• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Naxçıvanın Baş nazirinin yeni macəraları - İLGİNC İDDİALAR...

Cəmiyyət

25-07-2024, 13:53

Yadınızdadırsa, bir müddət əvvəl Naxçıvan MR Baş naziri Ceyhun Cəlilov barədə “dosya” yayımlamışdıq. Həmin “dosya”da iddia olunurdu ki, FETÖ qruplaşmasının üzvü olan bu Ceyhun Cəlilovun “pulyuyanı” Əli Bayramov adlı bir şəxsdir.

“Nazirliyin keçirdiyi tenderlərə qeyri-rəsmi olaraq Xəyal Talıbov nəzarət edir. Əli Bayramov Bakı şəhərində “nağdlaşdırma” işlərinə baxır. Tenderlərdə öz şirkətlərinə köçürülmüş pullar Əli tərəfindən nağdlaşdırılaraq C.Cəlilova qaytarılır”, - redaksiyamıza etibarlı mənbələrdən daxil olan məlumatda bildirilirdi.

“Dosya” Ovqat.com-da yayımlandıqdan sonra gözləyirdik ki, müvafiq dairələr bu iddianı ciddi şəkildə araşdıracaq və məlumatların nə qədər səhih olub-olmadığı barədə rəsmi açıqlama verəcək. Nə yazıq ki, bu gözləntimiz özünü doğrultmadı. İndiyədək “dosya”da adı keçən şəxslərlə bağlı hər hansı tədbirin görülməsi haqqında məlumata malik deyilik.

Naxçıvan hökumətinin “pulyuyanı”nın qələmini kim qırdı?

Bununla belə, Ovqat.com-un əldə etdiyi bəzi informasiyalar Azərbaycan hakimiyyətinin bu iddialara heç də laqeyd qalmadığını göstərir.

Bildirildiyinə görə, yazı yayımlandıqdan dərhal sonra hüquq-mühafizə orqanları hərəkətə keçib və qəhrəmanlarımızdan saxlayıb. İddialara görə, istintaqa ilk cəlb olunan da elə Naxçıvan MR Baş naziri Ceyhun Cəlilovun “pulyuyanı” Əli Bayramov olub. Onun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən göz altına alındığı bildirilir.

“Hazırda göz altında tutulan FETÖ “pulyuyan”ının işi Baş Prokurorluqdadır. Araşdırma zamanı məlum olub ki, Əli Bayramovun mexanizmi ilə ölkə büdcəsinə astronomik sayılacaq məbləğdə (mənbəmiz konkret rəqəm açıqlasa da, biz bu barədə Prokurorluq orqanlarının rəsmi məlumatlarını gözləməyə qərar verdik – Ovqat.com) ziyan dəyib. Bu barədə ölkə başçısına kimi məruzə edilib. Ölkə başçısının iddialara reaksiyası isə çox sərt olub”, - mənbəmiz belə deyir.

İddialara inansaq, Əli Bayramov əvvəllər də bir neçə dəfə Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub. Lakin Azərbaycansayağı məlum səbəblərdən azadlığa buraxılıb. “İndi onun rüşvətlə azadlığını satın aldığı şəxslərdən bir neçəsi işdən qovulub. Ceyhun Cəlilovun tenderlər üzrə “məsul” şəxsi Xəyal Talıbov isə həmin iş üzrə axtarışdadır”, - məlumatda qeyd olunur.

Kimdir əsl “pulyuyan” - Ceyhun Cəlilov, yoxsa Əli Bayramlı?

Maraqlıdır ki, rəsmi vəzifə daşıyan Ceyhun Cəlilovun əslində FETÖ “pulyuyan”ı Əli Bayramova xidmət etdiyinə bildirilir. İddiaya görə, Ceyhun Cəlilov 2018-ci ildən Əli Bayramovun qeyri-rəsmi maliyyə işlərini görür, ona maliyyə müşavirliyi edir. “Hazırda Ceyhun Cəlilovun istifadə etdiyi 90-CC-345 dövlət qeydiyyat nişanlı Toyota Land Cruzer markalı avtomobili belə, Əli Bayramov hədiyyə edib. Təbii ki, Naxçıvanın Baş naziri yaxşı xidmətinə görə mükafatlandırılıb”, - məlumatda iddia olunur.

Hazırda Əli Bayramovun Kürdəxanıdakı İstintaq təcridxanasında “istirahət etdiyi”, Ceyhun Cəlilovun isə müxtəlif kanallar vasitəsilə Əli Bayramovun işinə kömək etməyə çalışdığı vurğulanır. Mənbəmiz Ceyhun Cəlilovun Əli Bayramlının həbsindən niyə bu qədər narahat olduğunu isə belə izah edib: “Çünki Əli Bayramovun təsisçisi olduğu şirkətlər Ceyhun Cəlilovun əsas tender qalibləridir. Əlbəttə ki, Əli Bayramlı istintaq zamanı bülbül kimi ötməyə başlasa, Ceyhun Cəlilovun da başı ağrıyacaq”.

Ceyhun Cəlilova son tapşırıq FETÖ-nün Ərzurumdakı imamından gəlib

İddiaya görə, Ceyhun Cəlilov Baş nazir olduqdan sonra da Əli Bayramovla görüşüb və onu Naxçıvan MR-in yeni rəhbərliyi ilə də görüşdürüb: “Hüquq mühafizə orqanları Ceyhun Cəlilov və Əli Bayramov əlaqəsini daha dərindən araşdırsa, tamam başqa mətləblər də ortaya çıxacaq. Adi bir faktı nəzərinizə çatdırım ki, Ceyhun Cəlilov Əli Bayramovun qaynatasının adına olan “Value Collection” şirkətinə rəhbərlik edib. Hər iki məsləkdaşın digər maraqlı əlaqələri barədə daha ciddi məlumatları sizə yaxın günlərdə verəcəyəm”.

Mənbəmiz onu da vurğulayıb ki, Naxçıvanın Baş naziri barədə ifşaedici yazımız dərc olunduqdan sonra Ceyhun Cəlilov “FETÖ” üzvləri ilə əlaqənin hələlik dondurulması barədə tapşırıq alıb: “Tapşırıq FETÖ-nün Ərzurumdakı imamı tərəfindən verilib. FETÖ isə Azərbaycandakı olan gizli üzvləri vasitəsilə trol ordusu yaradıb sizi nüfüzdan salmağa çalışır. Ətraflarına sizin qeyri-peşəkarlığınız barədə məlumat ötürür. FETÖ ilə əlaqəsinin üzə çıxması Ceyhun Cəlilovu çox narahat edir. Bu məsələ də dərindən araşdırmalıdır”.

Ceyhun Cəlilovun gözü Fuad Nəcəflinin kreslosundadır

Mənbəmiz onu da bildirib ki, bizim Fuad Nəcəflinin fəaliyyətinə daha çox diqqət ayırmağımız Ceyhun Cəlilovu xeyli sevindirib. O, hətta yaxın ətrafına deyib ki, “qoyun başı “canişin”ə qarışsın”. Bizim səlahiyyətli nümayəndəyə daha çox diqqət ayırmağımızın Ceyhun Cəlilovu sevindirməsinin bir başqa səbəbi də var imiş. Sən demə, o, özünü Naxçıvana yeni səlahiyyətli nümayəndə kimi hazırlayırmış. Fuad Nəcəflinin ifşa olunması bu baxımdan da Baş nazirin işinə yarayırmış.

Tavan tavan içində, köhnə hamam içində

“Naxçıvanda tikilməsi nəzərdə tutulan obyektlərin tenderləri yalnız özünə yaxın ilə əlaqəli şəxslərə verilir. Ceyhun Cəlilov bütün nazirliklər və komitələrdən “Dövlət satınalmaları haqqında” qanunu kobud şəkildə pozaraq ehtimal qiymətlərinin ona verilməsini tələb edir. Bu da “Dövlət satınalmaları haqqında” qanunun kobud şəkildə pozulması deməkdir. Ehtimal qiymətlərin alınmasında məqsəd isə tenderləri yaxın adamlarına ötürmək qiymətləri əvvəlcədən bilərək gəlir əldə etməkdir. Ceyhun Cəlilov “qara kassa” adlanır”, - deyən mənbəmizin iddiasına görə, Naxçıvanın Baş naziri digər nazirləri, komitə sədrlərini, rəhbər şəxsləri “tavana” qoyub”, - deyən mənbəmiz bu barədə konkret iddialar da səsləndirib. İddiaları təsdiqləyən sənədlər olmadığından onları da hələlik yayımlamırıq.

Baş nazir həm də Ali Məclisin sədrinə qarşı

Digər bir iddiaya görə, Naxçıvan Baş naziri ilə Ali Məclisin sədri Anar İbrahimov arasında müəyyən məsələlərdə qarşıdurmalar yaşayır: “Bakıdakı əlaqələri vasitəsilə hakimyyət yüksək eşalonuna Anar İbrahimovu səriştəsiz insan kimi təqdim edir. Əvvəl maliyyə naziri Həsən Seyidovla düşmən kimi idilər. Sonradan Həsən İsmayılov Ceyhun Cəlilovun diqtəsini qədul etdikdən sonra nazir təyinatı təsdiqləndi”.

Naxçıvandakı “Dost” mərkəzinə yeni kadr seçimi başlayıb

Xatırlayırsınızsa, bundan əvvəl yayımladığımız “dosya”da adı keçənlərdən biri də Hikmət İsmayılov idi. Məlumatdda bildirilirdi ki, Ceyhun Cəlilov əvvəllər Naxçıvan Dövlət Sosial Müdafiə Fondunda işləyən, sonra isə korrupsiya əməllərinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) uyğun olaraq işdən azad olunmuş, barəsində DTX və Prokurorluqda cinayət işləri olan İsmayılov Hikmət Nəsir oğlunun vasitəsilə Nazirlikdə və ona tabe qurumlarda bir neçə savadlı kadrı işdən uzaqlaşdırmış, bəzilərindən isə pul alaraq yüksək vəzifəyə təyin etmişdir. Ceyhun Cəlilov nazir təyin olunduqdan sonra vəzifə səlahiyyətlərindən istifadə edərək Hikmət İsmayılovun üzərində olan cinayət işlərinə xitam verdirmiş, əmək kitabçasında 70Ç bəndini götüzdürmüş, daha sonra ondan yüksək məbləğdə pul alaraq Bakıda DOST mərkəzlərinin birində şöbə müdiri vəzifəsinə düzəltmişdir”.

Mənbəmiz Hikmət İsmayılovun kimliyinə aydınlıq gətirərək bildirib ki, o, Ceyhun Cəlilovun sinif yoldaşıdır: “Qaynatası Naxçıvanın məhsur iş adamlarından biri olan Razimdir. Hikmət İsmayılov hələ DSMF-də şöbə müdiri işlədiyi vaxt qeyri-rəsmi olaraq DSMF-ni Razim idarə edirdi. Keçmiş sədr Rasim Bağırovla aralarında yaranmış konfliktə görə R.Bağırov tərəfindən aidiyyatı qurumlara şikayət olunmuşdur. Hikmət İsmayılov Ceyhun Cəlilov Naxçıvan ƏƏSMN-ə nazir təyin olunduqdan sonra ilk öncə onun üzərindəki 70Ç maddəsini götüzdürmüş (mənbəmiz bunun nəyin müqabilində edildiyini də bildirib. Amma Amerikanın Azərbaycandakı səfiri demişkən, ölkəmizdə rüşvət alınarkən bunu təsdiqləyən çek verilmədiyini nəzərə alıb səsləndirilən məbləği açıqlamırıq), ardınca isə DOST Agentliyində şöbə müdiri vəzifəsinə təyin olunmuşdur. İndi Ceyhun Cəlilov həmin Hikməti Naxçıvanda açılması nəzərdə tutulan DOST mərkəzinə direktor təyin etmək istəyir. Hikmət İsmayılov da verdiyi pulu çıxarmaq üçün indidən Naxçıvanda kadr axtarışına başlayıb”.

Ceyhun Cəlilovun Ərdoğan “sevgisi”

Mənbəmiz onu da iddia edir ki, Ceyhun Cəlilov Türkiyənin hazırkı rəhbərliyinə qarşı da aqressiv münasibətdədir: “Səbəbini geniş izah etməyə, məncə, ehtiyac yoxdur - əlbəttə ki, Ərdoğan iqtidarının FETÖ-yə qarşı kəskin mövqeyi”.

ovqat.com

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

9-04-2024, 14:57

Ceyhun Bayramov Qırğızıstan Prezidenti ilə görüşdü

Gündəm / Siyasət

18-09-2023, 12:46

Ceyhun Bayramov ABŞ-yə gedib

Siyasət

15-04-2024, 10:46

Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb

Cəmiyyət

20-06-2023, 10:52

“Bir qalanın sirri”: Seymur Talıbovun “Naxtel”i digər operatorlardan niyə ucuz imiş?

Siyasət

16-07-2022, 20:16

Ceyhun Bayramovun Gürcüstana işgüzar səfəri başa çatıb

Cəmiyyət

1-08-2023, 19:33

Vasif Talıbov və oğlu bu komitələrin üzvü seçildilər

Siyasət

10-08-2022, 12:47

Ceyhun Bayramov postmünaqişə dövründəki vəziyyətlə bağlı əlcəzairli həmkarını məlumatlandırıb

Gündəm / Siyasət

17-01-2024, 17:17

Ceyhun Bayramov Uqandaya getdi

Siyasət

11-07-2024, 09:53

Ceyhun Bayramov NATO sammiti çərçivəsində təşkil edilən naharda iştirak edib

Siyasət

9-08-2022, 17:50

Nazir: “Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir”

Siyasət

17-07-2022, 13:14

ABŞ dövlət katibi: "Ceyhun Bayramov və Ararat Mirzoyan müsbət addım atdılar”

Siyasət

9-08-2022, 17:02

Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəmsə də Naxçıvanla əlaqələr qurulacaq"

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
Bu gün, 08:45
Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 11 nəfər xəsarət alıb - YENİLƏNİB
Dünən, 12:45
Gənc futbolçunun qətlinə görə keçmiş sevgilisi saxlanıldı
11-03-2026, 14:39
Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub
11-03-2026, 12:37
İcra başçısı Nəsimini SOYMAĞA BAŞLAYIB... - Budaqov BUDAYIR...
9-03-2026, 11:37
Sumqayıtda sexdə partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb
7-03-2026, 17:30
Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü
Xəbər lenti
  • Bu gün, 09:24
    "Mançester Yunayted"in hədəfindəki mütəxəssis
  • Bu gün, 09:21
    Əmrullayevin bastırdığı TƏHSİL SİSTEMİ... - BELƏ DAVAM EDƏRSƏ...
  • Bu gün, 09:16
    ABB-nin xarici bankda pay almaq niyyəti müzakirələrə səbəb olub – jurnalist Həbibə Abdulla sərt reaksiya verdi
  • Bu gün, 09:06
    İranın “kölgə liderliyi” iddiaları: reallıq, ehtimal və geosiyasi siqnallar
  • Bu gün, 08:57
    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə mühüm elmi tədbir keçirilib FOTOLAR
  • Bu gün, 08:54
    İsrail Tehrana zərbələr endirdiyini açıqlayıb
  • Bu gün, 08:53
    Britaniyanın sualtı nüvə qayığı Ərəb dənizində yerləşdirilib
  • Bu gün, 08:52
    Tramp: Hörmüz boğazı 48 saat ərzində açılmasa, ABŞ İranın enerji obyektlərinə zərbə endirəcə
  • Bu gün, 08:45
    Sumqayıtda tonqal yandırılan zaman partlayış baş verib, 11 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Bu gün, 08:43
    Uçan naməlum obyektlərin sirlərini açmaq üçün: Tramp administrasiyası məlumat bazası hazırlayır
  • Bu gün, 08:40
    Ən etibarlı alman avtomobilləri - SİYAHI
  • Dünən, 12:54
    Duman olacaq, yağış yağacaq
  • Dünən, 12:45
    Gənc futbolçunun qətlinə görə keçmiş sevgilisi saxlanıldı
  • Dünən, 12:35
    Bu ölkə eynicinsli nikahları tanıyacaq
  • Dünən, 12:34
    Rusiya vertolyotlarının yeni qənimi
  • Dünən, 12:22
    Kim Çen In və qızı tank sürdü FOTOLAR
  • Dünən, 12:21
    Bəzi dindarların Novruz bayramı qorxusu: “haramdır”, “olmaz”...
  • Dünən, 11:58
    ATU-da müəllimlərdən pul yığılması iddiası: Rektorla bağlı ciddi ittihamlar səslənir
  • 19-03-2026, 12:10
    ADP AZƏRBAYCAN XALQINA TƏBRİK ÜNVANLAYIB
  • 11-03-2026, 17:29
    İlham Əliyev: Azərbaycan və Ermənistan sülhə təkcə kağız üzərində nail olmayıb, o realdır
  • 11-03-2026, 17:18
    İlham Əliyev: Koştanın Azərbaycana səfəri ikitərəfli əlaqələrdə mühüm rol oynayacaq
  • 11-03-2026, 17:09
    Rəqəmsal "yaddaş aclığı": Mümkün ssenarilər və Azərbaycana təsiri - TƏHLİL
  • 11-03-2026, 16:11
    Ölkə üzrə pensiyalar tam ödənilib
  • 11-03-2026, 15:56
    İş adamı Rasim Nəbiyev Bakıdaxanovda necə qanunsuz inşa işləri gördürür? -Video
  • 11-03-2026, 15:27
    Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edib
  • 11-03-2026, 15:06
    Kürdəmir Təcili Yardımda ŞOK İDDİALAR: “Biznes şəbəkəsi”, saxtakarlıq və gizlədilən sübutlar?
  • 11-03-2026, 14:44
    KİV: Baltik və Şimal ölkələri Ukraynanı dəstəkləməyə hazırdır
  • 11-03-2026, 14:39
    Salyanda baş verən yol qəzasında ölən şəxsin narkotik vasitə daşıdığı müəyyən olunub
  • 11-03-2026, 14:14
    Məişət texnikası alarkən ən vacib qərar və gizli təhlükələr
  • 11-03-2026, 13:49
    Ailədə konfliktlər qaçılmazdır, bəs həlli? – Mediasiya müasir çıxış yolu kimi
  • 11-03-2026, 13:48
    AMEA-da Böyük Qayıdış prosesi faktlar və sənədlər əsasında araşdırılır
  • 11-03-2026, 13:45
    ADU-da konsert ənənəsi davam edir – Tələbələr Röya, Aygün və Manananı görmək istəyir
  • 11-03-2026, 13:16
    Qubanın üç kəndinin adının dəyişdirilməsi təklifi bəyənilib
  • 11-03-2026, 13:09
    Sumqayıtda “Bravo”da müştəriləri aldadırlar? FOTO
  • 11-03-2026, 12:53
    Emin Əmrullayev Şuşada tədris prosesini izləyib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə