Sizin reklam burada 728×90
Son dəqiqə

"BMT TŞ-nin müzakirələri kimin real sülh istədiyini nümayiş etdirdi" - Şahmar Mövsümov

17.08.2023 11:32 345 1 dəq oxunur
"BMT TŞ-nin müzakirələri kimin real sülh istədiyini nümayiş etdirdi" - Şahmar Mövsümov
BMT Təhlükəsizlik Şurasında dünən keçirilən müzakirələr bir daha göstərdi ki, kim suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real və davamlı sülh istəyir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Twitter“də yazıb.

Mövsümovun sözlərinə görə, dünənli müzakirələr bir daha nümayiş etdirdi ki, kimlər boş qisas ümidləri ilə zaman qazanmaq üçün “humanitar fəlakət” tamaşaları oynamaqda davam edir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az