Sizin reklam burada 728×90
Son dəqiqə

“Haber Global”: Bakıdan İrəvana “Təslim olun!” mesajı –

19.09.2023 21:18 395 1 dəq oxunur
“Haber Global”: Bakıdan İrəvana “Təslim olun!” mesajı –
Türkiyənin “Haber Global” telekanalının efirində Azərbaycan Ordusunun hazırda Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri müzakirə olunub.

Studiyaya qoşulan ekspertlər bu tədbirləri səbəbləri, hədəfləri və mümkün nəticələri barədə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Azərbaycan tərəfi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dəfələrlə dialoqa dəvət edib, lakin hər dəfə də müxtəlif bəhanələrlə üzləşib.
Qeyd edilib ki, son olaraq Bakı bölgənin erməni sakinlərinə Yevlaxda görüşməyi, qanunsuz silahlı dəstələrə təslim olmağı və bütün silahları təhvil verməyi, separatçı rejimə isə özünü buraxmağı təklif edib.

Daha ətraflı “Haber Global”ın videomaterialında:

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az