Sizin reklam burada 728×90
Son dəqiqə

Prezident: “Quruculuq işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq nümunəsinə çevrilir”

19.10.2023 12:14 405 1 dəq oxunur
Prezident: “Quruculuq işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq nümunəsinə çevrilir”
“Qarabağda və Şərqi Zəngəzurda uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciətində qeyd olunub.
“Sərgi iştirakçılarını - qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlətimiz tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edirəm. Əminəm ki, “Rebuild Karabakh” sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaq”, - deyə müraciətdə bildirilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az