Sizin reklam burada 728×90
Son dəqiqə

İranda silahlı şəxs 5 nəfəri aptekdə girov götürdü

05.07.2023 13:27 462 1 dəq oxunur
İranda silahlı şəxs 5 nəfəri aptekdə girov götürdü
İranda aptekdə silahlı şəxs 5 nəfəri girov götürüb.

BakuNews.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin Fars əyalətinin Şiraz şəhərində qeydə alınıb. Məlumata görə, aptekləri soymağa cəhd edən 35 yaşlı hücumçu 5 nəfəri girov götürüb. Əraziyə polis cəlb olunub.
Polislərə atəş açmağa başlayan şəxs polisin xəbərdarlığına baxmayaraq təslim olmaqdan imtina edib və girovları öldürməklə hədələyib. Bundan sonra aptekdə atışma baş verib. Hücumçu şəxs güllələnib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az