• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Adəm İsmayıl Bakuvi: “1918-ci ildə baş verənlərin həqiqi miqyasını gizlətmək məqsədilə bu məlumatların daşıyıcısı olan bir çox ilkin mənbələr məhv edilib”

Siyasət

31-03-2026, 21:33

“Erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün uzun illər ərzində tətbiq etdikləri zorakılıq və etnik təmizləmə siyasəti Azərbaycan xalqı üçün böyük faciələr doğurmuşdur. Tarixdə ən dəhşətli olaylardan biri 1918-ci ilin mart-aprel aylarında baş vermiş kütləvi qırğınlardır. Bakı Soveti və daşnak-bolşevik silahlı dəstələrinin iştirakı ilə törədilmiş bu hadisələrdə dinc əhali – qadın, uşaq və qoca demədən – xüsusi qəddarlıqla qətlə yetirilmiş, on minlərlə insan öz torpaqlarından zorla didərgin salınmışdır.

Həmin dövrdə yalnız Bakı şəhəri deyil, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələr də faciədən sarsılmışdır. Qırğınların miqyası dəhşət doğurur. 1918-ci ilin martın 30-dan aprelin 3-dək olan dövrdə on minlərlə azərbaycanlı öldürülmüş, insanların yaşadıqları məhəllələr dağıdılmış, mədəniyyət abidələri, məscidlər və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Eyni zamanda, minlərlə ləzgi, yəhudi, rus, avar və talış mənşəli insan da bu amansızlıqdan zərər görmüşdür. Kütləvi məzarlıqlarda tapılmış insan sümükləri göstərir ki, qətlə yetirilənlər balta və digər küt alətlərlə öldürülmüş, bəzilərinin başları xəncərlə bədəndən ayrılmış, mismarlardan istifadə olunmuşdur. Bu, erməni cəlladlarının törətdiyi vəhşiliyin sərhədsiz olduğunu bir daha sübut edir.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Partiya sədri Sovet dövründə baş verənlərin həqiqi miqyasını gizlətmək məqsədilə bir çox ilkin mənbələrin məhv edildiyini və bu səbəbdən xüsusilə Şamaxı hadisələrinin araşdırılmasının hələ də davam etdiyini bildirib: “Əslində baş vermiş qətliamın tam mənzərəsi bu günə qədər dəqiq məlum deyil. Yerli tədqiqatçılar qeyd edirlər ki, bu və digər bölgələrdə baş vermiş kütləvi qırğınlar yalnız Azərbaycan xalqına deyil, həm də ölkə ərazisində yaşayan digər xalqlara qarşı yönəlmişdir. 1918-ci ilin mart hadisələri yalnız milli və dini mənsubiyyətə görə dinc əhaliyə qarşı törədilmiş soyqırımı kimi tarixdə qeyd olunmalıdır. Ermənilər bu cinayətləri öz siyasətlərinin bir hissəsi kimi açıq şəkildə etiraf ediblər. Tarixçi Yervand Lalayan qeyd edir ki, daşnak hökumətinin 30 aylıq hakimiyyəti dövründə Azərbaycan əhalisinin 60 faizi qətlə yetirilmişdir. Hətta cəllad Njdehin xatirəsinə 1989-cu ildə Qafanda ucaldılan abidənin açılış mərasimində qeyd olunmuşdur ki, “indi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.”

Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli hadisələrin öyrənilməsi və soyqırımı kimi tanınması işinə böyük təkan 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman olmuşdur. Həmin Fərmanla martın 31-i rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş, 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilərək sistemli işə başlanmışdır. Bu təşəbbüslər sayəsində soyqırımı ilə bağlı yeni faktlar üzə çıxmış, Quba şəhərində kütləvi məzarlıq aşkar edilmiş və müasir dövr üçün tarixi ədalət təmin olunmuşdur. Dünya ictimaiyyəti qarşısında da Azərbaycanın prinsipial mövqeyi açıqdır: 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın bütün ərazilərində törətdiyi soyqırımı hadisələri geniş şəkildə tədqiq edilməli, bu faciələrin xatirəsi əbədiləşdirilməlidir. Prezident İlham Əliyevin 2013-cü ildə Qubada Soyqırımı memorial kompleksinin açılışı zamanı bildirdiyi kimi, 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunan 31 Mart günü bu qanlı səhifəni unutmamaq və gələcək nəsillərə ötürmək üçün vacibdir. Beləliklə, 1918-ci ilin mart soyqırımı yalnız Azərbaycan tarixinin deyil, həm də bəşəriyyətin yaddaşında unudulmaz qanlı səhifə olaraq qalır. Bu faciə dərin tarixi dərslər verir, milli yaddaşın qorunmasının və ədalətin təmin edilməsinin nə qədər vacib olduğunu göstərir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini sona çatdırıb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Cəmiyyət

31-03-2023, 21:42

Fidan Hüseynova: Törədilmiş soyqırımı aktları ümumbəşəri cinayətlərdir

Cəmiyyət

1-04-2024, 01:27

Yaddaşımızdan silinməyən soyqırım

Cəmiyyət

2-04-2025, 14:56

31 mart Soyqırımı - Bəşər tarixinin ən qanlı faciələrindən biri

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

1-10-2023, 18:34

Yeni tarixi mərhələ: Naxçıvan reallıqları və çağırışlar - FOTOLAR

Gündəm / Siyasət

16-11-2024, 14:43

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Gündəm / Siyasət

7-01-2025, 14:14

Paşinyanın arzusu “Ermənistan tarixi” – erməni cəmiyyətinin faşizmdən xilası - ŞƏRH

Cəmiyyət

2-04-2025, 13:56

31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

Araşdırma
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Hadisə
Dünən, 17:45
Coratda dənizdə iki nəfər batıb, birinin meyiti çıxarılıb
2-07-2026, 12:46
Gəncədə 29 yaşlı kişi bıçaqlandı
1-07-2026, 16:09
53 yaşlı qadın göldə boğuldu
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Xəbər lenti
  • Dünən, 19:00
    Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb - FOTO
  • Dünən, 17:45
    Coratda dənizdə iki nəfər batıb, birinin meyiti çıxarılıb
  • Dünən, 16:46
    Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib
  • Dünən, 16:32
    Kino Agentliyinin 300 minlik tenderi - “ERRA SUPPLY” MMC kimindir?
  • Dünən, 15:18
    Ukrayna bir həftə ərzində ikinci dəfə Krımdakı "Saki" aerodromuna zərbə endirib
  • Dünən, 15:04
    “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edildi - 3 milyon mənimsəmə
  • Dünən, 14:29
    Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
  • Dünən, 14:11
    "Nuka" MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır (VİDEO)
  • Dünən, 12:57
    Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar
  • Dünən, 12:23
    Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
  • Dünən, 12:08
    Sakinlər narahatdır, tikinti davam edir -"Qurtuluş 93"də dəmir konstruksiyalı artırma kimindir? - video
  • Dünən, 11:05
    Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatıb
  • Dünən, 10:39
    Ekologiya Və Təbii Sərvətlər Naziri Rəşad İsmayılovu Kimlər və Necə aldadırlar?!
  • Dünən, 10:24
    "Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
  • Dünən, 10:07
    Burun əməliyyatından sonra xəstənin gözü çəpləşdi
  • Dünən, 09:44
    Yasamal rayonunun bir hissəsində qaz kəsiləcək
  • 2-07-2026, 19:09
    Türkiyədə 1 tondan çox narkotik vasitə aşkarlanıb, 26 nəfər həbs edilib
  • 2-07-2026, 18:50
    Sabunçuda yol qəzası olub, ölən və yaralanan var
  • 2-07-2026, 18:38
    Cəlilabad Peşə Təhsil Mərkəzində birmənbə üsulu ilə tender - 72 min manat bu şirkətə verildi
  • 2-07-2026, 18:18
    Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
  • 2-07-2026, 18:04
    Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
  • 2-07-2026, 17:19
    "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar
  • 2-07-2026, 17:10
    Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi - Video
  • 2-07-2026, 16:32
    Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
  • 2-07-2026, 16:25
    Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur - 4 ildə 44 milyon manat...
  • 2-07-2026, 16:03
    Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH
  • 2-07-2026, 15:53
    Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO
  • 2-07-2026, 15:19
    "Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq
  • 2-07-2026, 15:07
    Türk Yurdu Naxçıvanda Türkmən Zirvəsi! - Türk Yurdu Nahçıvan’da Türkmen Zirvesi! FOTOLAR
  • 2-07-2026, 15:06
    İlqar Bayramlı Fatma Çandırovanı yola saldı - Emin yeni direktor ola biləcəkmi?
  • 2-07-2026, 14:53
    Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
  • 2-07-2026, 14:37
    Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir FOTO/VİDEO
  • 2-07-2026, 13:15
    AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
  • 2-07-2026, 13:01
    Sabah Bakıda 35 dərəcə isti olacaq
  • 2-07-2026, 12:46
    Gəncədə 29 yaşlı kişi bıçaqlandı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə