Sizin reklam burada 728×90
Son dəqiqə

Naxçıvan-Bakı avtobusuna bilet satışında pozuntu

09.09.2025 18:11 214 1 dəq oxunur
Naxçıvan-Bakı avtobusuna bilet satışında pozuntu
Naxçıvanda avtobus biletlərinin satışında kassa intizamı pozulub.

Bu, Hesablama Palatasının “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” Publik Hüquqi şəxs üzrə dövlət vəsaitlərinin, həmçinin digər dövlət əmlakının istifadə və idarə olunmasının hüquqi aktlara uyğunluğu auditinin nəticələrində öz əksini tapıb.

Belə ki, Naxçıvan-Bakı istiqamətində avtobus biletlərinin satışı zamanı kassa sənədləşdirilməsi aparılmayıb.

Bildirilib ki, kassa sənədləşdirilməsi aparılmadan Naxçıvan–Bakı biletlərindən 1,5 milyon manata yaxın vəsait toplanıb, bunun 78%-i sürücülərə əlbə-əl verilib. Məlumata görə, 2023-cü ildə 593,4 min manat, 2024-cü ildə isə 919,9 min manat həcmində vəsait kassa kitabı, mədaxil və məxaric orderləri olmadan toplanıb. Audit nəticəsində aşkar olunub ki, toplanan məbləğin yalnız 22 faizi isə xəzinədarlar tərəfindən Agentliyin bank hesabına ödənilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az