Sizin reklam burada 728×90
Son dəqiqə

Polis Akademiyasının rəisi: Vəkil və polis arasında əməkdaşlıq mövcuddur

28.12.2024 12:00 374 1 dəq oxunur
Polis Akademiyasının rəisi: Vəkil və polis arasında əməkdaşlıq mövcuddur
Hazırda vəkil və polis arasında əməkdaşlıq mövcuddur.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, general-mayor Canpolad Daanov 28 dekabr - Vəkil Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası fəaliyyəti dövründə çox böyük nailiyyətlər əldə edib:

"Biz hüquqşünas ixtisası üzrə təhsil alan tələbələrdən gələcəkdəki fəaliyyətini soruşanda onlar vəkil olmaq istədiklərini deyirlər. Hazırda vəkil və polis arasında əməkdaşlıq var. Polis Akademiyasında Vəkillər Kollegiyasının üzvləri də kursantlarımıza dərs deyirlər".
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az