Sizin reklam burada 728×90
Son dəqiqə

Ermənistanda casusluqda ittiham olunan 4 nəfərin işi məhkəməyə verildi

01.08.2022 17:52 723 1 dəq oxunur
Ermənistanda casusluqda ittiham olunan 4 nəfərin işi məhkəməyə verildi
Ermənistanda dövlətə xəyanət və casusluqla bağlı 4 nəfərə açılmış cinayət işi yekunlaşıb.

bakunews.az qaynarinfo-ya istinadən xəbər verir ki, həmin iş üzrə ittiham aktı məhkəməyə təhvil verilib. 

Həmin şəxslər erməni hərbi hissələrin yeri, hərbi texnikaların sayı, ordunun hücum və müdafiəsi planları, orduda taktiki yerdəyişmə, həmçinin xəritə əsasında hərbi qüvvələrinin dəqiq coğrafi koordinatlarını əldə etməkdə və xarici xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunur.

İddiaya görə, xarici kəşfiyyat xidmətləri əsasən keçmiş və indiki hərbi qulluqçuları əməkdaşlığa cəlb edib. Onlar Ermənistanda və Qarabağda xidmət etdikləri hərbi hissələrlə bağlı məlumatları və müxtəlif sənədləri xarici kəşfiyyat ötürüblər. 

Qeyd edək ki, 2022-ci il ərzində Ermənistanda dövlətə xəyanət və casusluq işləri ilə bağlı 12 şəxs barəsində ümumilikdə 5 cinayət işi məhkəməyə verilib

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az