• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Uğurlu əməkdaşlıq Azərbaycanı beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirib

Cəmiyyət

9-06-2024, 07:53

Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində dünyada söz sahibinə və güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Dövlət başçısının yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanının uzun illərdir ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuza malik olduğunu göstərməklə yanaşı, etibarlı tərəfdaşlığını da sübut edir.
İyunun 4-də Bakı şəhəri növbəti dəfə Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinə ev sahibliyi etdi.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxış edən ölkə başçısı çıxışında həm qlobal, həm də daxili ekoloji durumla bağlı vacib nüanslara toxundu. Artıq bir müddətdir ki, ekoloji problemlər, iqlim dəyişikliyi öz nəticələrini ölkəmizdə də göstərir. Cəmiyyəti son zamanlar narahat edən əsas məqamlardan biri də Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlıdır.
Prezident İlham Əliyev çıxışı zamanı, həmçinin iqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü xüsusi vurğuladı, kiçik ada dövlətləri ilə bağlı fikirlər səsləndirdi.
Belə ki, dünyada iqlim dəyişikliyinin əsas baiskarı hesab olunan iri sənaye dövlətləri hazırda bu qədər məsuliyyətli çıxışlar etmir, vəziyyətin bir sıra ada dövlətləri üçün necə təhlükəli olduğunu ictimaiyyətə çatdırmırlar. Azərbaycan Prezidentinin isə vacib məsələyə diqqət çəkməsi dünya ictimaiyyətinin də nəzərində olacaq.
Məhz bu səbəbdəndir ki, Azərbaycanın son zamanlar mövzu ətrafında aktivliyi və göstərdiyi səylər ABŞ Prezidenti Co Baydenin də diqqətindədir. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ Prezidenti təbrik ünvanlayıb. Baydenin həftə ərzində ikinci məktubu Azərbaycan-ABŞ münasibətlərində problemlərin mövcudluğuna işarə edənlərə ciddi cavab xarakteri daşıyan addım kimi də qəbul oluna bilər. ABŞ bundan sonra da Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını indiki kimi qorumağa davam edərsə, Bakı-Vaşinqton əlaqələri də eyni şəkildə pozitiv xarakter alacaq.
Azərbaycan Prezidenti çıxışında daha sonra enerji sahəsinin inkişafı, yenilənən enerji istiqamətləri, sürətli inkişafın təmin edilməsi və Azərbaycanın energetika potensialı kimi əsas məqamlara da diqqət çəkib. Danılmaz faktdır ki, dünyada baş verən ekoloji problemlərin, bir sıra fəlakətlərin təməli iqlim dəyişikliyi ilə bağlıdır. Daha əvvəl də dəfələrlə həyəcan təbili çalınmasına rəğmən, qlobal sferada hazırkı siyasi status ekoloji problemləri prioritet məsələ kimi ikinci plana atıb. Bu səbəbdən Azərbaycanın belə önəmli məsələyə ciddi diqqət ayırması təqdirəlayiq hadisədir. Bakı Enerji Həftəsində neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislər görüş keçirir, Bakı Enerji Forumu isə enerji siyasətinin bütün seqmentlərini əhatə edir.
Dövlətimizin başçısı çıxışı zamanı işğaldan azad olunmuş ərazilər barəsində də fikirlər səsləndirib. O, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə Azərbaycan artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara verib. Qısa müddət ərzində bu rəqəm 500 meqavata çatdırılacaq.
Xüsusən vurğulamaq lazımdır ki, Azərbaycanda hazırda enerji sahəsində "yaşıl enerji"nin inkişafına ciddi diqqət ayrılır. Bu barədə bir sıra dövlət qurumlarının saytlarında da lazımi məlumatlar öz əksini tapır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılması, Günəş və külək elektrik stansiyalarının qurulması, dənizdə külək və “yaşıl hidrogen” istehsalı layihələri, Batareya Enerji Saxlama Sistemi və külək-elektrik stansiyalarının inşası kimi addımlar bu istiqamətdə atılır. Həmçinin Azərbaycanın bərpaolunan enerji potensialı da genişdir. Ölkəmiz Günəş və külək elektrik stansiyaları ilə ənənəvi enerji növlərinə alternativ olaraq "yaşıl enerji"ni inkişaf etdirir. Bu addımlar enerji sahəsində "yaşıl enerji"nin geniş yayılmasına və sürətləndirilməsinə kömək məqsədi daşıyır.
Bir sözlə, Azərbaycanın enerji diplomatiyası sahəsində qazandığı bu uğurlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji strategiyası müstəqil dövlətimizi beynəlxalq aləmdə etibarlı enerji təchizatçısı kimi bundan sonra da qəbul ediləcək və ölkəmizin enerji potensialı getdikcə yüksək səviyyədə güclənəcək.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-10-2023, 12:54

Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir

Siyasət

15-03-2023, 21:16

X Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir

Siyasət

1-05-2024, 19:09

Strateji tərəfdaşlıq əlaqələri güclənir

Cəmiyyət

27-04-2024, 14:40

Strateji tərəfdaşlıq əlaqələri güclənir

Ölkə

2-12-2023, 10:07

Möhkəm bünövrə

İqtisadiyyat

4-06-2024, 11:15

Azərbaycan özünü etibarlı tərəfdaş kimi artıq sübut edib - Prezident

İqtisadiyyat

8-06-2023, 21:08

Avropanın enerji təchizatında Azərbaycan mühüm rol oynayır - Fidan Hüseynova

Gündəm / Siyasət

4-06-2024, 10:16

İlham Əliyev Bakıda sərgi açılışında

Ölkə

1-05-2023, 19:23

Enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır

Cəmiyyət

19-10-2023, 19:14

Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir

Cəmiyyət / Sosial

28-07-2023, 10:35

Təhlil edilməli və nəticə çıxarılmalıdır!

Siyasət

2-09-2022, 19:24

"Prezidentin Forumda iştirakı nüfuzlu lider kimi qəbul olunduğunu bir daha təsdiq edir"

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Bu gün, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Bu gün, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Bu gün, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Bu gün, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Bu gün, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Bu gün, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Bu gün, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Bu gün, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bu gün, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Bu gün, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Bu gün, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Bu gün, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Dünən, 12:03
    Bakı təhsilinin ANASI NİYƏ AĞLAYIR... - Heç nə səbəbsiz deyilmiş...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə