• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Müstəqil jurnalist yenidən həbsə alındı – yaxınları şərləndiyini iddia edir

Sosial

22-08-2023, 10:20

Müstəqil jurnalist, Sarkazm.az saytının redaktoru Zaur Qənbərov Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Zaur Qənbərovun yaxınları bildirirlər ki, onu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavinin sifarişi əsasında şərləyiblər.

Müstəqil jurnalistin yaxınlarının bildirdiyinə görə hadisə belə olub: “Zaur onun barəsində araşdırma aparıb özünün sosial şəbəkədəki hesablarında yaymışdı. Bundan sonra icra hakimiyyətindən ona mesaj yazıb araşdırmasını sosial şəbəkədəki hesabından silməsini tələb etmişdilər. Əks halda...

Avqustun 1-də Zaur idarə etdiyi “Hyundai” markalı avtomobil ilə hərəkətdə olarkən “Chevrolet” markalı avtomobil yol hərəkəti qaydalarını kobud surətdə pozaraq qarşısına keçib və qəfil tormoz verib. Zaur qəzadan yayına bilib və yoluna davam edib. “Chevrolet” markalı avtomobilin sürücü bu dəfə onun avtomobilini arxadan vurub. Digər maşında 2 nəfər yaşlı adam olub. Onlar maşından düşərək Zauru nalayiq ifadələrlə təhqir ediblər.

Əlimizdə bunu sübut edən səs yazıları da var. Zaur deyir ki, həmin maşında olanlar ilk olaraq maşını onun maşınının qarşısına verib tormozlamazdan əvvəl onlardan şübhələnib. Ona görə də maşını aşağı sürətlə, yolun kənarı ilə idarə edib. Başa düşüb ki, adamlar onu güdür, pis niyyətləri var. Bu baxımdan da telefonda diktafonu açıb, baş verə biləcək hadisə zamanı səsləri yazsın. Həmin adamlar Zaurun maşınını vurandan sonra onu təhqir ediblər. Səs yazısında onların Zauru təhqir etməsi var”.

Müstəqil jurnalist Zaur Qənbərovun yaxınları deyir ki, o, səs yazısını Gəncə Polis İdarəsinin səlahiyyətli şəxsinə təqdim edib. Həmin şəxs səs yazısını dinləyəndən sonra səsi telefondan silib: “Zaurun barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçiblər. Hazırda Gəncə İstintaq Təcridxanasında sifarişli həbsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir. Şərlənməsini sifariş edən vəzifəli şəxslərin adları, kimlikləri barədə ölkə rəhbərliyinə müraciət hazırlayır. Həmin müraciəti mətbuata da ötürəcək”.

Müstəqil jurnalist Zaur Qənbərovun yaxınları deyir ki, ona qarşı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “Maşını vurulan da, tutulan da Zaurdur. Zauru sırf peşə fəaliyyətinə görə sifarişlə həbs ediblər. Həbsindən əvvəl İsmayıllının icra başçısının müavini Mahmud Süleymanov barəsində yazılar yazıb. Onu buna görə təhdid ediblər. Həbsindən sonra Mahmud Süleymanovun katibəsi işçilərə tort dilimləri paylayıb. Bu gün də Zaurun mobil telefonunu, maşınını vermirlər”.

Müstəqil jurnalistin yaxınları ölkə rəhbərliyinə, hüquq müdafiəçilərinə müraciət etməklə onun şərlənməsinin qarşısının alınmasını, günahkarların cəzalandırılmasını xahiş ediblər.

Qeyd edək ki, Zaur Qənbərov 2020-ci il mayın 4-də Anews.az xəbər portalının bölgə müxbiri olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsinin binasında yaranan insidentlə bağlı həbs edilmişdi. O zaman jurnalistə hücuma səbəb COVİD-19 pandemiyası dövründə yardımın ədalətli paylanmaması haqqında video olub. Sonradan barəsində hazırda olduğu kimi Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq-silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ilə cinayət işi başlanmış, Gədəbəy Rayon Məhkəməsi tərəfindən 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. 5 ay sonra isə apelyasiya instansiyasından azad edilmişdi.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

11-08-2022, 14:17

Bakıda YPX əməkdaşları ilə sürücü arasında insident

Kriminal

20-07-2023, 15:27

Ağstafada narkotik vasitənin təsiri altında taksi fəaliyyəti göstərən və toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO

Kriminal

10-07-2023, 13:57

Şəkidə avtoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşan sürücü inzibati həbs edilib - FOTO

Hadisə / Bölgə

7-09-2022, 11:46

5 yaşlı uşaq qəzada öldü

Araşdırma / Olay

18-07-2023, 19:33

Generalın qanunsuz həbs etdiyi şəxslərin məhkəməsi başlayır - GƏLİŞMƏ

Cəmiyyət

19-08-2022, 18:10

FHN-də intim videolar çəkən Zaur Mirzəyev həbs olundu - MƏHKƏMƏ QƏRARI

Bölgə

12-05-2023, 21:44

Göyçayda avtoxuliqanlıq edən sürücü inzibati həbs olunub - FOTO/VİDEO

Hadisə

20-09-2022, 20:03

Zaqatalada narkotikin təsiri altında avtomobil idarə edən sürücü inzibati həbs edilib

Şou-biznes

1-07-2022, 17:51

Zaur onu tənqid edənləri ələ saldı — VİDEO

Sosial

7-08-2023, 19:43

Zaur Hüseynovun YERİNƏ KİMİ GƏTİRİRLƏR? - İDDİA

Hadisə

3-08-2022, 16:31

Şirvan şəhər sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıb

Kriminal

2-05-2023, 16:13

Narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
7-11-2026, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 11:01
    Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
  • Bu gün, 11:00
    Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA
  • Bu gün, 10:35
    Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
  • Bu gün, 10:15
    Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım
  • Bu gün, 09:40
    Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb
  • Bu gün, 09:16
    Azərbaycanda Dövlət Bayrağı Günüdür
  • Dünən, 15:00
    Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 14:30
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • Dünən, 14:00
    Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
  • Dünən, 13:10
    "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb
  • Dünən, 13:00
    Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL
  • Dünən, 12:30
    Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib
  • Dünən, 12:29
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib
  • Dünən, 11:11
    Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
  • Dünən, 10:56
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Dünən, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Dünən, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Dünən, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • 7-11-2026, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • 7-11-2026, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • 7-11-2026, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • 7-11-2026, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • 7-11-2026, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • 7-11-2026, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • 7-11-2026, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • 7-11-2026, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • 7-11-2026, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • 7-11-2026, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • 7-11-2026, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • 7-11-2026, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • 7-11-2026, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • 7-11-2026, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • 7-11-2026, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə