Sizin reklam burada 728×90
Son dəqiqə

Ərdoğan: “Fələstin-İsrail gərginliyini həll etmək üçün sülh konfransı çağırılmalıdır”

25.10.2023 16:15 605 1 dəq oxunur
Ərdoğan: “Fələstin-İsrail gərginliyini həll etmək üçün sülh konfransı çağırılmalıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail gərginliyini həll etmək üçün sülh konfransını çağırmaq təşəbbüsü ilə çıxış edib.

Türkiyə lideri bu barədə partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.

“Türkiyə hazırkı eskalasiya fonunda Fələstin və İsrail üçün qarant ölkələr sistemi yaratmaq ideyası ilə çıxış edir. Ankara Fələstin tərəfi üçün belə bir qarant olmağa hazırdır”, - deyə R.T.Ərdoğan vurğulayıb.
Mənbə: Anadolu
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az