• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Könül Ağamirova 3 dəfə əməliyyat edib məni pis vəziyyətə qoydu

Cəmiyyət

12-06-2025, 10:54

“Məşhur plastik cərrah-onkoloq Könül Ağamirova məni 3 dəfə əməliyyat etdi, hamısı uğursuz alındı”.

Bu şikayətlə “Qafqazinfo”ya Aybəniz Zeyn adlı vətəndaş müraciət edib.

O bildirib ki, ötən il adıçəkilən cərrah tərəfindən sinə kiçiltmə əməliyyatından sonra həmin nahiyədə nekroz (canlı toxumalarda hüceyrələrin erkən ölümü) əmələ gəlib: “Əməliyyatım “Milana Hospital”da baş tutdu. Bundan sonra fəsadlar ortaya çıxdı. Sinəmdə nekroz əmələ gəldi və zamanla daha da pis vəziyyətə düşdüm. İkinci dəfə həkim məni əməliyyata götürərək nekrozu təmizlədi. Ancaq bu dəfə çox kobud tikişlər atıldı. Bir müddət sonra həmin tikişlər açıldı”.

İngiltərədə yaşayan Aybəniz Zeynin sözlərinə görə, bu əməliyyat üçün ümumilikdə 7 min manat ödəniş edib: “Artıq üçüncü dəfə məcbur qalıb yenidən eyni həkimin əməliyyatına girdim. Bu dəfə isə öz qarın bölgəmdən yağ alıb sinəmə vurdu. O da bir ay sonra töküldü. Bu həkim məni pis vəziyyətə qoyub. Sinəmdə fəsadlar yaranıb. Bu, bir cinayətdir. Mənə vurulmuş ziyanın qarşılığının ödənilməsini istəyirəm. Hazırda pis vəziyyətdəyəm, ödənişim geri qayıtsın ki, İngiltərədə müayinəyə başlayım. Digər şəxslər də bilməlidir ki, bu həkim düzgün seçim deyil. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət etmişəm”.

Məlumat üçün bildirək ki, bu ilin aprelində Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb. Sözügedən həkimlərin siyahısında Könül Ağamirovanın adı yoxdur.

Şikayətçi saytımıza prosedurdan sonra bədənində yaranan yaraların, irinləmələrin və açılan tikişlərin fotosunu da göndərib. Oxucuların həssaslığını nəzərə alaraq, həmin şəkillərdən yalnız ikisini üstüörtülü formada yerləşdiririk:


İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Könül Ağamirova ilə əlaqə saxladıq. O bu şikayətin reputasiyasına zərər gətirəcəyini deyərək ittihamlarla əlaqədar açıqlama vermək istəmədi.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanladığımız sorğuya cavab olaraq isə bildirildi ki, məsələ ilə bağlı həkim Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb: “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi xidmətin göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. Müraciətdə qeyd olunan faktın eyni zamanda mülki iş olduğunu, insan sağlamlığında yaranmış problemin məhkəmə-tibbi ekspertizası tərəfindən qiymətləndirilməsinin zəruriliyini və dələduzluq faktının araşdırılması məsələsinin Mərkəzin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, vətəndaşın təsdiqedici sənədlərlə birlikdə hüquq-mühafizə orqanlarına və ya bilavasitə məhkəməyə müraciət etmək hüququ olduğu Aybəniz Zeynalovaya bildirilib.

Aybəniz Zeynalovanın Bakı şəhərində yerləşən “Milana Hospital”ın həkimi Könül Ağamirova tərəfindən göstərilən tibbi xidmətdən sonra səhhətində yaranmış problem və əməliyyata görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı Səhiyyə Nazirliyinə daxil olan müraciətinə nazirliyin Analitik Ekspertiza Mərkəzində aidiyyəti üzrə baxılıb. Müraciətdə qeyd edilən faktın 2024-cü ilə təsadüf etməsi, eyni zamanda da şikayətçi tərəfindən ərizəyə müvafiq təsdiqedici sənədlərin (həkim Könül Ağamirova tərəfindən keçirilmiş əməliyyata dair rəsmi tibbi qeydiyyat sənədləri, xəstəlik tarixindən çıxarış və ya epikriz) əlavə edilmədiyindən, aidiyyəti müəssisədə qanunvericiliklə müəyyən olunmuş qaydada uyğun nəzarət tədbirinin keçirilməsi məqsədəmüvafiq hesab edilməyib. Əlavə olaraq bildirilir ki, Mərkəz tərəfindən həkim Könül Ağamirovanın vəzifə səlahiyyətləri araşdırılan zamanı onun müəssisədə direktorun müalicə işləri üzrə müavini vəzifəsinə təyin edilməsi müəyyən edilib. Könül Ağamirovanın aidiyyəti üzrə rəsmi izahatı götürülüb. Əldə olunan sənədlər araşdırma materiallarına əlavə edilib”.(Qafqazinfo)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-02-2025, 13:16

"Bir günün içində 2 dəfə əməliyyat olundum... Sağ çıxanda sevindim..." - DƏLİXANADIR, VALLAH...

Gündəm / Cəmiyyət

20-11-2024, 21:30

Bakıda daha bir məşhur plastik cərrahdan şikayət var - FOTO

Gündəm / Cəmiyyət

11-09-2024, 12:25

Dəhşətli fakt: xəstəyə QƏSSAB münasibəti... - "Dələduzluq edərək..."

Gündəm / Cəmiyyət

4-10-2024, 17:23

Estetik əməliyyatın növbəti QURBANI – “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB -İLGİNC

Gündəm / Səhiyyə

10-10-2023, 20:21

`Artromed` klinikasında təhlükəli burun əməliyyatı – Vətəndaş prokurorluğa müraciət etdi VİDEO

Gündəm / Cəmiyyət

18-12-2024, 17:08

Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO

Gündəm / Cəmiyyət

14-08-2024, 16:58

Müəlliminin ölümünə səbəb olan, atasının "hesabı"na səhvini gizlətdiyi deyilən Uzman Həkim deputat olmaq istəyir - FOTO

Gündəm / Cəmiyyət

14-04-2025, 11:58

“Tuana estetic centre”də cərrah Esmira İbrahimli mənim üzümdə qüsurlar yaratdı-Şikayət

Gündəm / Səhiyyə

1-08-2023, 12:06

«UNIKAL» HOSPITALIN TIBB BACISI ÖZÜNÜ HƏKIM KIMI TƏQDIM EDƏRƏK XƏSTƏNI ŞIKƏST ETDI- VİDEO

Gündəm / Cəmiyyət

3-05-2025, 09:43

“Laser Beauty Klinikası“ müğənni Xatunu şikəst etdi: “Ölə bilərdim“

Gündəm / Cəmiyyət

6-02-2025, 12:10

Cərrah Təbəssüm Qurbanovanın lisenziyası ləğv edildi - Əməliyyat zamanı canlı açmışdı

Gündəm / Səhiyyə

8-06-2023, 01:59

"MedEra" Hospitalda bu dəfə öz işçisi əməliyyat zamanı öldü – TƏFƏRRÜAT

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Bu gün, 11:42
Xəzər dənizində zəlzələ olub
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 17:56
    Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
  • Bu gün, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Bu gün, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Bu gün, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Bu gün, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Bu gün, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Bu gün, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Bu gün, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Bu gün, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Bu gün, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Bu gün, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Bu gün, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Bu gün, 12:36
    Türkiyədə zəlzələ olub
  • Bu gün, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Bu gün, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Bu gün, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Bu gün, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Bu gün, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Bu gün, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Bu gün, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Bu gün, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə