• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Tofiq Zülfüqarov: "Qarabağdakı son hadisələr böyük ssenarinin tərkib hissəsidir" - MÜSAHİBƏ

Cəmiyyət

4-08-2022, 16:27

"Proseslər yavaş-yavaş Qarabağdan Zəngəzura keçir"

Son günlər Ermənistanın təxribatları nəticəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyət gərginləşib. Doğrudur, hazırda vəziyyət sabit olsa da, gərginlik hər an yenidən arta bilər. Ermənistanın təxribatları nəticəsində avqustun 3-də əsgər Anar Kazımovun şəhid olması Azərbaycan Ordusunu "Qisas" əməliyyatını keçirməyə məcbur edib. Beləliklə, Azərbaycan Ordusu elə həmin gün əməliyyat keçirərək qanunsuz erməni silahlı dəstələrinin cavabını verib və şəhidimizin qanı yerdə qalmayıb. Eyni zamanda, "Qisas" əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Bununla yanaşı, Müdafiə Nazirliyinin avqustun 4-də yaydığı məlumata görə, “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir. Eyni zamanda əməliyyat şəraitinin Azərbaycan Ordusunun bölmələrinin tam nəzarəti altında olduğu vurğulanıb.

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Qarabağdakı gərginlik, “Qisas” əməliyyatı və proseslərin gələcək mümkün inkişafı barədə “Report”un suallarını cavablandırıb.

- “Qisas” əməliyyatını necə qiymətləndirirsiniz?

- 10 noyabr 2020-ci il il tarixli üçtərəfli bəyanatın imzalanmasından 2 ilə yaxın vaxt keçib. Təəssüf ki, Ermənistan həmin sənəddəki bəzi öhdəliklərin yerinə yetirilməsi prosesini çox gecikdirir. Beləliklə, sülh prosesi dalana dirənir. Çünki rəsmi İrəvan məğlubiyyətdən sonra başqa siyasət yeritməyə başladı. Ərazi iddiaları davam etdi. Əlbəttə, bu, bizim maraqlarımıza uyğun deyil. Ona görə biz həm vasitəçi Rusiyadan, həm də Ermənistandan bu öhdəliklərin yerinə yetirilməsini tələb edirdik. Amma, əksinə, təxribat silsiləsi ilə üzləşdik və şəhidimiz oldu. Buna adekvat olaraq, biz əks-hücum əməliyyatlarına başladıq. Fikrimcə, bu, həm Ermənistan hakimiyyətinə, həm də qondarma rejimə dərs olmalıdır. İrəvan öhdəliklərini yerinə yetirməlidir - terrorçular Qarabağdan çıxarılmalı, xunta tərk-silah edilməlidir, Zəngəzur dəhlizi Azərbaycanın istifadəsinə verilməlidir. Ya diplomatik, ya da hərbi yolla bu məsələlər həllini tapmalıdır.


- Yəni Azərbaycan Ordusunun yeni əməliyyatlar keçirəcəyini istisna etmirsiniz?

- Bu, Ermənistandan asılıdır. Biz “Qisas” əməliyyatı ilə göstərdik ki, düşmənə adekvat cavab verməyə həmişə hazırıq. Onlar bizim tələblərimizi də, 10 noyabr sazişinin şərtlərini də yaxşı bilirlər. İndi hansısa bəndləri yanlış başa düşdüklərini deyirlər. Bu, yayınma cəhdləri olmaqla yanaşı, həm də mənasız addımdır. Azərbaycanın siyasi iradəsi ortadadır. Bu mənada oyunlara son qoyulmalı və dediyim kimi, tələblərimiz yerinə yetirilməlidir.

- Sizcə, genişmiqyaslı müharibə başlayarsa, rəsmi Moskvanın buna münasibəti necə olacaq?

- Bu, ikinci dərəcəli məsələdir. Əsas məsələ Azərbaycan xalqının iradəsidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanda indi çox mürəkkəb siyasi proseslər gedir. İrəvan Qərbə meyillənməyə, Rusiyadan canını qurtarmağa davam edir. Bunu şimal qonşumuz da yaxşı başa düşür. Hazırda Ermənistanda Qərblə Rusiyanın qarşıdurması baş verir. Bu mənada, əslində, Rusiyanın birdən-birə erməniləri müdafiə etməsi məntiqsiz görünər. Buna imkanı da yoxdur. Yəni Kreml, bəlkə də, Ermənistanın Qərbin nəzarətinə keçməsinə razıdır. Rusiya üçün Zəngəzur dəhlizi layihəsi çox vacibdir. Çünki, beləliklə, həm Türkiyə, həm də İranla dəmiryol əlaqəsi qurmaq niyyətindədir. İndi əsas məsələ budur ki, Ermənistan Qərbin “çətiri altına” Zəngəzur dəhlizi ilə birlikdə keçəcək, ya yox. Ümumiyyətlə, proseslər yavaş-yavaş Qarabağdan Zəngəzura keçir. Bu isə o deməkdir ki, hazırda baş verən hadisələr böyük bir ssenarinin tərkib hissəsidir.


- Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, son günlər baş verənlər sülhməramlıların fəaliyyətini sual altına qoyur. Sizin fikrinizcə, o, bununla nə mesaj verir?

- Bu, Ermənistanın Rusiyadan nəsə gözləmədiyinə mesajdır. Rəsmi İrəvan Rusiyanı Qərbin, beynəlxalq təşkilatların əvəz etməsi niyyətindədir. Ümumiyyətlə, Ermənistan həmişə kiməsə arxalanmaq istəyir. İndi, Rusiyanın zəiflədiyi bir vaxtda Paşinyan hakimiyyəti Qərbə sığınmağa məcbur olub.

- Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə səfər edəcək, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Liderlər Cənubi Qafqaz və Qarabağdakı son durum barədə də danışacaqlar. Bu görüşün əsas nəticəsi nə olacaq?

- Zəngəzur dəhlizi yenə də əsas məsələlərdən biri olacaq. Dediyim kimi, indi Rusiya üçün bu layihə strateji əhəmiyyət kəsb edir. Türkiyə, Rusiya və İran liderlərinin üçtərəfli görüşündə də bu məsələ gündəmdə olmuşdu. Bu mənada Soçi görüşünü Astana müzakirəsinin davamı da hesab edə bilərik.\\report\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

4-08-2022, 12:18

Paşinyan Nazirlər Kabinetini topladı: "Qarabağda vəziyyət son dərəcə gərgindir"

Dünya

4-08-2022, 15:01

Paşinyan Azərbaycanın tələblərini qəbul etdiyini açıqladı, Rusiyanı tənqid etdi

Siyasət

4-08-2022, 22:00

Quterreş Qarabağdakı vəziyyətdən narahatdır

Gündəm

3-08-2022, 19:31

Bu yüksəkliklər azad olundu (RƏSMİ)

Dünya

3-08-2022, 21:20

Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib

Siyasət

17-08-2022, 13:53

Qarabağda ermənilər tərksilah olunur - Quldur dəstələrdən ağır silahlar alınır

Gündəm

3-08-2022, 18:05

Erməni terrorçularının 1 hərbi hissəsi və azı 1 postu məhv edilib

Gündəm

3-08-2022, 18:37

Azərbaycan Ordusu erməni terrorçularının avtomobilini məhv edib

Gündəm

4-08-2022, 16:29

“Qisas” əməliyyatı - regionun təhlükəsizliyini təhdid edənlərə cavab

Siyasət

12-08-2022, 10:05

“Cross”: Azərbaycanın “Qisas” əməliyyatı Ermənistanın təxribatına cavab oldu

Siyasət

3-08-2022, 20:39

Azərbaycan Ordusunun “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilir

Siyasət

9-08-2022, 17:36

Ceyhun Bayramov Qarabağdakı son gərginliyin səbəbini açıqlayıb

Araşdırma
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
Hadisə
12-05-2026, 09:21
Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB
10-05-2026, 12:30
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
7-05-2026, 17:34
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
7-05-2026, 15:40
Türkiyədə 77 tələbə qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib
6-05-2026, 11:48
Mövlud Çavuşoğlunun qardaşı güllələnib
Xəbər lenti
  • Bu gün, 17:58
    Azərbaycanda yeni Baş Kollektiv Saziş bağlanılıb
  • Bu gün, 17:44
    Sabunçuda “toxunulmaz” tikinti iddiası – İcra başçısının belə söz deyə bilmədiyi şəxs kimdir?
  • Bu gün, 17:29
    Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının iclasında təmsil olunub
  • Bu gün, 17:07
    Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
  • Bu gün, 16:32
    Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
  • Bu gün, 16:21
    Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
  • Bu gün, 13:06
    Sabah 30 dərəcə isti olacaq
  • Bu gün, 12:58
    Mədəniyyət Nazirliyi Azərbaycan ədəbi dili ilə bağlı TV layihəyə başlayır
  • Bu gün, 12:49
    Məktəb direktoru Facebook-dakı paylaşımlarına görə cəzalandırılıb?
  • Bu gün, 12:27
    Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
  • Bu gün, 12:10
    Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
  • Bu gün, 11:37
    WUF13 iştirakçıları üçün "Koroğlu" - Bakı Olimpiya Stadionu istiqamətində xüsusi avtobus fəaliyyətə başlayıb
  • Bu gün, 10:58
    “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 10:33
    Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir
  • Bu gün, 10:21
    "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
  • Bu gün, 09:59
    Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək
  • Bu gün, 09:46
    Qaradağda köhnə idarəetmənin yeni üzü - Emil Abbasov axı Mikayılovun müavini idi...
  • Bu gün, 09:20
    Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib
  • Bu gün, 09:08
    “Ege Hospital” körpənin müayinəsindən imtina etdi: 350 manatım yoxdur, uşağımı öldürürlər….
  • Bu gün, 08:50
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Bu gün, 02:37
    Xaçmazdakı liseylə bağlı ciddi iddialar: müəllimlərdən pul yığılması, yoxlama təzyiqi və “repititor maraqları” gündəmdə
  • Dünən, 19:19
    Slovakiya Ukrayna ilə bütün sərhəd keçid məntəqələrini bağlayıb
  • Dünən, 19:13
    Eldar Əzizov öz yerinə Elgin Həbibullayevi hazırlayır? - Detallar...
  • Dünən, 18:57
    CENTCOM: Hörmüz boğazında "F-35" qırıcısı patrul xidməti həyata keçirir
  • Dünən, 18:45
    “Kristal Abşeron”dan mənzil alanlar niyə peşman olur? - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 18:11
    Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq
  • Dünən, 18:05
    SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
  • Dünən, 17:43
    Ərdoğan Qazaxıstanda dövlət səfərindədir
  • Dünən, 17:38
    Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ
  • Dünən, 17:17
    Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Dünən, 12:41
    Sabah 31° isti olacaq - PROQNOZ
  • Dünən, 12:29
    BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-PREZİDENTƏ MÜRACİƏT
  • Dünən, 11:15
    Rusiya Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, 8 nəfər ölüb
  • Dünən, 11:05
    Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? – Maraqlı faktlar
  • Dünən, 10:23
    Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə