• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Məcnun Məmmədov nazirliyi “şumlayıb” - Nazirə qarşı ağır ittihamlar...

Gündəm / Ölkə

24-02-2026, 10:42

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov köhnə komandanın böyük əksəriyyətini işdən uzaqlaşdırıb və yerlərinə öz yaxın dostlarını gətirib...

Bu iddia ilə "Ovqat.com" saytı çıxış edib

“Məcnun Məmmədovun 5 müşaviri var, hamısını da əvvəl işlədiyi holdinqdən gətirib və hər birinə 15-20 min manat paket verir. Bunlardan biri Zaur Əliyevdir. Nazirin tələbə yoldaşı olduğu deyilir. FETÖ ilə əlaqəsi barədə ciddi iddialar səsləndirilir”, deyə saytın mənbəsi iddia edir.

Digər iddialara görə, Zaur Əliyev bütün qurumlara öz adamlarını yerləşdirib və yaxın zamanlarda nazir müavini olmağa hazırlaşır.

Saytın yazdığına görə, Məcnun Məmmədovun digər müşaviri Fərid Nəcəfov ötən ilin iyul ayında bu vəzifəyə təyin olunub. Nazirin kadr siyasətinə nəzarət edir. Yəni KTN-ə təyin olunan hər kəsin sənədi bu adamın əlinin altından keçir. Mətbuata verilən rəsmi məlumatlarda onun harada təhsil aldığı göstərilmir: “Fərid Nəcəfov orta məktəbi bitirdikdən sonra qəbul imtahanına girmədən Dağıstandakı bir universitetə daxil olub. Guya orada 1-2 il təhsil aldıqdan sonra Azərbaycanda bir universitetə “perevod” olunub. Bu “perevod”dan sonra onun karyerasının qızıl çağları başlayıb. Əvvəl “Gilan Holding”ə, sonra isə KTN-ə transfer olunub. Özünün deyinə görə, “Gilan Holding”in İstehsalat, İnşaat, Pərakəndə satış sektorlarında İnsan Resursları şöbəsində böyük təcrübə qazanıb. Bir sözlə, bu böyük təcrübəyə malik adamın iş və təhsil həyatı müdhiş “perevod” və transferlərlə doludur”.

Məcnun Məmmədovun digər müşaviri Rövşən Həsənov da qeyri-adi bacarığı ilə digər həmkarlarından geri qalmır.
“Vaxtilə “MKT İK” MMC-nin direktoru vəzifəsində işləyən Rövşən Həsənov pambıq yığımına nəzarət edib. İddialara görə, rəhbərlik etdiyi şirkətə milyonlarla pul atıb, gəlib KTN-ə”, deyə sayt yazır.

Digər iki müşavir barədə də bəzi ilginc məlumatlar verən mənbə ən maraqlı iddiaları “Aqrar Xidmətlər Agentliyi” və “Aqrolizinq”lə bağlıdır.

İddialara görə, 2 noyabr 2023-cü il tarixində nazir Məcnun Məmmədovun imzaladığı əmrlə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri vəzifəsinə təyin olunan Sərdar Hacıyev bundan əvvəl “Yalama Aqropark” MMC-nin İdarə Heyətinə rəhbərlik edib. Onun da nazirin xüsusi diqqəti sayəsində ayda 15-20 min manat “maaş əlavəsi” aldığı vurğulanır.

AXA-ya yeni təyinatlarla bağlı digər maraqlı iddia quruma sədr müavini təyin olunan Elməddin Namazovla bağlıdır. Bildirilir ki, Elməddin Namazov aqrokimya fakültəsini bitirməsinə baxmayaraq, ölkənin baytarlığına rəhbərlik edir.

Heyvan xəstəliklərinin adını belə bilməyən bu adamın həmin vəzifəyə təyin olunması hər kəsdə təəccüb doğurub. BMT-nin

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisində indiki AXA sədri Sərdar Hacıyevlə bir yerdə işlədiyi bildirilən Elməddin Namazovun məhz bu səbəbdən həmin vəzifəyə gətirilib. Yəni adamın yeganə işgüzar keyfiyyəti öz sədrlə eyni qeyri-hökumət təşkilatında işləməsi olub.

AXA-nın yeni təyin edilən sədr müavini Taleh Zeynalovun isə nazirin biznes şəriki olduğuna dair iddialar var.
Bildirildiyinə görə, nazir ilə Taleh Zeynalov Qusarda birlikdə bağ salıblar. Əvvəllər hansısa idarədə laborant işləyən Taleh Zeynalov torpaq analizi ilə məşğul olub. İndi isə AXA kimi önəmli bir quruma sədr müavini vəzifəsinə gətirilib.

KTN-nin bir başqa maraqlı kadrı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Mehman Veysəlovdur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb, Oksford Universiteti “Said Biznes Məktəbi”nin Strateji idarəçilik Proqramını bitirib. Qlobal nüfuzlu Böyük Britaniyanın Peşəkar Mühasib və Maliyyəçilər Assosiasiyasının (“ACCA”) Beynəlxalq Hesabatlılıq üzrə Diplomunu əldə edib. “Intellekt” MMC-də icraçı direktor, audit və konsaltinq xidmətləri təqdim edən “Böyük dördlük” hesab olunan PWC Azərbaycanda baş konsultant, KPMG Azərbaycanda vergi meneceri, Vergi Məsləhətləri Xidmətinin rəhbəri, TAAC DMCC şirkətində maliyyə rəhbəri vəzifəsində çalışıb və s.

Bununla belə, onun çatışmayan bir özəl durumu var. Sayt iddia edir ki, o, dövlət orqanında işləməsinə baxmayaraq, Azərbaycan vətəndaşı deyil. Gürcüstan vətəndaşı olan Mehman Veysəlovun bu xüsusiyyəti onun nazirliyə bağlı qurumda işləməsinə imkan vermir.

KTN-dən ittihamlarla bağlı sorğumuza cavab verilməyib.

Ovqat.com

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

26-08-2025, 19:00

Məcnun Məmmədov nazirliyi “şumladı” -Nazirə ağır ittihamlar

Gündəm / Cəmiyyət

29-11-2025, 10:32

Bu şəxslərdən kənd təsərrüfatının inkişafına xidmətdən başqa hər şeyi gözləmək olar.

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

3-10-2024, 12:29

Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

26-07-2024, 09:13

Naxçıvanda seçki qiyamının İLGİNC TƏFƏRRÜATLARI... - MSK sədri niyə istefa ərizəsi yazıb?

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Cəmiyyət

25-07-2024, 13:53

Naxçıvanın Baş nazirinin yeni macəraları - İLGİNC İDDİALAR...

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Təhsil

24-10-2025, 13:19

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
Bu gün, 12:45
Gənc futbolçunun qətlinə görə keçmiş sevgilisi saxlanıldı
11-03-2026, 14:39
Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub
11-03-2026, 12:37
İcra başçısı Nəsimini SOYMAĞA BAŞLAYIB... - Budaqov BUDAYIR...
9-03-2026, 11:37
Sumqayıtda sexdə partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb
7-03-2026, 17:30
Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü
7-03-2026, 15:35
Komendant işlədiyi binadan yıxılıb öldü
Xəbər lenti
  • Bu gün, 12:54
    Duman olacaq, yağış yağacaq
  • Bu gün, 12:45
    Gənc futbolçunun qətlinə görə keçmiş sevgilisi saxlanıldı
  • Bu gün, 12:35
    Bu ölkə eynicinsli nikahları tanıyacaq
  • Bu gün, 12:34
    Rusiya vertolyotlarının yeni qənimi
  • Bu gün, 12:22
    Kim Çen In və qızı tank sürdü FOTOLAR
  • Bu gün, 12:21
    Bəzi dindarların Novruz bayramı qorxusu: “haramdır”, “olmaz”...
  • Bu gün, 11:58
    ATU-da müəllimlərdən pul yığılması iddiası: Rektorla bağlı ciddi ittihamlar səslənir
  • 19-03-2026, 12:10
    ADP AZƏRBAYCAN XALQINA TƏBRİK ÜNVANLAYIB
  • 11-03-2026, 17:29
    İlham Əliyev: Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır
  • 11-03-2026, 17:18
    İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq
  • 11-03-2026, 17:09
    Rəqəmsal "yaddaş aclığı": Mümkün ssenarilər və Azərbaycana təsiri - TƏHLİL
  • 11-03-2026, 16:11
    Ölkə üzrə pensiyalar tam ödənilib
  • 11-03-2026, 15:56
    İş adamı Rasim Nəbiyev Bakıdaxanovda necə qanunsuz inşa işləri gördürür? -Video
  • 11-03-2026, 15:27
    Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edib
  • 11-03-2026, 15:06
    Kürdəmir Təcili Yardımda ŞOK İDDİALAR: “Biznes şəbəkəsi”, saxtakarlıq və gizlədilən sübutlar?
  • 11-03-2026, 14:44
    KİV: Baltik və Şimal ölkələri Ukraynanı dəstəkləməyə hazırdır
  • 11-03-2026, 14:39
    Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub
  • 11-03-2026, 14:14
    Məişət texnikası alarkən ən vacib qərar və gizli təhlükələr
  • 11-03-2026, 13:49
    Ailədə konfliktlər qaçılmazdır, bəs həlli? – Mediasiya müasir çıxış yolu kimi
  • 11-03-2026, 13:48
    AMEA-da Böyük Qayıdış prosesi faktlar və sənədlər əsasında araşdırılır
  • 11-03-2026, 13:45
    ADU-da konsert ənənəsi davam edir – Tələbələr Röya, Aygün və Manananı görmək istəyir
  • 11-03-2026, 13:16
    Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi bəyənilib
  • 11-03-2026, 13:09
    Sumqayıtda “Bravo”da müştəriləri aldadırlar? FOTO
  • 11-03-2026, 12:53
    Emin Əmrullayev Şuşada tədris prosesini izləyib
  • 11-03-2026, 12:37
    İcra başçısı Nəsimini SOYMAĞA BAŞLAYIB... - Budaqov BUDAYIR...
  • 11-03-2026, 12:11
    Sudan lideri Prezident İlham Əliyevə məktub ünvanlayıb
  • 11-03-2026, 12:00
    Gözdən əlilin probleminə KOR QALANLAR... - NARAZILIQ VAR...
  • 11-03-2026, 11:29
    KİV: İrana qarşı istifadə olunmuş “Patriot”ların sayı onun illik istehsalından 2 dəfə çoxdur
  • 11-03-2026, 10:50
    “Kids Era” bağçasında zorakılıq iddiaları - TƏFƏRRÜAT
  • 11-03-2026, 10:08
    Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • 11-03-2026, 09:54
    Sabunçuda TİKİNTİ XAOSU... DAVAM EDİR
  • 11-03-2026, 09:33
    Cəlilabad və Biləsuvarın bəzi ərazilərində iki saat işıq olmayacaq
  • 10-03-2026, 20:16
    Bu gün Beynəlxalq Qadın Hakimlər Günüdür
  • 10-03-2026, 20:02
    Ədəbiyyat Muzeyində ədəbi-musiqili tədbir: “Sözün Xaqanı” - FOTOLAR
  • 10-03-2026, 19:02
    Müğənni Aydan İbrahimli nişanı niyə qaytarıb? - ƏTRAFLI
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə