Sizin reklam burada 728×90
Son dəqiqə

Laçına köçürülmüş mindən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

13.06.2025 13:10 332 1 dəq oxunur
Laçına köçürülmüş mindən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Laçın rayonuna köçürülmüş sakinlərdən 1150 nəfər məşğulluq tədbirlərinə cəlb olunub.

Bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Belə ki, 104 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 66 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb).

Daha 46 nəfər isə peşə kurslarına cəlb olunub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az