• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Trampın ABŞ-ni NATO-dan çıxarmaq istəyi - əngəl olan, istifadə müddəti bitən Alyans - ŞƏRH

Siyasət

2-04-2026, 16:18

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO hərbi-siyasi blokundan çıxması ilə bağlı məsələni yenidən gündəmə gətirib. O, xalqa müraciətindən öncəki çıxışında Ştatların Alyansdan çıxması imkanından bəhs edəcəyini desə də, telemüraciətində NATO ilə bağlı məsələni birbaşa dilə gətirməyib.

ABŞ-nin Avropadakı, Şimali Atlantik blokundakı müttəfiqləri arasında Rusiyanın Ukraynada apardığı müharibəyə yanaşmasında fərqlilik mövcud idi. Onda Ağ Ev müttəfiqlərini Ukraynaya yardım etməyə çağırır, hətta Rusiya ilə ticarət əlaqələrini davam etdirdiklərinə görə tənqid edirdi.

Donald Tramp prezidentliyinin birinci və ikinci dönəmində də NATO-da olan avropalı həmkarları üçün üzvlük haqqını artırmağa çağırmışdı.

ABŞ NATO-ya üzv ölkələrdən üzvlük haqqını ÜDM-in (Ümumi Daxili Məhsul) iki faizindən beş faizə qaldırmağı istəyir.

ABŞ Prezidenti Alyansın maliyyələşməsi ilə bağlı tələbləri ödəməyən üzvləri cəzalandırmağa yönəlmiş addımlar ataraq qurumun yenidən təşkilini nəzərdən keçirəcəyini gizlətmir. O, blokun, müttəfiqlərinin müharibəyə girməsi halında qərar qəbul etməsinə mane ola biləcək "ödə-oyna" modelini də nəzərdən keçirir.

Trampın ABŞ-ni NATO-dan çıxarmaq istəyi - əngəl olan, istifadə müddəti bitən Alyans - ŞƏRH

Belə ehtimal etmək olar ki, ABŞ ilə Qərbdəki müttəfiqləri, o cümlədən Böyük Britaniya ilə aralarındakı gərginliyin başlıca səbəbi İrana qarşı əməliyyatla bağlıdır. Birləşmiş Krallıq da daxil olmaqla strateji müttəfiqləri hesab edirlər ki, Ağ Ev hərbi əməliyyatlara başlayanda onlarla məsləhətləşməyib, yaxud bu savaşı təkbaşına aparır. Bu isə o deməkdir ki, perspektivdə ABŞ Yaxın Şərqə nəzarəti təkbaşına həyata keçirmək niyyətindədir.

Belə bir vəziyyət isə ABŞ-nin NATO kimi hərbi-siyasi blok, yaxud yeni belə bir alyans yaratmaqla bağlı ideyasının olduğunu ehtimal etməyə əsas verir.

Müttəfiqləri Hörmüz boğazını açmaq üçün ABŞ-nin hərbi gəmilər göndərmək tələbini rədd etdikdən sonra bunu Donald Trampın düşündüyü bir neçə ideyadan biri də saymaq olar.

Tramp Almaniyanı Avropa İttifaqının (Aİ) lideri sayır. ABŞ-nin Almaniyadakı ən böyük və ən mühüm hərbi obyekti Reynland-Pfalz əyalətində, Kayzerslautern yaxınlığında yerləşən Ramştayn (Ramstein) Hərbi Hava Bazasıdır. O, 1949-cu ildə yaradılıb. Ramştayn ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı qərargahı kimi də fəaliyyət göstərir, habelə Ştatların bölgədə əsas strateji mərkəzi sayılır.

Yeri gəlmişkən, ABŞ-nin İraq, Əfqanıstan və Suriya da daxil olmaqla dünya üzrə 813, 3 milyard dollar dəyərində (2022-ci ilin hesablamasına görə) 800-ə yaxın hərbi bazası var. Oradakı canlı qüvvənin ümumi sayı təxminən 180 mindir. Onun Almaniyada 87 bazası mövcuddur. Bu göstərici ilə Federativ Respublika birinci yerdədir. Sonrakı yerlərdə Yaponiya, Cənubi Koreya, İtaliya və Böyük Britaniya gəlir. Türkiyə isə bu siyahıda 9-cu yerdədir.

Donald Trampın ölkəsinin Almaniyadakı hərbi bazasının sayını azaldacağı da ehtimal edilir.

ABŞ ilə müttəfiqlərinin Ukrayna müharibəsi çərçivəsində münasibətlərində müəyyən yaxınlıq müşahidə olunsa da, İran, o cümlədən Hörmüz boğazının blokadasının yarılmasında mövqe ayrılığı ortaya çıxdı. Ona görə də Donald Tramp ötən gün verdiyi müsahibədə Britaniyanın donanmasını qabiliyyətsiz, NATO-nu isə "kağız pələng" adlandırıb. O, ölkəsinin NATO-dakı üzvlüyünə son verilməsi üzərində "ciddi şəkildə düşündüyünü" də vurğulayıb. ABŞ lideri bunu müttəfiqlərinin İrana qarşı hərbi əməliyyatlarda iştirakdan imtina etmələri ilə əlaqələndirib:

"NATO məni heç vaxt heyran etməyib. Mən onun "kağız pələng" olduğunu bilirdim. Yeri gəlmişkən, Vladimir Putin (Rusiya Prezidenti - red.) də bunu bilir".

NATO-dakı müttəfiqləri, xüsusilə Britaniya və Almaniya rəsmiləri İrandakı hərbi əməliyyatın onlara aidiyyəti olmadığını vurğulayırlar. Onlara cavab olaraq, Donald Tramp bildirib ki, Ukrayna da ABŞ-nin problemi deyildi: "Bu, sınaq idi. Biz onlara kömək etdik, həmişə də kömək edərik. Amma onlar bizə kömək etmədilər".

Böyük Britaniyanın Baş naziri Kir Starmer Donald Trampın açıqlamalrını şərh edərkən ona və başqalarına göstərilən təzyiqdən asılı olmayaraq, bildirib ki, Birləşmiş Krallıq milli maraqları naminə hərəkət edir: "Qeyri-sabit dünyada uzunmüddətli milli maraqlarımız Avropadakı müttəfiqlərimizlə sıx əməkdaşlıq tələb edir".

O, ölkəsi ilə Aİ arasında müdafiə, təhlükəsizlik, energetika və iqtisadiyyat sahələrində əməkdaşlığın gücləndirilməsini zəruri hesab etdiyini də vurğulayıb.

Belə qənaətə gəlmək olar ki, Britaniya və Almaniya ABŞ ilə bu istiqamətdə yollarını ayırmaqdan çəkinmir. Daha dəqiq desək, London və Berlin Vaşinqtonun təzyiqlərini azaltmaq məqsədilə hərbi, təhlükəsizlik, energetika sahələrində Aİ çərçivəsində əməkdaşlığa üstünlük verməyi daha uyğun sayırlar.

Ukraynadakı müharibə və İrana qarşı hərbi əməliyyat Qərb blokunda çatları genişləndirir. Bu hələ Donald Trampın prezidentliyinin birinci dönəmində də aydın müşahidə olunurdu. Ona görə də ehtimal etmək olar ki, son hadisələr bu prosesə təkan verib.

Belə görünür, NATO-nun istifadə müddəti başa çatmaq üzrədir. Bu hərbi-siyasi blok 1949-cu il aprelin 4-də ABŞ-də Avropanı SSRİ-nin ekspansiyasının mümkün təhlükəsindən qorumaq məqsədilə yaradılıb. O vaxt 12 dövlət - ABŞ, Kanada, İslandiya, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Norveç, Danimarka, İtaliya və Portuqaliya Alyansa üzv olmuşdu. Qərbi Almaniya (ikiyə bölündüyü üçün AFR belə adlanırdı) isə 1955-ci il mayın 6-da - İkinci Dünya Müharibəsi başa çatandan 10 il sonra ona üzv olub. Almaniya birləşəndən sonra ADR də NATO-ya daxil olmuşdu.

Alyansdakı müttəfiqlərin regional və qlobal münaqişələrə, hadisələrə yanaşmalarında ziddiyyətlər özünü İraqdakı kontingentin çıxarılmasında da göstərir. NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələri Ali Komandanlığı bildirib ki, Yaxın Şərqdə ABŞ və İsrailin İranla müharibəsinin yaratdığı gərginlik fonunda şəxsi heyəti İraqdan çıxarıb. NATO qüvvələri 2018-ci ildən bu ölkənin ərazisində yerləşirdi. Onun əsas məqsədi arasında İŞİD terrorçu qruplaşmasının yenidən canlanmasının qarşısının alınmasına yardım göstərilməsi olub.

Ancaq bunun da əsas səbəb olmadığı istisna edilmir. ABŞ-İsrail və İran arasında hərbi əməliyyatlar başlayandan İslam Respublikası İraq ərazisindəki ABŞ-yə məxsus hərbi bazalara hücum edir. Belə ehtimal etmək olar ki, NATO komandanlığı hərbi kontingentinə qarşı İslam Respublikasının hücum təhlükəsindən yayınmaq məqsədilə bu addımı atıb. Çünki belə hadisə baş verəcəyi halda Alyansın da hərbi əməliyyatlara qoşulması zərurəti yaranardı.

Avropalılar bu qarşıdurmadan yayınmaq məqsədilə NATO qoşunlarını İraqdan çıxarmağa üstünlük verib. Bu addımı ilə Alyans liderləri, Avropa üçlüyü - Britaniya, Almaniya, Fransa İrana müəyyən mənada xoşməramlı ismarış da göndəriblər.

İranla müharibə, hərbi əməliyyatlar, habelə İslam Respublikasında ehtimal olunan dəyişiklik baş verəndən, yaxud başa çatandan sonra dostlar, müttəfiqlər arasında da dəyişiklərin, yeni münasibətlərin yaranacağı istisna olunmur. NATO-nun da bu tendensiyaya müqavimət göstərəcəyi ehtimalı çox deyil. Çünki on ildən artıqdır ki, Alyansda islahatın aparılması tələb olunur. Ancaq bu baş vermir. İslahat aparılmırsa, vahid hərbi-siyasi mövqedən çıxış edilmirsə, üzv olmaq istəyənlər müdafiə olunmursa, o zaman belə bir təşkilatın gələcəkdə mövcudluğu şübhəlidir.

NATO artıq rəqibsiz, düşmənsiz bir blokdur. Yəni SSRİ yoxdur, yenisi isə 35 ildir müəyyənləşməyib. Onun qalması üçün ehtimal etmək olar ki, Alyans ya hədəflərini, çərçivəsini yenidən təyin edəcək, ya da istifadə müddəti başa çatan məhsul kimi sıradan çıxıb tarixə çevriləcək. Mövcud mövqeyi, vəziyyəti ilə Şimali Atlantik Alyansı Ştatlara yardım etməkdən daha çox, yükdür. Başqa tərəfdən, onsuz da təhlükəsizliyinin təmini üçün müxtəlif dövlətlər daha çox ABŞ ilə birbaşa əməkdaşlıq etməyə çalışır, onunla bu istiqamətdə müqavilə imzalayır. O halda NATO kimə və nəyə lazımdır? (Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

4-06-2025, 16:03

Rusca danışmaq istəməyən NATO üzvləri – artan hərbi xərclər - ŞƏRH

Siyasət

24-09-2025, 16:33

Trampın BMT sessiyasında çıxışı – dünyanın problemlərinə Ağ Evin baxışı - ŞƏRH

Gündəm / Siyasət

25-06-2025, 15:43

Maliyyə xərclərini artıran NATO – çəkindiriciliyə yarayan Alyans - ŞƏRH

Siyasət

12-01-2026, 17:22

Qrenlandiya: Qərb bloku maraqlarının toqquşduğu daha bir nöqtə - ŞƏRH

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

23-01-2026, 17:00

Müttəfiqlərin qarşıdurması - Qəzzadan Qrenlandiyaya köçürülən ziddiyyət - ŞƏRH

Siyasət

25-04-2025, 15:22

Ukraynada yubanan atəşkəs – torpaqlardan çıxmayan Rusiya - ŞƏRH

Gündəm / Siyasət

8-10-2024, 13:02

NATO Cənubi Qafqaza girməyə can atır: Ermənistan poliqona çevrilir - ŞƏRH

Siyasət

3-03-2025, 16:17

ABŞ ilə Aİ-nin toqquşan maraqları – “toyuq, yoxsa yumurta əvvəl olub”a axtarılan cavab - ŞƏRH

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Araşdırma
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Hadisə
Bu gün, 13:42
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
Dünən, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
Dünən, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
15-07-2026, 19:00
Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
15-07-2026, 17:47
Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
15-07-2026, 16:45
14 il şiddət görən qadının əri saxlanıldı
Xəbər lenti
  • Bu gün, 15:00
    Ombudsman bu ilin birinci yarısında 13 mindən çox zəng olunub
  • Bu gün, 14:05
    Ramazan Nəbiyevə yüksək vəzifə verildi
  • Bu gün, 14:02
    Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər
  • Bu gün, 13:42
    Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
  • Bu gün, 13:28
    Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib
  • Bu gün, 12:59
    Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
  • Bu gün, 12:47
    Elçin Məsiyev ÇL oyununa təyinat aldı
  • Bu gün, 12:38
    İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Bu gün, 11:53
    İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • Bu gün, 11:37
    Kolbasa-sosis bazarında TƏHLÜKƏ: Bu şirkətlər əhaliyə nə yedirir? - SİYAHI
  • Bu gün, 11:33
    Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir
  • Bu gün, 09:30
    “Bu sistem müdafiəolunmazdır” - Trampdan sərt ittihamlar
  • Bu gün, 09:26
    DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb
  • Bu gün, 09:17
    Şabranın mərkəzi zibil poliqonuna çevrildi - Tullantılar daşınmır - VİDEO
  • Bu gün, 09:12
    Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib
  • Bu gün, 08:56
    Kütləvi zəhərlənmə olan “Narın Qala” Fəxrəddin Vəliyevindir - Faktlar
  • Bu gün, 08:51
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dünən, 23:35
    Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
  • Dünən, 19:00
    Orxan Məmmədli: Dini mövzularda xəbərlər cəmiyyətdə maraqla qarşılanır
  • Dünən, 18:30
    İran danışıqlar aparmaq niyyətində deyil
  • Dünən, 18:00
    Məscidlər yalnız ibadət yeri olmayacaq - açıqlama
  • Dünən, 17:30
    Sahibə Qafarova Fələstinin Baş naziri ilə görüşdü
  • Dünən, 17:08
    Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
  • Dünən, 16:56
    İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
  • Dünən, 15:43
    Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
  • Dünən, 15:24
    Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
  • Dünən, 15:10
    Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
  • Dünən, 14:59
    “Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
  • Dünən, 14:52
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dünən, 13:06
    BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
  • Dünən, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • Dünən, 12:41
    ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
  • Dünən, 12:14
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • Dünən, 11:51
    Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
  • Dünən, 11:40
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə