• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva: “Övladlarımızı bu bəlalardan qorumalıyıq”

Cəmiyyət

12-06-2023, 02:25

Son vaxtlar yeniyetmələrin, xüsusən 12-13 yaşlı uşaqların narkomaniya, siqaret və spirtli içkilərə meyl etməsi kimi təhlükəli hallara rast gəlirik. İndi onların sırasına elektron siqaret və “aromatlı qəlyan” kimi zərərli vasitələr də əlavə olunub. İctimai yerlərdə yeniyetmələrin "aromatlı qəlyan", elektron siqaretdən istifadə etdiyinin şahidi oluruq. Sosial şəbəkələrdə narkotik vasitələrnin, alkoqolun təsiri altında olan yeniyetmələrin görüntüləri yayılır. Bütün bu hallar cəmiyyətdə ciddi narahatlıqlar yaradır. Bəs, yeniyetmələr niyə narkomaniya, siqaret və alkoqolizmə meyl edirlər, bunun qarşısını necə ala bilərik?

Araşdırmalar göstərir ki, bəzi yeniyetmələrin bu davranışlara meylli olması bir sıra səbəbdən qaynaqlanır. Bunlardan biri təbii ki, onlara bu “yol”a düşən həmyaşıdları və ya özlərindən böyük yaşda olanların təzyiqidir. Onlar həmin çevrəyə daxil olmaq üçün təzyiqlərə məruz qalır, narkotik, siqaret və ya alkoqol ilə təcrübə edir, sonra bu “girdab”dan çıxa bilmirlər. Bəzi yeniyetmələr isə bunu maraq üçün edir, nə qədər təhlükəli olduğunu hələ dərk etmirlər. Burada emosional və psixoloji amillər də rol oynayır. Yeniyetmələr üzləşdikləri psixoloji çətinliklərin öhdəsindən gəlmək, stress, depressiya, narahatlıq hisslərindən qaçmaq üçün bu vasitələrə əl atır, daha sonra asılılıqdan qurtula bilmirlər. Burada ailə mühiti xüsusi rol oynayır. Pis vərdişləri olan ailə üzvləri onlar üçün mənfi rol modeli ola bilər. Həmçinin bəzi filmlərdə, musiqi və ya sosial mediada narkotika, siqaret, spirtli içkilərin təbliği yeniyetmələrin hələ formalaşmamış qavrayışlarına mənfi təsir göstərir. Bütün bunların kökündə isə onlarda bu kimi zərərli vərdişlərin acınacaqlı nəticələri ilə bağlı məlumatlılığın olmaması və ya az olması dayanır.

Yeniyetmələri narkomaniya, siqaret və alkoqolizmdən qorumaq ilk növbədə valideynlərin və məktəblərin mühüm məsuliyyətidir. Valideynlər yeniyetmə övladları ilə açıq və onları mühakimə etmədən ünsiyyət qurmalıdırlar. Onları yaşadıqları hissləri, narahatlıqları bölüşməyə, bu haqda danışmağa təşviq etməlidirlər. Onları narkomaniya, siqaret və alkoqol asılılığı ilə bağlı risklər haqqında məlumatlandırmalıdırlar. Uşaqlarınıza müsbət rol modeli olun, əziz valideynlər. Siqaret və alkoqolla bağlı davranışlarınıza diqqət yetirin. Çünki hərəkətləriniz sözlərinizdən daha yüksək səslə danışır, bunu unutmayın. Yeniyetmələri həmyaşıdları, ailə üzvləri ilə güclü və müsbət münasibətlər, ünsiyyət qurmağa təşviq edin. Onların özlərinə qapanmasına imkan verməyin. Ailədə sağlam münasibətlər yeniyetmələrin narkomaniya, siqaret və alkoqolizmə meyllilik ehtimallarını azaldır. Uşaqlarınızı yaxşı təhsil almağa, müxtəlif hobbilər, idmanla məşğul olmağa təşviq edin. Eyni zamanda övladlarınıza nəzarət edin. Onların dostlarının kim olduğunu bilin, fəaliyyətlərinə diqqət edin. Amma bütün bunları onların şəxsiyyətinə hörmət etməklə reallaşdırın. 12-13 yaş yeniyetməliyin elə dövrüdür ki, onlar bir çox riskləri idarə etməkdə çətinlik çəkirlər. Ona görə də, yeniyetmələrə zərərli vərdişlərlə mübarizə bacarıqlarını öyrətmək lazımdır. Onları öz hisslərini sağlam yollarla ifadə etməyə təşviq etməliyik. Yeniyetmələri istedadlarına və nailiyyətlərinə uyğun istiqamətlərə yönəltmək olduqca faydalıdır.

Təhsil müəssisələri isə bu məsələdə xüsusilə həssas davranmalı, məktəblilərin davranışlarına nəzarət etməli, məktəblərdə psixoloqlar yeniyetmələrin narkomaniya, siqaret və spirtli içkilərə meyl etməsinin qarşısını almaq üçün onlarla mütəmadi olaraq söhbətlər aparmalıdır. Müvafiq qurumlar, hüquq-mühafizə orqanları yeniyetmələr arasında zərərli vərdişlərin yaranmasına səbəb ola biləcək hallarla mübarizəni daha da gücləndirməlidir. Xüsusən məktəblərin ətrafında narkotik vasitələrin satışı ilə bağlı təhlükələri vaxtında aşkar etmək üçün nəzarət tədbirləri artırılmalıdır. Marketlərdə yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və siqaret satanlar daha ciddi şəkildə məsuliyyət daşımalı, bununla bağlı qanunvericiliklə olan cərimlələrin miqdarı daha da yüksəldilməlidir. Və təbii ki, ictimai rəy, ictimai qınaq da öz sözünü deməlidir. Cəmiyyət olaraq bu hallara qarşı birgə mübarizə aparıb, övladlarımızı bu bəlalardan qorumalıyıq.

Fərid Şərifov
Bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

27-08-2022, 18:52

Elektron siqaret partladı, ayağı yandı

Maraqlı

11-08-2022, 19:10

Hansı pis vərdiş gözünüzü kor edə bilər?

İdman

8-07-2022, 19:43

“Nar” yeniyetmələrin sağlam həyat tərzini seçməsinə dəstək olur

Cəmiyyət

11-04-2023, 02:03

Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoyub”

Maraqlı

14-07-2022, 19:06

Vərəmə tutulmamaq üçün 5 sadə MƏSLƏHƏT

Cəmiyyət

29-06-2022, 14:34

BİABIRÇILIQ! Azərbaycanda "Monvaper" elektron qəlyanları əxlaqsızlığı belə təbliğ etdi - VİDEO

Dünya

16-07-2022, 19:04

Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirili

Cəmiyyət

7-02-2023, 16:51

Ana öz rolunu mükəmməl oynamasa, onun əsəri də mükəmməl olmayacaq

Maraqlı

2-08-2022, 21:40

Ənənəvi səhər qəhvəsi ağciyər xərçəngi yaradır?

Bölgə

3-02-2023, 20:58

DİN: "Ucarda maarifləndirmə tədbiri keçirilib"

Bölgə

13-10-2022, 20:02

Salyan RPŞ DYPB

Səhiyyə

18-01-2023, 17:34

Cinsi zəifliyi olan kişilər hansı analizi versin?

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 16:04
    "Evimizə girib-çıxa bilmirik, xəstəmiz var, təcili yardım gələ bilmir" - NARAZILIQ VAR...
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
  • Dünən, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Dünən, 11:35
    Elçin Yusubovun daha bir adamından şikayət var -Elxan Musayev sahibkarları incidib?
  • Dünən, 11:07
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Dünən, 10:57
    8 Noyabr - qürurumuzun, birliyimizin və qəhrəmanlığımızın günü
  • Dünən, 10:55
    ŞUŞA KUBOKU – İDMANIN GÜCÜ, VƏTƏNPƏRVƏRLİYİN RUHU, GƏLƏCƏYİN ÇEMPİONLARI!
  • Dünən, 10:52
    ”Fərid Eyvazov toxunulmazlığı”: Kiçik dükanlara aslan kəsilənlərin “Alliance Clinic” sükutu
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Dünən, 10:11
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
  • Dünən, 09:54
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Dünən, 09:38
    Mətin Eynullayevin rəhbəri olduğu qurumun MİLYONLARLA BORCU VAR - DETALLAR
  • Dünən, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə