Sizin reklam burada 728×90
Son dəqiqə

Qalmaqallı tikinti şirkəti işçilərin həyatını belə təhlükəyə atır-VİDEO

12.10.2024 09:46 459 1 dəq oxunur
Qalmaqallı tikinti şirkəti işçilərin həyatını belə təhlükəyə atır-VİDEO
Bakının Nəsimi rayonunun Novruzov qardaşları, Cəlil Məmmədquluzadə küçələrindəki ərazidə “Eleven Park Residence” yaşayış kompleksi inşa edən “Pilot 16” MMC ilə bağlı qalmaqallar bitmir.

Şirkətin tikinti meydançasının yerləşdiyi ərazidə yaşayan sakinlərdən Editor.az-a daxil olan videodan aydın görünür ki, şirkət yalnız ərazidə yaşayan sakinlərin deyil, binanın inşaatında çalışan usta və fəhlələrin də həyatını, təhlükəsizliyini görməzdən gəlir. İş şəraitində əmək, təhlükəsizlik və sağlamlıq qaydalarını pozan ustalar qoruyucu geyim olmadan hündürlükdə yerləşən mərtəbələrdə tikinti işləri aparırlar.

Həmin görüntüləri təqdim edirik:
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az