Sizin reklam burada 728×90
Son dəqiqə

Rüşdiyə hücum edən şəxs SEPAH-la əlaqədə olub? - İddia

15.08.2022 18:03 480 1 dəq oxunur
Rüşdiyə hücum edən şəxs SEPAH-la əlaqədə olub? - İddia
Salman Rüşdiyə hücumda ittiham olunaraq həbs edilən 24 yaşlı Hadi Matar sosial şəbəkələr vasitəsilə SEPAH-ın Qüds qanadı ilə birbaşa əlaqədə olub.

bakunews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vice" xəbər agentliyi kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, Hadi Matar Salman Rüşdiyə hücumdan öncə də Qüds Qüvvələri ilə əlaqə yaradıb.

Avropadakı xüsusi xidmət orqanlarından biri agentliyə açıqlamasında deyib ki, Salman Rüşdiyə edilən hücum başqaları tərəfindən idarə olunmuş şəkildə həyata keçirilib.


Yəni belə hücumlarda hər hansı bir kəşfiyyat xidməti özü heç bir müdaxilə etmədən başqa birini hücumu həyata keçirməyə sövq edir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az