• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

Cəmiyyət

28-06-2022, 16:08

Yenə də Qaradağ rayon Müşfiqabad qəsəbəsi, yeni salınmış "Qaçqın şəhərciyi"ndə yaşayan sakinlər etiraza qalxıblar.
Təəssüflər olsun ki, haqsız da deyillər. İlla ki, "həftə 8, mən 9" bu ərazidə yaşayan sakinlərin narazılığına səbəb olacaq bir problem olmalıdır. Orada yaşayan sakinlərin kimliyi şəhərciyin adından bəllidir zatən. Yurd -yuvasından didərgin düşmüş, 30 ildir çətinliklər içində yaşayan sakinlərin dərdlərinin üstünə bir o qədər də bəzi dövlət idarələri dərd yükləyir.

Zaman -zaman müəyyən idarələr tərəfindən bəzi Kommunal problemlər yaşayan şəhərciyin "bəxtsiz" sakinləri bu dəfə isə "DogruXeber.az"a poçtla bağlı dərdlərini danışıblar. Bu kimi problemlərdən cana doyduqları və aidiyyatı idarələrin yaranmış problemləri qanuni şəkildə aradan qaldırmadıqları üçün, "səbir kasaları" daşan sakinlər vəziyyət belə davam edərsə küçələrə axışacaqlarını və artıq özləri bunun üçün qanunu aşan addımlar atacaqlarını deyirlər.

Bu dəfə isə narazılıq poçt barəsindədir. Belə ki, artıq 5 gündür sakinlər kommunal ödənişlərini ödəyə bilmirlər.
Qeyd edək ki, şəhərciyin sakinləri arasında yaşlı, həmçinin səhhətində müəyyən problemləri olanları da var ki, onlar bir neçə metrlik məsafəni güclə qət edib, Mənzil Kommunal İstismar Sahəsinin binasında fəaliyyət göstərən poçtdan kommunal ödənişlərini edirdilər. Lakin, artıq 5 gündür poçtda yaranmış internet yoxluğu səbəbilə ödəniş etməkdə çətinlik çəkirlər və indi həmin insanlar yayın qızmar günəşi altında bir neçə kilometrlik məsafədə yerləşən Müşfiqabad filialına getmək məcburiyyətindədirlər.

Orada çalışan xanıma da Müşfiqabad filialında işləməsi tapşırığı verilib.

Sakinlər bildirir ki, Qaçqın şəhərciyindaki poçtun fəaliyyətinin dayandırılması söhbəti gedir.
Elə bütün bu deyilənlərlə bağlı "DogruXeber.az" informasiya portalının rəhbəri Kamal Əsgərov həmin poçtun tabe olduğu Abşeron Telekommunikasiya qovşağında İnformasiya texnologiyaları və internet şöbəsinin müdiri İslamov Fərid Həşim oğlu ilə telefon əlaqəsi saxlayıb, 5 gündür yaşanan bu problemin səbəbini və nə zaman aradan qaldırılacağını soruşdu. Fərid islamov, "Səbrli olun, düzələr"- deyə cavab verdi. İsrarla verilən "nə vaxt düzələcək" sualına isə, heç rahatlığını pozmadan, sakit şəkildə axıra qədər eyni cavabı verdi: "Səbirli olun düzələcək". Kamal Əsgərov, "Mən səbrli olsam da, sakinlər səbrli olmur axı, heçolmasa bir dəqiq vaxt deyin ki, ona görə səbr etsinlər" dedi. Fərid İslamov, çox özündən razı səs tonu ilə - "Səbrli olmurlarsa, onda onlar insaniyyətdikdən məhrumdurlar" ifadəsi ilə problem yaşayanları təhqir etməkdən belə çəkinmədi. Üstəlik səs tonunu biraz da qaldırıb, "Siz gedin öz işinizi görün" - dedi. Bu da idarə rəhbərinin vətəndaşla münasibəti, eyni zamanda mətbuat nümayəndəsi ilə dialoqu...
Biz "DogruXeber.az" olaraq, hər zaman bunu təəssüf hissi ilə təkrar edirik, ifadələrini, kəlimələrini idarə edə bilməyən şəxslərin bəlkə də 98%-i dövlət müəssisələrində idarəetmədə - rəhbər vəzifələrdə çalışırlar.

Rahat, sərin iş otağında əyləşib, 5 gündür istirahət edən Fərid İslamov deyəsən həmin otağı "ata ocağı", vətəndaşları isə "məhlə uşaqları" zənn edir ki, istədiyi səs tonu ilə, istədiyi ifadələri rahatca işlədir. Hələ bu da azmış kimi heç bu Fərid İslamov sən demə icra etdiyi işdə yaranmış problemlə bağlı, ona sual verən mətbuat nümayəndəsi ilə danışmağı belə bacarmırmış. Ya da ki, "kiməsə, nəyəsə arxalanıb", heç kimə, heç nəyə əhəmiyyət vermir. Məhz rəhbər vəzifələrdə çalışan Fərid islamov kimi şəxslərdir ki, bu gün nəinki məcburi köçkünləri, hətta ölkə əhalisinin çox hissəsini hövsələdən çıxarır, dövlətdən, dövlətçilikdən narazı salırlar.

Əslində, bu kimi problemin yaşanmasında günahkar təkcə Fərid İslamov deyil. Azərbaycan Respublikası Rabitə və informasiya Texnologiyaları Nazirliyi də həmçinin, ən az onlar qədər cavabdehlik daşıyır. Çünki, ölkə ərazisində internetin sürət səviyyəsi, şəbəkə problemi, həmçinin də xətlərin tez -tez kəsilməsi problem mütəmadi rastlaşdığımız problemlərdir. Dəfələrlə bu barədə vətəndaş müraciətləri olur. Eyni zamanda sosial media və şəbəkələrdə istifadəçi narazılıqları yer alır. Maraqlıdır ki, bu qədər narazılıqlar və narazılıq yaradan səbəblər, nazirliyi zərrə qədər narahat etmir.

Bu yerdə rəhmətlik Mirzə Ələkbər Sabirin bir şeiri yada düşür.
Deyir, "Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz"

Başqa ölkələrin yeni planetlər tapıb, orada torpaq aldığı, hətta az qala internet xətti belə çəkdiyi 21-ci əsrdə, Azərbaycanda köhnə internet kabelləri, "ənənəvi" internet problemləri yaşanır.

Rəsmi saytlarda gedən məlumatlarda, həmçinin hörmətli nazir bəzi çıxışlarında "ağız dolusu" "Ən son texnologiyalar ilə təhciz olunmaq"dan bəhs edir.
Təbii ki, elə də olmalıdır. Amma, sözdə deyil, realda. Çünki, bunun üçün təbii ki, dövlət büdcəsindən müəyyən məbləğlər də ayrılır.

Ortaya çıxan işdə isə nə müasirlik gözə dəymir, nə də keyfiyyət.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

22-07-2022, 18:05

Sabunçuda sakinlər susuz qalıb

Cəmiyyət

15-08-2022, 12:06

Bakının yaxınlığındakı bu qəsəbəyə 3 gündən bir su verilir - “Azərsu” heç bir tədbir görmür

Cəmiyyət

22-08-2022, 15:04

Bakının bir hissəsində 5 gündür su yoxdur - Səbəb nədir? - VİDEO

Cəmiyyət

15-08-2022, 17:20

Saatlıda su böhranı: bəzi sakinlər Orta Muğan kəndini tərk edirlər

İqtisadiyyat

22-08-2022, 17:30

Qaz sayğacları dəyişdirildi, abonentlərə cərimə yazıldı

Bölgə

24-06-2022, 10:52

Taleh Qaraşov üçün sakinlərin TALEHİ MARAQLIDIRMI? - VİDEO

Cəmiyyət

25-07-2022, 10:00

Zəngilana köçün birinci mərhələsi başa çatdı

Cəmiyyət

7-08-2022, 14:05

Ermənilər Laçını yandırmağa hazırlaşır - Aleksanyan

Cəmiyyət

19-08-2022, 17:10

Qırmızı Körpüdə nələr baş verir? - Qazax sakinləri acınacaqlı durumda - VİDEOREPORTAJ

İqtisadiyyat

15-08-2022, 16:51

“Reklam və yalançı vədlərlə aldadıldıq” - Xırdalandakı yeni binadan şikayət

Video / Bölgə

30-06-2022, 11:24

Goranboy sakinlərinin ACINACAQLI HƏYATI... - VİDEO

Siyasət

13-08-2022, 16:13

Ermənilərin Xankəndi qorxusu: Dəhlizin yeni marşrutu - VİDEO

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 16:04
    "Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir" - NARAZILIQ VAR...
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
  • Dünən, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:35
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Dünən, 11:07
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Dünən, 10:57
    8 Noyabr - qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın günü
  • Dünən, 10:55
    ŞUŞA KUBOKU – İDMANIN GÜCÜ, VƏTƏNPƏRVƏRLİYİN RUHU, GƏLƏCƏYİN ÇEMPİONLARI!
  • Dünən, 10:52
    ”Fərid Eyvazov toxunulmazlığı”: Kiçik dükanlara aslan kəsilənlərin “Alliance Clinic” sükutu
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Dünən, 10:11
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
  • Dünən, 09:54
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Dünən, 09:38
    Mətin Eynullayevin rəhbəri olduğu qurumun MİLYONLARLA BORCU VAR - DETALLAR
  • Dünən, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə