Sizin reklam burada 728×90
Son dəqiqə

Ərdoğan: Türkiyə nüvə mübahisəsi üzrə danışıqlara yardım etməyə hazırdır - YENİLƏNİB

21.06.2025 19:33 227 1 dəq oxunur
Ərdoğan: Türkiyə nüvə mübahisəsi üzrə danışıqlara yardım etməyə hazırdır - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Abbas Əraqçiyə nüvə mübahisəsi üzrə texniki danışıqlara kömək etməyə hazır olduğunu bildirib.

Bu barədə onun dəftərxanasından bildirilib.

O həmçinin ABŞ və İran liderlərinin görüşünə yardım etməyə hazır olduğunu vurğulayıb.

"Türkiyə Prezidenti bəyan edib ki, region yeni bir müharibəyə yol verə bilməz. İsrail dərhal dayandırılmalıdır və nüvə mübahisəsinin həlli yolu danışıqlardan keçir. Türkiyə vasitəçilik də daxil olmaqla öz töhfəsini verməyə hazırdır. İranla ABŞ arasında texniki danışıqlar və lider səviyyəsində danışıqlar vasitəsilə diplomatiyaya gətirib çıxaracaq addımlar mümkün qədər tez atılmalıdır. Türkiyə bu məsələdə dəstəyini davam etdirəcək", - məlumatda deyilir.

17:42
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

Bu barədə məlumatı GDH yayıb.

Bildirilib ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, iyunun 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Toplantıda İsrail-İran müharibəsi müzakirə olunub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az