• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

SON DƏQİQƏ! ABŞ-dan Brüssel prosesinə zərbə – Əliyev- Paşinyan görüşünə sayılı günlər qalmış…

Siyasət

27-08-2022, 17:18

Vaşinqton niyə Moskvanın əlini gücləndirir? Azərbaycana münasibətdə Rusiya Amerikadan daha səmimi görünür – nonsens, yoxsa…

Azərbaycan və Ermənistan rəhbərlərinin 4-cü Brüssel görüşünə sayılı günlər qaldı. Xəbər verildiyi kimi, avqustun sonuncu günü Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti dəfə bir araya gələcəklər.

Görüş ərəfəsində ABŞ Dövlət Departamentinin Qafqaz üzrə xüsusi nümayəndə, eyni zamanda ATƏT Minsk Qrupunun həmsədri vəzifəsinə Filip Riker adlı yeni şəxsi təyin eləməsi isə az qala “açıq səmada şimşək” effekti yaradıb.

Xatırladaq ki, təyinatla bağlı dövlət katibi belə deyib: “Mən səfir Filip T. Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edirəm. Riker bu vəzifədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri və bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ-ın aparıcı danışmanı olacaq. Riker Avropada və beynəlxalq təşkilatlarda böyük təcrübəsi var”.

Blinkenin sözlərinə görə, ABŞ bununla “Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanması üzrə danışıqlarda Ermənistan və Azərbaycana kömək etmək öhdəliyi” götürür. “Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda məşğul olacaq və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa yardımçı olacaq”, – deyə o əlavə edib.

ABŞ Dövlət Departamenti 2020-ci il dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqladı

Sual da budur ki, hansı Minsk Qrupu, hansı “Dağlıq Qarabağ münaqişəsi”? Dövlət Departamenti, cənab Blinkenin özü 2020-ci ildəmi ilişib qalıb? 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni status-kvo gerçəkdənmi okeanın o tayından görünmür?

Azərbaycan tərəfdə bu yanaşma, yumşaq desək, təəssüf doğurmaya bilmir. Bu, rəsmi Vaşinqton sarıdan, əlbəttə ki, utancverici bir haldır, qeyri-səmimilik, hətta riyakarlıq nümunəsidir. Dönə-dönə yazdığımız kimi, axı 30 illik mövcudluğu dövründə Minsk Qrupu hansı uğura imza atıb, hansı nailiyyətə, irəliləyişə nail olub ki, Vaşinqton ondan hələ də bərk yapışıb?

Başqa yandan, Minsk Qrupu artıq tarixin arxivinə verilmiş bir məsələnin yenidən “həlli” ilə necə məşğul ola bilər? Gündəmdən çıxmış bir mövzunu gündəmə qaytarmağın anlamlı və səbəbi nə? Qısası, ABŞ görəsən Minsk Qrupu formatı qala-qala Azərbaycan-Ermənistan birbaşa dialoquna töhfə verməyi və “Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi nizamlanmasını” necə təsəvvür edir?

Yeni təyinatın absurdluğu həmçinin ondadır ki, artıq Rusiya da Minsk Qrupunun “ölməsi” ilə barışıb və öz həmsədrinin (İqor Xovayev) vəzifəsini çoxdan dəyişərək ona normallaşma üzrə xüsusi nümayəndə statusu verib. Habelə Fransa belə bir nümayəndəni Cənubi Qafqaz üçün müəyyənləşdirib. Birləşmiş Ştatlar isə israrla Minsk Qrupunun varlığı görüntüsü yaradaraq, ilin-günün bu vaxtında ona təzə həmsədr təyin edir. Nonsens, yoxsa oyunbazlıq?

İstisna deyil ki, Vaşinqton bu addımla həm Cənubi Qafqazda hansı yolla olursa olsun, öz mövcudluğunu qoruyub saxlamaq istəyir, həm də Azərbaycana bu yolla təsir edəcəyini düşünür. Ancaq bunların hər ikisi əbəsdir. Yalnızca erməni revanşistlərinin çörəyinə “yağ sürtmək” cəhdidir. Revanşistlərlə bağlı isə Bakı xəbərdarlıqlarını dəfələrlə edib. “Dəmir yumruq” yerindədir. Bu mesaj, sözsüz ki, həm də Ermənistanın havadarlarına ünvanlanıb…

*****

Daha bir mühüm detal. Blinkenin açıqlamasından belə çıxır ki, yeni təyinat ABŞ-ın tərəfdaşları ilə birgə Brüssel sülh prosesinə kömək edəcək. Əksinə, bu elə həmin prosesə zərbədir, onu pozmaqdır. Özü də yüksək səviyyəli görüşə sayılı günlər qalmış. Çünki ABŞ-ın MQ-yə yeni həmsədr təyin eləməsi ilə İrəvan, konkret olaraq, Nikol Paşinyan hökuməti öz destruktiv mövqeyində qalması üçün yeni stimul qazanıb.

Demək, Vaşinqton faktiki həm də Moskvanın əlinə işləyir. Ona görə ki, Rusiya Brüssel platformasının iflasına çalışır. Hərçənd, mövcud vəziyyətdə Rusiya Azərbaycana münasibətdə daha səmimi görünür, nəinki Amerika.

Antiterror əməliyyatı başladı - Şəhidimizin qisası alındı

Hər halda, Moskva Minsk Qrupunu diriltməyə cəhd eləmir, buna israr göstərmir, əksinə, MQ-nin daha mövcud olmadığını bəyan edərək, rusiyalı həmsədri yeni missiya ilə görəvləndirir. Azərbaycanın Laçında son antiterror əməliyyatına da Rusiya yetərincə loyal yanaşdı. Bu da erməni separatçılarında dərhal təlaş yaratdı.

“Erməni separatçılarının məntiqinə görə, Rusiya Qarabağda separatçı fəaliyyətə dəstək verməli, Azərbaycana Qarabağda qayda-qanun yaratmağa imkan verməməlidir. Rusiya Azərbaycanla qarşıdurmaya getmir. Bu da erməni separatçılarını narazı salır”.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a deyib.

Buna baxmayaraq, politoloqa görə, separatçılar yenə düşünürlər ki, onları Azərbaycan ordusundan Rusiya hərbçiləri qoruyacaq. “Ancaq Rusiya hərbçiləri Azərbaycan ordusuna erməni separatçılarına qarşı son antiterror əməliyyatına mane olmadılar. Çünki bu əməliyyat Azərbaycan ərazisində həyata keçirilirdi. Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə bu ilin fevral ayında ortaq bəyanat imzalamışdı. 43 maddəlik həmin bəyanatın birinci bəndində Rusiya və Azərbaycanın bir-birlərinin ərazi bütövlüklərinə hörmət etməsi və dəstəkləməsi vurğulanırdı. Bu bəyanatdan çıxış edərək də Kreml Azərbaycan ordusuna Qarabağda qayda-qanun yaratmağa mane olmayacaq”


E.Şahinoğlu əmindir ki, erməni separatçılarının Moskvaya olan ümidləri boşa çıxacaq: “Ərazilər əli silahlı separatçılardan addım-addım təmizlənəcək, 3 ildən sonra isə Laçın dəhlizinə alternativ yol da tamamən Azərbaycan ordusunun nəzarətinə keçəcək. Əgər separatçılar bu 3 il ərzində həmin yoldan silah və hərbi texnika daşımaq, qanunsuz səfərlər təşkil etmək üçün istifadə edəcəklərsə, Azərbaycan hərbçiləri həmin yolda da yoxlamalar həyata keçirmək hüququna malikdirlər. Həmin yol Azərbaycan ərazisindən keçir və Azərbaycan büdcəsi hesabına inşa olunub”.

*****

Bütün hallarda bu işlər, sözsüz ki, Rusiya tərəfi ilə maksimum uzlaşma rejimində reallaşacaq. Əgər ABŞ da bu prosesə, yəni böyük sülhə səmimi şəkildə dəstək verəcəksə, olsun. Yox, verməyəcəksə, onda heç olmasa, əngəl yaratmasın…\\kainat.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

29-08-2022, 14:19

Əliyev – Paşinyan görüşünə saatlar qaldı – Sülh sazişi imzalanacaqmı? (ŞƏRH)

---

25-08-2022, 16:45

Leyla Abdullayeva: "Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi aydın şəkildə ifadə olunub"

Siyasət

23-08-2022, 14:54

Bakı İrəvana hansı YENİ TƏLƏBLƏRi irəli sürməyə hazırlaşır? - Bu dəfə Ermənistana qaçış yoxdur

Siyasət

6-08-2022, 14:32

Əliyev və Paşinyan Brüsseldə görüşəcək

Siyasət

1-09-2022, 10:25

Brüssel görüşündə Azərbaycan yenə istədiyinə nail oldu - Sahil Kərimli

Siyasət

25-08-2022, 12:37

Bu tarixdə İlham Əliyev və Paşinyanın görüşü gözlənilir

Siyasət

25-08-2022, 20:31

Əliyev diqtə, Paşinyan icra edəcək: Putin İrəvana “Brüssel zərbəsi”ni bağışlamaz

Dünya

9-08-2022, 21:00

Mixalko: “Cənubi Qafqaz regionunda sabitlik Aİ və tərəfdaşları üçün vacibdir”

Siyasət

6-09-2022, 17:38

Ermənilərdən növbəti TƏXRİBAT HAZIRLIĞI - İrəvan sülh istəmir

Siyasət

27-08-2022, 12:36

Əliyev və Paşinyan bu məsələləri müzakirə edəcək

Siyasət

27-08-2022, 12:34

Brüssel görüşündə müzakirə olunacaq məsələlər açıqlandı

Siyasət

5-08-2022, 13:38

Prezident Avstriya səfirini qəbul etdi

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə