• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

3-02-2025, 14:22


Bakının Yeni Günəşli ərazisində yerləşən "Sahil - S İnşaat" MTK sakinləri ilin-günün bu vaxtında susuzluqla imtahana çəkilir.

Binadan mənzil alan 165 ailə özünü Kərbəla çölündə hiss etməkdədir. Bu problemlə bağlı dəfələrlə "Azərsu" ASC-yə müraciət olunsa da, indiyə kimi tədbir görülmür.

Sakinlər qeyd edirlər ki, bundan əvvəlki rəhbərliyin dövründə, məsələ Baş Prokurorluğun nəzarətində olanda texniki şərt verilmişdi, amma icra olunmadı. Texniki şərtim verilməsinə əsasən sayğaclar quraşdırılmadı. Daha sonra "Azərsu" Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi. Sakinlər Agentlik sədri Zaur Mikayılova bu dəfə müraciət ediblər, amma hələ də bina su üzünə həsrət qoyulub, verilən texniki şərtə əsasən sayğaclar qoyulmayıb. Vətəndaşlar güman edirdi ki, yeni rəhbərlik onların müraciətinə baxacaq, ancaq nəticəsi yoxdur. Əksinə, sakinlərə deyilib ki, əvvəl verilən texniki şərtin vaxtı guya keçib. İndi də yeni texniki şərt verməyi cəhənnəm əzabına çeviriblər. Bununla bağlı Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, onlar bu həftə "Azərsu" qarşısına toplaşaraq aksiya keçirəcəklər, su sayğaclarının quraşdırılmasını xahiş edəcəklər. Onlar bildirirlər ki, Zaur Mikayılov vətəndaşların müraciətlərini qulaqardı edir və bu qədər ailəni susuz qoyub. Halbuki agentlik bir binaya texniki şərt verilməsini istəsə həyata keçirə bilər. Əvvəla, hər bir vətəndaşın su ilə təmin olunmaq haqqı var və dövlət insanların kommunal tələbatını yerinə yetirməlidir. İkincisi, su vermək imandan, insanlıqdandır. Bununla Zaur Mikayılov 165 ailəni sevindirmiş olacaq, onların duasını eşidəcək, savab bir iş görəcək. Yəni məsələnin həm hüquqi, həm mənəvi tərəfləri var. Prezident məmurları təyin edərkən onlara xalqla işləməyi tapşırır. Amma görünür ki, Zaur Mikayılov vətəndaşları prezidentdən narazı salmaq fikrinə düşüb. Əgər elə olmasaydı, bir binaya texniki şərt verilməsi kimi bir məsələni bir su içimi qədər asanlıqla həll edərdi. Amma görünür ki, agentlik və rəhbərliyi vətəndaşları etiraz aksiyası keçirmək həddinə çatdırmaqdadır. Bu isə əhalini hökumətdən narazı salmaq deməkdir. Sakinlər isə deyirlər ki, onlar dövlətin siyasətini dəstəkləyən ailələrdir və heç bir gərginlik yaratmaq niyyətləri yoxdur. Sadəcə, "Azərsu" onları bu yerə gətirib çıxarıb. Axı nə çətin işdir ki əvvəl verilən texniki şərti reallaşdırmaq?! Elə bu qurumun işi odur ki, sayğac quraşdırılan mənzillərin sayı artsın. Buna görə hər bir ailə ödəniş edəcək, yenə dövlətə faydası olacaq. Hamı necə, bu binada yaşayanlar da o şəkildə su ehtiyaclarının qarşılanmasını istəyirlər. Artıq 2025-ci ildir və belə bir əsrdə Bakının Yeni Günəşli kimi ərazisində bir binanın su problemi ilə üzləşməsi gülüncdür. Dünya texniki tərəqqidədir, bizsə su dərdindən danışırıq. Buna da səbəbkar Zaur Mikayılov və onun komandası, eləcə də əvvəlki rəhbərlikdir. Amma Zaur Mikayılov əvvəlki rəhbərlikdən fərqlənmək, müsbət xal qazanmaq həvəsində görünmür. Bu səbəbdən vətəndaşlar "Azərsu" qarşısında toplaşıb şikayət edəcəklər və səslərini media vasitəsi ilə dövlətə, prezidentə çatdıracaqlar. İnkar başqa çarə qalmadığını söyləyirlər və buna məcbur olublar. Çünki insanların gündəlik su tələbatını ödəməmək sosial fəlakətdir. Ona görə də texniki şərtin verilməsi Zaur Mikayılovun daha 165 ailənin sevincinə səbəb olacaq, o cümlədən agentlik sədri 165 ailədən də müsbət rəy qazanacaq.

AnaXeber.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

6-08-2024, 11:42

“Sahil-S İnşaat” MTK-nın əlində əsir-yesir qalan vətəndaş... - KİMSƏNİN GÜCÜ YETMİR?

Gündəm / Cəmiyyət

24-04-2024, 13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Cəmiyyət

15-08-2022, 12:06

Bakının yaxınlığındakı bu qəsəbəyə 3 gündən bir su verilir - “Azərsu” heç bir tədbir görmür

Cəmiyyət

11-12-2024, 13:44

"İndi dərdimizi kimə deyək, bilmirik..." - GİLEY

İqtisadiyyat

22-08-2022, 17:30

Qaz sayğacları dəyişdirildi, abonentlərə cərimə yazıldı

Cəmiyyət

13-09-2024, 13:40

Bakıda tikinti şirkəti sakinlərə cəhənnəm yaşadır - NARAZILIQ VAR...

Cəmiyyət

21-12-2023, 22:17

Avtomobillərin texniki baxışı ilə bağlı dəyişiklik - Utilizasiya haqqı da ödənilməlidir

Hadisə

22-07-2022, 18:05

Sabunçuda sakinlər susuz qalıb

Cəmiyyət

15-08-2024, 15:47

AYNA-nın fəaliyyəti Şuşanı əhatə etməyəcək

Gündəm / Cəmiyyət

27-08-2024, 10:03

"Nizami rayon İcra Hakimiyyəti SƏSİMİZİ EŞİTMİR..." - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

5-03-2024, 16:29

Azərbaycan-Qətər arasında hərbi-texniki sahədəki əməkdaşlıq inkişaf etdirilir

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Dünən, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Dünən, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Dünən, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Dünən, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Dünən, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • Dünən, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • Dünən, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • Dünən, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • Dünən, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • 24-10-2026, 18:00
    Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
  • 24-10-2026, 17:30
    Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
  • 24-10-2026, 17:00
    R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
  • 24-10-2026, 16:14
    Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir - VİDEO
  • 24-10-2026, 15:59
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • 24-10-2026, 15:38
    “Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
  • 24-10-2026, 15:09
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • 24-10-2026, 14:40
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • 24-10-2026, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • 24-10-2026, 13:42
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • 24-10-2026, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • 24-10-2026, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:45
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • 24-10-2026, 12:02
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • 24-10-2026, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • 24-10-2026, 09:37
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • 24-10-2026, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • 24-10-2026, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • 23-10-2026, 19:00
    “Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
  • 23-10-2026, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • 23-10-2026, 18:30
    BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
  • 23-10-2026, 18:11
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • 23-10-2026, 17:51
    Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
  • 23-10-2026, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə