Sizin reklam burada 728×90
Son dəqiqə

Dövlət Məşğulluq Agentliyindən absurd tələb? FOTO

22.08.2025 10:48 235 1 dəq oxunur
Dövlət Məşğulluq Agentliyindən absurd tələb? FOTO
Ucar rayonu Lək kənd sakini Süleymanov Məhbus Ağamirzə oğlu tərəfindən şikayət məktubu daxil olub ünvanlanıb. Poçtumuza daxil olan şikayətdə deyilir:
Ucar rayonu Lək kənd sakini Süleymanov Məhbus Ağamirzə oğlu tərəfindən

ŞİKAYƏT

Dövlət Məşğulluq Agentliyinin kənd təsərrüfatı üzrə özünüməşğulluq proqramında yol verilmiş saxtakarlıq və məsuliyyətsizliyə görə mənə ziyanlar dəyib.
09 iyul 2025-ci il tarixində proqram çərçivəsində 3 baş iribuynuzlu heyvanla təmin olunmuşam. Lakin 08 avqust 2025-ci ildə heyvanlardan biri qəfil ölüb. Fakt dərhal baytarlıq xidməti tərəfindən qeydə alınıb, yarma aparılıb və rəsmi akt tərtib edilib.Həmin aktı Məşğulluq Mərkəzinə təqdim edərək, ölmüş heyvanın əvəzində yenisi ilə təmin olunmağımı xahiş etdim. Ancaq qurumun cavabı tam əsassız oldu: “ölmüş heyvanın yarılmış vəziyyətdə mütləq şəkli çəkilməli idi.”
Bu cavab absurddur. Baytarın iştirakı ilə akt tərtib edilibsə və rəy varsa, əlavə yarılmış formada şəkil tələb etmək qanunsuzdur. Bu, vətəndaşı çətin vəziyyətdə qoymaq deməkdir.
Özünüməşğulluq proqramı çərçivəsində verilən 3 heyvanın faktiki yaşı 1–1,5 yaş olsa da, sənədlərdə 3 yaş göstərilib. Bundan başqa, müqaviləyə görə mənə 800 kq yem verilməli olduğu halda, indiyə qədər bu yem verilməyib.Heyvanlar çox zəif xəstə və yararsızdır.
Bu başdan ayağa qanunsuzluq və saxtakarlıqdər ki, məsələ ilə bağlı dövlət qurumlarından obyektiv araşdırma aparılmasını xahiş edirirəm.Biz dövlətin sosial dəstək proqramına inanıb qoşulmuşuq. Amma bu cür saxtakarlıq və biganəlik insanları dövlətə inamsızlığa sürükləyir. Xahiş edirəm ki, məsələ ictimaiyyətin və aidiyyəti orqanların diqqətinə çatdırılsın.Teref)

Dövlət Məşğulluq Agentliyinin bu iddia ilə əlaqədar mövqeyini dərc edə bilərik
Dövlət Məşğulluq Agentliyindən absurd tələb? FOTO




Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az