqan rayonunun Yeni Mil-qəsəbə sakini, 1995-ci il təvəllüdlü Vəlizadə Elman Mürşüd oğlu və avtomobildə olan sərnişin Ağcabədi rayonunun Xocavənd kənd sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı suda boğularaq ölüblər.

Digər sərnişinlər - Beyləqan rayonunu Yeni Mil qəsəbə sakinləri olan sürücünün atası 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, anası 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əlağa qızı və sürücünün nişanlısı Ağcabədi rayonunun Xocavənd kənd sakini, 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı yüngül xəsarətlər alıblar.
Qeyd edək ki, nişanlı cütlüyün yaxın zamanlarda toyu olacaqdı. Onlar Bakıya gəlinlik donu almaq üçün (bazarılq) gedərkən yolda qəzaya düşüblər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az