• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Nazir oğlunun “Push 30”la bağlantısı: Əshabəli Mustafayevin oğlu kimi müdafiə edir?

Gündəm

4-09-2023, 09:18

Ötən həftə araşdırmaçı Həbib Müntəzirin “Hakim oğlunun idman-fitnes biznesi” adlı araşdırması Meydan TV-də yayımlandıqdan sonra Vəkillər Kollegiyasından iradlar səsləndirilməyə başlandı.

Səbəb araşdırmada bu qurumun adının keçməsidir.

Araşdırmada siyasi sifarişli hökmlərdə imzası olan hakim Faiq Qasımovun oğlu Adil Qasımova məxsus biznesdən söz açılır.

Adil Qasımov Azərbaycanın idman və fitnes sektorunda böyük payçılardan biri olan “Push30”un şəriklərindən biridir.

Araşdırmada Vəkillər Kollegiyasının da bu şirkətlə əməkdaşlıq etdiyi qeyd olunur.

Yazı dərc olunduqdan sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşlarından biri ilə əlaqə saxlayıb iradlarını bildirsə də, fikirlərinin ictimailəşməsini istəmədi.

Ancaq bundan sonra bəzi vəkillər sosial şəbəkələrdə Meydan TV-ni tənqid etməyə başladı.

Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Anar Qasımlı ilə Ruslan Mustafazadə isə Meydan TV-yə etiraz məktubu göndərib.

Peşəkar jurnalistin hüquqi bilikləri necə olmalıdır kimi məsləhətvari girişdən sonra vəkillər yazırlar: “Hər fürsətdə Vəkillər Kollegiyasına qarşı qarayaxma kampaniyası aparan sözdə müstəqil medianın qeyri-peşəkar mövqeyi təəssüf doğurmaya bilməz. İnternetdə kiçik axtarış aparmaq kifayət idi ki, daha obyektiv yazı yazılsın”.

Daha sonra təsdiqləyirlər ki, həqiqətən də, Vəkillər Kollegiyası ilə “Push30” şirkəti arasında müqavilə bağlanıb və bu, qurumun rəsmi saytında da qeyd olunub. Vəkillər yazır ki, belə bir müqavilənin bağlanması üçün idmançı vəkillərimizdən biri təşəbbüskar olub, yazılı şəkildə Kollegiyaya müraciət edib. Çünki həmin şirkətlə müqavilə bağlandıqda vəkillər bir sıra üstünlüklər əldə edirlər:

“Buraya idman mərkəzlərindən ay ərzində limitsiz istifadə (Limitsiz giriş); Müxtəlif idman mərkəzlərindən istifadə (Ay ərzində fərqli məkanlardan istifadə); Müxtəlif idman növləri (fitness, üzgüçülük, pilates, yoga, aerobika və s.) məşğul olmaq imkanı; Mobil tətbiqdə (Push30 tətbiqi) yerləşən faydalı video dərslər və məqalələrdən istifadə etmə imkanı; İdman qidalanma mağazaları, idman geyimləri mağazaları, gözəllik mərkəzlərini əhatə edən tərəfdaş məkanlarda endirimlər və s. aiddir. Müqavilə əslində Vəkillər Kollegiyasının üzvləri üçün güzəştlərin tətbiq edilməsi haqqında razılaşmadır”.

Könüllü seçim etdiklərini, tək-tük vəkilin bu şirkətin xidmətindən yararlandığını deyən vəkillər ad çəkməsələr də, araşdırmada Vəkillər Kollegiyasının şirkətlə əməkdaşlığını tənqid edən hüquqşünas Xalid Bağırovun fikirlərindən qəzəbləndiklərini göstəriblər:

“Öz-özünə ritorik suallar verib, onları cavabsız saxlamaq kollegiyaya qara yaxmaq, onun günü-gündən artan nüfuzuna xələl gətirmək, görülən işlərə kölgə salmaq cəhdindən başqa heç nə deyil. Məzmununu, predmetini, şərtlərini bilmədiyin müqavilə haqqında fikir bildirmək, onu şərh etmək nə vaxtdan müstəqillik və obyektivlik hesab olunur?”

“Məgər Vəkillər Kollegiyası hansısa məhsul alır, pul ödəyir ki, tender keçirsin? Məgər Vəkillər Kollegiyası dövlət qurumudur ki, tender keçirsin? Hansı qanunda yazılıb ki, Vəkillər Kollegiyası tender keçirməlidir? Yazı hazırlanmazdan qabaq “Dövlət satınalmaları haqqında” Qanunu açıb oxumaq olmazdımı? Hər kəsə bəllidir ki, Vəkillər Kollegiyası qeyri-dövlət təşkilatıdır, onun büdcəsi üzvlərinin ödədiyi üzvlük haqları hesabına formalaşır. Kollegiya öz vəsaitini hara və necə xərcləməsi barədə yalnız üzvləri qarşısında hesabat verir. Bu, onun müstəqilliyinin təminatlarından ən önəmlisidir”, – Anar Qasımlı ilə Ruslan Mustafazadə yazıb.

Ruslan Mustafazadə Müsavat Partiyasının üzvü, vəkil Əshabəli Mustafayevin oğludur.

Meydan TV vəkillərin iradına hüquqşünas Xalid Bağırovdan münasibət öyrənməyə çalışıb. Ancaq hüquqşünas iradlara cavab vermək istəməyib.

Meydan TV “Push30” şirkətinin şərikləri ilə bağlı əlavə məlumatlar da əldə edib.

Araşdırma zamanı müəyyənləşdirib ki, Adil Qasımovun şəriklərindən biri xarici işlər naziri Ceyhun Bayramovun 27 yaşlı oğlu Rəhim Bayramlıdır.

Rəhim Bayramlı müxtəlif sahələrdə yeni şirkətlərin qurulmasına fokuslanan, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nəzdində 2021-ci ildə yaradılmış “Sabah.lab” MMC-nin icraçı direktorudur. Adil Qasımov isə həmin MMC-nin əməliyyatlar üzrə baş direktordur.

“Push30”un digər təsisçisi Rahul D’Mello isə “SABAH.lab”ın İdarə Heyətinin üzvüdür.

Bir müddət öncə “Abzasmedia” nazir Ceyhun Bayramovun ailə sərvətini araşdırıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

9-08-2023, 11:27

“Anar Bağırov kollegiyaya ayrılmış 5 milyon manatı kimlərlə yeyib?”

Cəmiyyət

12-08-2022, 14:04

Həqiqət Səlimova məhkəməyə verildi

Cəmiyyət

11-02-2023, 01:54

Vəkillər Kollegiyasının İKT sahəsində gördüyü işlər beynəlxalq ekspertlərlə müzakirə edildi - FOTO

Hadisə

28-06-2022, 20:24

Vəkil Elçin Qəmbərov külli miqdarda dələduzluqda təqsirləndirilir

Bölgə

18-07-2023, 13:12

Astara bələdiyyəsinin AYRICA QANUNLARI VAR İMİŞ...

İdman

4-09-2022, 11:06

Azərbaycan Premyer Liqasında tura paytaxtda yekun vurulacaq - AFİŞA

Şou-biznes

6-07-2023, 17:49

Xoşqədəm Hidayətqızı yenidən məhkəməyə verildi

Cəmiyyət

11-02-2023, 01:52

"Hakimin və prokurorun necə işlədiyini bilən vəkil öz peşəsi ilə tam şəkildə məşğul ola bilər"

Ölkə

2-08-2023, 11:40

İranda saxlanılan Fəridin anası: "Çox gərgin danışırdı"

İdman

22-08-2022, 16:52

Azərbaycan çempionatında 17 ildən sonra nadir hadisə

Gündəm

25-07-2023, 19:02

Şirkət rəhbərliyi aktı dəyişmək istəyir... - NARAZILIQ VAR!

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 09:22
    Masallı, Ağstafa və Samuxun bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Bu gün, 09:13
    Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
  • Bu gün, 08:54
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 21:44
    Lənkəranda gənc yazar Aynur İsmayılın “Təsadüfmü, zərurətmi?” kitabının təqdimatı keçirilib
  • Dünən, 19:01
    Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
  • Dünən, 18:45
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Dünən, 18:28
    Yaşıllaşdırma birliyi ağacları məhv edir? – Növbəti nöqsan
  • Dünən, 18:06
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Dünən, 17:55
    Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur" - Video
  • Dünən, 17:08
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Dünən, 16:52
    Elçin Yusubov baş məsləhətçiyə 80 minlik xidməti avtomobil verib - TƏFƏRRÜAT
  • Dünən, 16:14
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Dünən, 15:52
    YAP-ın Balakən təşkilatının eks sədri həbs edildi - BUNA GÖRƏ...
  • Dünən, 15:33
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Dünən, 15:02
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Dünən, 14:45
    Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • Dünən, 14:25
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Dünən, 13:11
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Dünən, 13:05
    Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
  • Dünən, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Dünən, 12:39
    Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • Dünən, 12:19
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Dünən, 12:11
    Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
  • Dünən, 11:49
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Dünən, 11:38
    Mandatından İMTİNA EDİR? - GƏLİŞMƏ
  • Dünən, 11:04
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Dünən, 10:47
    Mikayıl Cabbarovun sevimli kadrı HƏBS OLUNA BİLƏR - İDDİA
  • Dünən, 10:22
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Dünən, 09:54
    Bərdədə bir vaxtlar Statistika idarəsi deyilən bir idarə var idi
  • Dünən, 09:25
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Dünən, 09:17
    "Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
  • Dünən, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-10-2026, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • 25-10-2026, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • 25-10-2026, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə