• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Vədlərini yerinə yetirməyən Ermənistan - ölkəni idarə edə bilməyən hökumət - ŞƏRH

Cəmiyyət

9-08-2022, 15:33

Ermənistan 44 günlük müharibədən dərs alana, nəticə çıxarana oxşamır. Daha doğrusu, özünü atəşkəs imzalanan gündəki kimi aparmır. Noyabrın 10-da sənədi imzalamaq üçün gözə görünməyən Baş nazir Nikol Paşinyan indi şərtləri yerinə yetirmir. Azərbaycan tərəfi rəsmi İrəvana öhdəliklərini yerinə yetirməyin vacibliyini müxtəlif vasitələrlə başa salır.

Ağır iqtisadi, siyasi, sosial, hərbi böhranla üz-üzə qalan İrəvan öhdəliklərinə əməl etmədiyi azmış kimi, əlavə şərtlər irəli sürür. Hadisələr bu ölkədə sabit hakimiyyətin, nizamlı ordunun olmadığını da isbatlayır. Bu hal Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə mane ola bilər. Odur ki, ölkənin silahlı qüvvələrində intiharlar, səbəbi bilinməyən ölüm halları böhrandan xəbər verir.

Ermənistan Baş Prokurorluğunun yaydığı məlumata görə, cari ilin yanvarından avqustun əvvəlinədək ölkənin silahlı qüvvələrində 19 hərbçi qeyri-döyüş şəraitində ölüb. Məlumata əsasən, onların 10-u hərbi xidmət zamanı, qalanları isə naməlum şəraitdə vəfat edib. Məsələn, avqustun 7-də N saylı hərbi hissənin hərbi qulluqçusu Arşaluys Ovannisyan naməlum şəraitdə həyatını itirib. Onun ölüm səbəbi açıqlanmayıb. Yaxud Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə gölündə bataraq ölüb. Sonradan onun hərbi qulluqçu olduğu müəyyənləşib. Başqa mənbələr isə bildiriblər ki, bu ilin lik 7 ayı və avqustun əvvəlində Ermənistan Silahlı Qüvvələrinin 19 deyil, 28 hərbçisi qeyri-döyüş şəraitində ölüb. Bundan əlavə, Ermənistan ordusunda onlarla hərbçi naməlum vəziyyətdə yaralanıb. Onların bir qismi qeydiyyata alınmayıb.


Ermənistan Silahlı Qüvvələrində nizam-intizam qaydalarına əməl olunmadığına dair də məlumatlar yayılır. Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisi əməkdaşlarının genişmiqyaslı əməliyyatı nəticəsində hərbçilərin, əsgərlərin müdafiə nazirinin əmrinə tabe olmadıqları aşkarlanıb. Məlum olub ki, əsgər və hərbçilər cib telefonları vasitəsilə xidmət həyatından şəkillər çəkərək sosial şəbəkədə paylaşım edirlər. Həmin hərbçilər inzibati məsuliyyətə cəlb olunublar.

Ermənistanın kapituliyasiya aktını imzalamasından iki ilə yaxın müddət keçməsinə baxmayaraq, ölkənin silahlı qüvvələrinin rəhbərliyi tam formalaşmayıb. İyulun 14-də Ermənistan müdafiə nazirinin birinci müavini və silahlı qüvvələrinə Edvard Asryan yenə rəis təyin edilib. O bu vəzifədə 5 il müddətinə xidmət edəcək. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bir il ərzində Ermənistanın müdafiə naziri postuna dörd nazir təyin edilib: David Tonoyan (2018-2020), Vaqarşak Arutyunyan (2020-2021), Arşak Karapetyan (2021-ci il avqustun 2-dən noyabrın 15-dək) və Suren Papikyan (2021-ci il noyabrın 15-dən). Sadaladığımız faktlar Ermənistan ordusunda ruh düşkünlüyü, təlim-tərbiyənin, nizam-intizamın aşağı səviyyədə olduğunun göstəricisidir. Ordusu bu vəziyyətdə olan Ermənistanın Azərbaycana ərazi iddiası, yaxud onun torpaqlarında qanunsuz məskunlaşma aparıb onları müdafiə etmək cəhdi yersiz və mənasız görünür.


Heç şübhəsiz, rəsmi İrəvan torpaqları işğal altında saxlayanda da, indi də Azərbaycanla bağlı iddialarında haqlı deyil. Ermənistan və havadarlarının anlamaq istəmədiyi bir aksioma var: Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının bölünməz tərkib hissəsidir. Ərazisində öz vətəndaşlarının hüquqlarını müdafiə etmək isə Azərbaycanın müstəsna hüququdur. Vətəndaşları ilə münasibətləri tənzimləmək, yaxud onların təhlükəsizliyini təmin etmək üçün vasitəçiyə ehtiyac yoxdur. Ancaq Ermənistan şərtlərə əməl etməməklə Cənub Qafqazda əməkdaşlığın və əlaqələrin qurulması, iqtisadiyyatın inkişafı, təhlükəsizliyin təmin edilməsinə mane olur.

Rəsmi Bakı 10 noyabr üçtərəfli bəyanatına əsasən Azərbaycan torpaqlarında qanunsuz məskunlaşan ermənilərin, qanunsuz silahlı birləşmələrin, eləcə də Ermənistan hərbçilərinin çıxmasını tələb edir. Bununla bağlı maraqlı və təminatçı tərəflərə müraciət edib. Azərbaycan humanistlik göstərərək qanunsuz məskunlaşan ermənilərin və erməni silahlıların çıxması üçün avqustun 25-dək möhlət verib. İşğal dövründə Ermənistan və havadarları Azərbaycan kəndlərinə Suriya və Livandan köçürülən ermənilər yerləşdiriblər. Ermənilər iddia edirlər ki, Laçında və onun Sus, Aşağı Sus, Zabux kəndlərində ermənilər yaşayır. Onlar həmin əraziyə torpaqlar Ermənistanın işğalında olan zaman yerləşdiriliblər. İndi də bu kəndlərdəki ermənilər (bəlkə də muzdlu döyüşçülər) "özünümüdafiə" məqsədilə silahlı dəstələr təşkil etməyə çalışırlar.

Ermənistan Demokratik Həmrəylik Partiyasının sədri Suren Petrosyan Zabux kəndinə gələrək burada “dəstələr"in formalaşdırılması üçün işlərə başladığını bildirib. Onun avantürasına qoşulanların olduğuna dair məlumat yayılıb. Bu “müqavimət"lə ermənilər öz aləmində dünyaya “evlərindən zorla çıxarıldıqları"nı car çəkmək istəyirlər. Halbuki həmin ermənilər o torpaqlarda qanunsuz olaraq yaşadıqlarını gizlədirlər. İrəvanda, Göyçədə, Zəngəzurda, Xankənində və Azərbaycanın indiki və tarixi başqa yerlərində də belə məskunlaşıblar. Sonralar həmin yerləri özlərinki bilib nağıllar uydurmağa, saxta tarixlər yazmağa başlayıblar. Nə yaxşı bu dəfə süni məskunlaşma uzun sürmədi...


Bu sayaq informasiyalar Ermənistanda xaosun, mövcud hökumətin hadisələrə nəzarət, vədlərinə əməl edə bilmədiyini ehtimal etməyə əsas verir. Belə hesab etmək olar ki, Ermənistanı Nikol Paşinyan hökuməti deyil, kənar qüvvə idarə edir. Bu qüvvənin çaldığı zurnanın havasına Ermənistanın həm hakimiyyəti, həm də koçaryanlar, sarqsyanlar, vanesyanlardan ibarət müxalifəti oynayır. Əks halda bölgədə Ermənistanın və ermənilərin də faydalana biləcəyi böyük quruculuq işlərinə süni, mənasız, məntiqsiz maneələr yaranmazdı...\\report\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

4-08-2022, 13:24

Azərbaycan XİN: "Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik"

Siyasət

15-08-2022, 13:31

Paşinyan Rusiyadan kömək almaq üçün Moskvaya TƏCİLİ adam göndərdi

Siyasət

6-09-2022, 17:38

Ermənilərdən növbəti TƏXRİBAT HAZIRLIĞI - İrəvan sülh istəmir

Siyasət

3-08-2022, 20:51

Ceyhun Bayramov Aİ nümayəndəsi ilə erməni təxribatlarından danışdı

Siyasət

12-08-2022, 10:05

“Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu

Gündəm

28-06-2022, 20:44

Azərbaycanda əsgər sayı ARTIRILIR - İrəvana MÜHÜM MESAJ

Cəmiyyət

4-08-2022, 16:27

Tofiq Zülfüqarov: "Qarabağdakı son hadisələr böyük ssenarinin tərkib hissəsidir" - MÜSAHİBƏ

Siyasət

16-07-2022, 18:50

Azərbaycan Prezidenti: "Ermənistan məcburən üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmir"

Siyasət

15-08-2022, 17:05

Azərbaycan danışıqların imitasiyası ilə bağlı vəziyyətin təkrarlanmasını istəmir - Leyla Abdullayeva

Siyasət

15-07-2022, 18:13

İlham Əliyev: "Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir"

Gündəm

4-08-2022, 12:18

Paşinyan Nazirlər Kabinetini topladı: "Qarabağda vəziyyət son dərəcə gərgindir"

Siyasət

9-08-2022, 17:36

Ceyhun Bayramov Qarabağdakı son gərginliyin səbəbini açıqlayıb

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Dünən, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Bu gün, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • Bu gün, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • Bu gün, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • Bu gün, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • Bu gün, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 18:00
    Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
  • Dünən, 17:30
    Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
  • Dünən, 17:00
    R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
  • Dünən, 16:14
    Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir - VİDEO
  • Dünən, 15:59
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • Dünən, 15:38
    “Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
  • Dünən, 15:09
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • Dünən, 14:40
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • Dünən, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • Dünən, 13:42
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • Dünən, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • Dünən, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • Dünən, 12:45
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • Dünən, 12:02
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • Dünən, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • Dünən, 09:37
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • Dünən, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • Dünən, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • 23-10-2026, 19:00
    “Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
  • 23-10-2026, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • 23-10-2026, 18:30
    BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
  • 23-10-2026, 18:11
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • 23-10-2026, 17:51
    Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
  • 23-10-2026, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
  • 23-10-2026, 17:02
    BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
  • 23-10-2026, 16:48
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • 23-10-2026, 16:26
    Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
  • 23-10-2026, 16:01
    Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə