Sizin reklam burada 728×90
Son dəqiqə

Müəllimlərə pul və ya hədiyyə verilməsi halı ilə rastlaşsanız...

04.10.2023 10:17 500 1 dəq oxunur
Müəllimlərə pul və ya hədiyyə verilməsi halı ilə rastlaşsanız...
Elm və Təhsil Nazirliyi olaraq bildiririk ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

"Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinə tapşırıqlar verilib. Məsələ ilə bağlı müvafiq monitorinqlər aparılacaq", - deyə qeyd edilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az