• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Müharibə əlili vəkil Adəm Məmmədovdan şikayət etdi -“Prezidentin bağışladığı evi satıb ona verdik, o isə..”

Gündəm / Cəmiyyət

5-09-2024, 19:42

90-cı illərdə erməni əsirliyində olmuş, II qrup müharibə əlili Şirin Abbasov Azərbaycandakı məşhur vəkillərdən biri tərəfindən aldadıldığını deyir. Onun sözlərinə görə, nəticədə bu gün ailəsi ağır vəziyyətə düşüb – evsiz qalıblar, müalicə oluna bilmir.
Şirin Abbasov müxtəlif dövlət orqanlarına vəkil Adəm Məmmədovdan şikayət edib. O, iddia edir ki, prezident tərəfindən ona bağışlanmış mənzilinin pulu aldadılaraq, əlindən alınıb.
Şirin Abbasovun sözlərinə görə, oğlu Lətif Abbasov bir neçə il əvvəl yol qəzası törədib, nəticədə bir nəfər həlak olub. Həmin işdə Adəm Məmmədovu vəkil tutublar: “Bizi əmin elədi ki, bu işi həll eləyəcək, hakimlər də, prokurorlar da ona hörmət eləyir. Bizim də olanımız-qalanımız bir evimiz vardı, o evi də möhtərəm prezidentimiz vermişdi, evimizi satdıq. Əvvəl 30 min verdik, sonra 28 min 500, sonra da 25 min. Ümumilikdə bizdən 83 min 500 manat pul aldı. Bəzən özünə vermişik, bəzən də Zərdabi Abbasov vasitəsilə göndərmişik. Hamısının da sübutu var. Evimizi satıb, ona verdik, o da bizi aldatdı, küçədə qoydu”.
Şirin Abbasov bildirib ki, Binəqədi Rayon Məhkəməsində oğlunun 4 il 9 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını daha da ağırlaşdıraraq, 5 il 6 ay edib: “Bundan sonra başa düşdük ki, Adəm Məmmədov bizi aldadıb. Zəng eləyirdik, zənglərimizə cavab vermirdi. Ona görə Vəkillər Kollegiyasına şikayət elədik, 5-ci polis bölməsinə ərizə yazdıq. Şikayətlərdən sonra bizi ofisinə çağırdı, xahiş elədi ki, şikayətimizi geri götürək. Pulumuzdan 30 min qaytardı. Söz verdi ki, Ali Məhkəmədə mütləq oğlumun hökmü ləğv olunacaq. O da yalan çıxdı. Ali Məhkəmə qüvvədə saxladı”.
Şirin Abbasov onu da qeyd edib ki, avqust ayında Baş Prokuror Kamran Əliyevin vətəndaşlarla görüşü zamanı onun qəbulunda olub, şikayətini ona çatdırıb. Onun sözlərinə görə, Baş Prokuror onu dinlədikdən sonra bu məsələni nəzarətinə götürdüyünü bildirib.
Şirin Abbasov və həyat yoldaşı Gülbadam Abbasova ötən həftə Vəkillər Kollegiyasında da qəbulda olub. Onlar bildirir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. Onları sədr müavini Pərviz Ələkbərov qəbul edib: “Bizə dedi ki, şikayətimizi araşdırırlar. Məsələ İntizam Komissiyasındadır. Bir cavab deyəcəklər. Dördüncü dəfədir gəlirəm”.
Gülbadam Abbasova əlavə edib ki. indi əsas tələbləri qalan 53 min 500 manat pulun geri qayıtmasıdır. Çünki acınacaqlı vəziyyətdə qalıblar.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən də Abbasovların qəbul edildiyini Bizimyol.info xəbər portalına təsdiqləyiblər: “Vətəndaşların şikayəti dinlənilib. Məsələ araşdırılacaq və nəticəsi barədə onlara məlumat veriləcək”.
Şirin Abbasov Xocalı hadisələri ilə bağlı məşhur videokadrlarda qucağında ağlaya-ağlaya uşaq meyitini vertolyota aparan kişidir.(bizimyol.info)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

5-09-2024, 10:15

“Prezidentin bağışladığı evi satıb ona verdik, o da bizi aldatdı...” - Əsirlikdə olmuş müharibə əlili tanınmış vəkili İTTİHAM EDİR

Gündəm / Cəmiyyət

10-05-2024, 15:47

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub

Dünya

4-01-2023, 19:28

Tanınmış vəkil öldürüldü - FOTO

Gündəm / Sosial

14-06-2023, 18:32

"Bu maşının və belə nömrənin sahibinə kimsə nəsə edə bilər?" - "CAHAN HOLDİNQ" VƏTƏNDAŞI MÜFLİS EDİB

Bölgə

13-07-2023, 22:19

İcra başçısının adamları sahibkarın buğdasını oğurlayıb? - ŞİKAYƏT

Gündəm / Cəmiyyət

16-07-2024, 08:59

Həlak olan hərbçimizin FOTOSU

Video

28-07-2022, 17:24

Bakıda evlərindən çıxmaq istəməyən sakinlərin mənzilləri dağıdılır? – ANBAAN VİDEO

Cəmiyyət

14-07-2022, 12:01

Bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin edilib

Cəmiyyət

7-08-2024, 15:12

Qətlə yetirilən müğənninin ailəsi VƏKİLSİZ QALIB... - "İnsanların taleləri kimi hüquqları da yanır…"

Gündəm / Cəmiyyət

16-05-2024, 23:16

Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 10:04
    Gəncə Dövlət Universitetində nə baş verir? - Yoxlama nələri aşkar etdi?l İDDİA
  • Bu gün, 09:22
    Masallı, Ağstafa və Samuxun bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Bu gün, 09:13
    Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
  • Bu gün, 08:54
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 21:44
    Lənkəranda gənc yazar Aynur İsmayılın “Təsadüfmü, zərurətmi?” kitabının təqdimatı keçirilib
  • Dünən, 19:01
    Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
  • Dünən, 18:45
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Dünən, 18:28
    Yaşıllaşdırma birliyi ağacları məhv edir? – Növbəti nöqsan
  • Dünən, 18:06
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Dünən, 17:55
    Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur" - Video
  • Dünən, 17:08
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Dünən, 16:52
    Elçin Yusubov baş məsləhətçiyə 80 minlik xidməti avtomobil verib - TƏFƏRRÜAT
  • Dünən, 16:14
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Dünən, 15:52
    YAP-ın Balakən təşkilatının eks sədri həbs edildi - BUNA GÖRƏ...
  • Dünən, 15:33
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Dünən, 15:02
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Dünən, 14:25
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Dünən, 13:11
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Dünən, 13:05
    Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
  • Dünən, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Dünən, 12:39
    Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • Dünən, 12:19
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Dünən, 12:11
    Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
  • Dünən, 11:49
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Dünən, 11:38
    Mandatından İMTİNA EDİR? - GƏLİŞMƏ
  • Dünən, 11:04
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Dünən, 10:47
    Mikayıl Cabbarovun sevimli kadrı HƏBS OLUNA BİLƏR - İDDİA
  • Dünən, 10:22
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Dünən, 09:54
    Bərdədə bir vaxtlar Statistika idarəsi deyilən bir idarə var idi
  • Dünən, 09:25
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Dünən, 09:17
    "Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
  • Dünən, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-10-2026, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • 25-10-2026, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • 25-10-2026, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə