Sizin reklam burada 728×90
Son dəqiqə

Prezident üç ölkə ilə imzalanmış sazişi təsdiq etdi

07.02.2023 18:09 811 1 dəq oxunur
Prezident üç ölkə ilə imzalanmış sazişi təsdiq etdi
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş təsdiqlənib.

Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Sənəd 2022-ci il dekabrın 17-də Buxarest şəhərində imzalanıb.

Fərmanla Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərməlidir.

Fərid
Ulutv.İnfo
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az