• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Paşinyanın 7 iyun sınağı - İtkisiz il kartı və Ermənistanın xilas kəməri - ŞƏRH

Siyasət

26-02-2026, 15:53

Son dövrlər Ermənistanın siyasi rəhbərliyinin ritorikasında kəskin və sistemli dəyişiklik müşahidə olunur. Bu isə Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni geosiyasi reallığın erməni hökuməti tərəfindən artıq qəbul edilməsindən xəbər verir. Ermənistanın parlament sədri Alen Simonyan, XİN başçısı Ararat Mirzoyan, parlamentin vitse-spikeri Ruben Rubinyan kimi yüksək rütbəli məmurların ard-arda verdiyi açıqlamalar Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, kommunikasiyaların açılmasına, regionda iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş inamlı addımlar kimi qəbul edilir.

Yenixeber.org: Hökumətin iri ranqlı məmurlarının bu ritorikası əslində iki faktordan qaynaqlanır. Birincisi, 2026-cı ilin 7 iyun tarixinə təyin edilmiş və sözün əsl mənasında ölüm-dirim savaşına çevriləcək parlament seçkilərində cəmiyyətə müharibəsiz gələcək, iqtisadi inkişaf vədi vermək və qələbə qazanmaqdır. İkincisi isə kommunikasiyaların açılmasını təmin edərək, özünütəcrid siyasətini başa çatdırmaq, ölkənin çökməkdə olan iqtisadiyyatını regional layihələrə inteqrasiya edərək, xilas etmək zərurətidir.

Beləliklə, sülh ritorikası Ermənistan hakimiyyəti üçün həm siyasi sağqalma mexanizmi, həm də iqtisadi inkişafın yeganə açarı rolunu oynayır. Bu ritorikanın xalq tərəfindən artıq qəbul edildiyini keçirilən çoxsaylı sorğular, küçə reportajları da sübut edir. Sadə erməni vətəndaşı dərk edir ki, müharibə, revanşizm və qonşulara qarşı saxta iddialar ölkəyə və onun gələcəyinə heç nə vəd etmir. Bu səbəbdən də Baş nazir və hökumətin sülh siyasəti artıq hər ötən gün adi seçicilər arasında populyarlıq və dəstək qazanır. Elə 25 fevral tarixində Paşinyanın verdiyi açıqlamalarda "Naxçıvanla birləşmə" və "Tramp yolu" kimi konkret terminlərdən istifadə etməsi, İrəvanın artıq illərdir davam edən müqavimət taktikasından realistik əməkdaşlıq fazasına keçdiyini göstərir. Bu açıqlamalar seçki ərəfəsində həm daxili auditoriyaya, həm də beynəlxalq vasitəçilərə yönəlmiş mesajlardan ibarətdir.

Seçkilər ərəfəsində həm Moskvanın, həm də Qərbin müdaxiləsini nəzərə alan Paşinyan indidən mesaj göndərir ki, onun əsas hədəfi sülh və iqtisadi inteqrasiyadır. Bu seçkilərdə qələbə həm də Baş nazirin revanşistlər üzərində qələbəsi kimi də Ermənistan tarixinə düşə bilər. Erməni siyasətçinin açıqlamasında "Sülh müqaviləsinin mətni tam razılaşdırılıb və paraflanma mərhələsinə çatıb" fikrini səsləndirməsi əslində taktiki gedişdir. Bu, Paşinyan hökuməti üçün seçkilərdən əvvəl ən mühüm siyasi sığorta sayıla bilər. Yəni, sənədin paraflanması müxalifətin mümkün "sənəd hələ dəyişə bilər" və ya "yeni güzəştlər olacaq" kimi manipulyasiyalarının qarşısını alır. Bu açıqlama ilə isə Baş nazir seçicisinə açıq şəkildə bildirir ki, müzakirələr bitib və sənəd dəyişməzdir. Bu da revanşistlər tərəfindən xalqa aşılanan qeyri-müəyyənlik qorxusunu dəf etmək üçün gediş sayılır.

Paşinyanın 7 iyun sınağı - İtkisiz il kartı və Ermənistanın xilas kəməri - ŞƏRH

Amma nəzərə almaq lazımdır ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın prinsipial mövqeyi Ermənistan Konstitusiyasında ərazi iddiası ilə bağlı bəndin çıxarılmasıdır. Paşinyan və digər erməni rəsmiləri dəfələrlə bu barədə açıqlama verərək, dolayı yolla bu dəyişikliyə də yaşıl işıq yandırıblar. Bu yaxınlarda Ermənistanda Konstitusiya Məhkəməsi şurasının toplanması, müəyyən qərarlar qəbul etməsi də buna işarə edir.

Baş nazir açıqlamalarının əsas hissəsi sülhə aiddir və erməni xalqına sülh şəraitində yaşamağın üstünlüklərini çatdırır. Paşinyan erməni cəmiyyətinin həssas nöqtəsinə toxunmaq üçün sülhü bir həyat norması kimi təqdim edir və xalqı reallığa dəvət edir. Bu da seçki öncəsi hakim partiyanın ən güclü psixoloji kartı hesab edilir. Baş nazirin "erməni xalqına çatdırmaq istədiyim budur ki, indi sülh var" fikri ilə yanaşı, "2025-ci ilin müstəqilik tarixindən bəri ilk itkisiz il olması" barədə açıqlaması mövcud durumda erməni cəmiyyəti üçün təsirə sahibdir. Eyni zamanda illərdir məğlubiyyət və qeyri-müəyyənlik içində boğulan cəmiyyətə verilən "reabilitasiya" mesajıdır. Bu, Paşinyanın siyasi arsenalındakı ən təsirli alətidir. Erməni siyasətçinin fikri sadəcə statistik göstərici, iki ölkə sərhədində sakitliyi ifadə etmir. Bu, on illərdir erməni cəmiyyətinə revanşist qüvvələr tərəfindən aşılanan daimi müharibə qorxusunu dağıtmağa hesablanmış psixoloji manevrdir. Paşinyan bu fikri ilə demək istəyir ki, hakim partiyanın sayəsində əsgər ölümləri dayanıb.

Əgər seçkilərdə revanşistlər yenidən hakimiyyətə qayıtsa, bu, arta bilər. İndi seçim erməni xalqındadır. Ya hakimiyyətin vəd etdiyi itkisiz sülh və iqtisadi inkişaf, ya da revanşistlərin qan və ölüm ritorikası. O, sülhə laqeyd yanaşmağın təhlükəli olduğunu vurğulamaqla, əslində müxalifətin revanşist ritorikasını "yenidən ölüm və müharibə" ilə eyniləşdirir. Sərhəddəki sakitlik Ermənistan hakimiyyəti üçün sadəcə hərbi nailiyyət deyil, həm də seçicinin "təhlükəsizlik instinkti"nə birbaşa müraciət edərək siyasi ömrünü uzatmaq və qələbəni təmin etmək üçün atılan psixoloji addımdır. Paşinyan xalqı inandırmağa çalışır ki, sülhü möhkəmləndirmək üçün atılan hər bir addım, o cümlədən "Tramp yolu" çərçivəsində Azərbaycanla kommunikasiyaların açılması, Ermənistanın yaşamaq və var olmaq üçün yeganə çıxış yoludur.

Baş nazirin açıqlamalarının ən kritik və geosiyasi transformasiya yüklü hissəsi TRİPP, yəni Zəngəzur dəhlizi ilə bağlı bəyanatıdır. Bu açıqlamada ən çox diqqət çəkən məqam, Paşinyanın bu layihəni Ermənistanın daxili problemi olmaqdan çıxarıb, qlobal iqtisadi arxitekturanın bir hissəsi kimi təqdim etməsidir. O, açıq şəkildə etiraf edir ki, Zəngəzur dəhlizi Şərqlə Qərbi birləşdirməklə yanaşı, Azərbaycanın əsas hissəsini Naxçıvanla fiziki olaraq birləşdirəcək. Bu isə bir neçə ildir Ermənistanda davam edən dəhliz mübahisələrinin artıq iqtisadi reallıq kimi qəbul edildiyini sübut edir. Baş nazirin bu fikri ifadə etməsi də təsadüfi deyil. O, Azərbaycanın Naxçıvanla birləşməsni Tramp administrasiyasının regiondakı biznes və logistika maraqları ilə eyniləşdirir. Bu isə onun Azərbaycanın tələblərini qəbul etdiyini, uzlaşdığını göstərir. Əvvəllər "dəhliz yoxdur" deyən erməni siyasətçi artıq bu yolun qlobal əhəmiyyətindən danışır. Qısacası, yollar açılır. Bu marşrut həm də Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Bununla da cənuba, yəni İran istiqamətinə yeni dəmir yolu bağlantısı açılır ki, İrəvan blokadadan tamamilə çıxa bilər.

Bundan əlavə, dünyada davam edən geosiyasi gərginliklər, Rusiya-Ukrayna müharibəsi, İranla yaranan gərginlik, Süveyş kanalı ilə bağlı logistik problemlər, Avropa İttifaqının Kremlə tətbiq etdiyi sərt sanksiyalar fonunda bir sıra beynəlxalq marşrutlar öz etibarlılığını itirməkdədir. Xüsusilə şimal marşrutları artıq riski zonaya çevrilməkdədir. Belə bir vəziyyətdə Paşinyanın Zəngəzur dəhlizini Aİ ilə Mərkəzi Asiya arasında xilasedici körpü kimi təqdim etməsi rəsmi Bakının bir neçə ildir təqdim və inkişaf etdirdiyi "logistik hab" siyasətinin ən böyük təsdiqidir. Yəni, rəsmi İrəvan bu reallığı qəbul və dərk edərək, onun bir parçasına çevrilmək istəyir, iqtisadi dividentlər qazanmaq, ölkəsinə xarici sərmayə cəlb etmək niyyətini ortaya qoyur.

Azərbaycan üçün bu açıqlamalar Ermənistanın nəhayət öz təcridindən çıxmaq üçün Bakının təklif etdiyi regional inteqrasiya modelinə məhkum olduğunu qəbul etməsi deməkdir. Eyni zamanda Paşinyan hökuməti daxildəki radikal qüvvələrə qarşı bu dəhlizdən iqtisadi qalxan kimi istifadə etməklə yanaşı, Azərbaycanın yaratdığı geosiyasi arxitekturaya uyğunlaşma mesajıdır.

Beləliklə, sülh Ermənistana sadəcə sakitlik deyil, həm də Azərbaycanın açdığı qapıdan keçərək qlobal ticarətin mərkəzində dayanmaq şansı vəd edir. Paşinyan eyni zamanda bu yolu Avropa üçün alternativ yox, qlobal təchizat zənciri böhranından yeganə çıxış yolu kimi xarakterizə edir. Burada isə Ermənistanın Qərbə mesajı aydındır: Bu yolla həm də Avropanın enerji və mal təhlükəsizliyinin qarantına çevrilirik. Seçki ərəfəsində belə bir mesaj Avropanın siyasi mərkəzlərinə də ismarışdır: revanşistləri yox, bizi dəstəkləyin. Çünki biz sizə enerji və ticarətdə fasiləsiz, kəsintisiz bağlantı vəd edirik. Bunun arxasında isə rəqəmlər dayanır. Çünki Zəngəzur dəhlizi vasitəsilə Avropaya malların daşınması digər marşrutlara nisbətən 20-25 gün daha tez başa gəlir. Bu, qloballaşan və zamanın dəyərli olduğu bir dövrdə əvəzsiz bir logistik imkandır. Bununla da Azərbaycanın Naxçıvana keçidini sadəcə "yol" deyil, "beynəlxalq tranzit mərkəzi" statusuna qaldırır.

Nəticə olaraq, Paşinyanın açıqlamaları göstərir ki, Ermənistanda 30 illik təcrid, xəyali iddialar dövrü qapanmaq üzrədir. Baş nazirin Zəngəzur dəhlizini qlobal layihə kimi təqdim etməsi əslində Azərbaycanın 2020-ci ildən bəri diktə etdiyi geosiyasi reallığa verilən "gecikmiş razılıq"dır. Ermənistan üçün sülh seçim yox, həm də sağqalma mexanizmi olduğu halda Azərbaycan üçün sülh illərdir yürüdülən strateji səbir və hərbi-diplomatik güc siyasətinin məntiqi yekunudur.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Siyasət

29-01-2026, 13:19

Mirzoyandan Avropaya mesaj - Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır - ŞƏRH

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

2-07-2024, 14:10

Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ

Gündəm / Siyasət

16-11-2024, 14:43

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Gündəm / Siyasət

30-11-2024, 16:30

Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ

Gündəm / Siyasət

1-03-2025, 13:39

Rusiya səfirinin Ter-Petrosyanla müəmmalı görüşü, Nikol Paşinyanın qanuni oğrularla “əməkdaşlığı” - ŞƏRH

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xəbər lenti
  • Dünən, 19:00
    Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
  • Dünən, 18:31
    Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
  • Dünən, 18:26
    Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...
  • Dünən, 18:01
    Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
  • Dünən, 17:53
    Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
  • Dünən, 17:39
    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
  • Dünən, 17:31
    Bakıda onmərtəbəli binada lift kabusu - "Hər dəfə birimiz liftdə alırıq"
  • Dünən, 17:04
    Zelenski ABŞ-a "Patriot" müqabilində neft zavodlarına bir aylıq zərbə endirilməməsi üçün şərt qoyub
  • Dünən, 16:43
    ADP-dən Azərbaycan-Rusiya münasibətləri ilə bağlı xəbərdarlıq: Türkiyə ilə strateji müttəfiqlik gücləndirilməlidir
  • Dünən, 16:35
    Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsi
  • Dünən, 16:34
    “Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib FOTOLAR
  • Dünən, 16:31
    Səhiyyə Nazirliyinin institutlarında kütləvi kadr dəyişikliyi - Direktorların kürkünə birə düşüb
  • Dünən, 16:15
    "Vikinq" - "Sabah" matçının hakimləri müəyyənləşib
  • Dünən, 16:13
    Kişilərdə Döş Böyüməsi (Ginekomastiya) əməliyyatı icbari tibbi sığorta ilə mümkündürmü? – ARAŞDIRMA
  • Dünən, 15:35
    Gəncə Texnologiya Universitetinin rektoru səlahiyyətdən necə sui-istifadə edir?
  • Dünən, 15:07
    İrəvan-Moskva gərginliyi artır: Zaxarovanın sərt dili, Kremlin Belarus rıçaqı
  • Dünən, 14:53
    Neftçalada yaşanan ekoloji fəlakətin cavabını kim verəcək? -Yaşıllığı məhv edilən şəhər
  • Dünən, 14:22
    Sabah Bakıda 23 dərəcə isti olacaq
  • Dünən, 13:20
    Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
  • Dünən, 13:00
    Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edəcək
  • Dünən, 12:43
    Elçin Yusubov qiymətləndirmə sektoruna NECƏ NÜFUZ EDİB... - İLGİNC FAKTLAR...
  • Dünən, 12:01
    İsrail ordusu Qəzza zolağında HƏMAS-ın dörd yaraqlısının öldürüldüyünü bildirib
  • Dünən, 11:45
    Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır
  • Dünən, 11:31
    Bakının göbəyində VERGİDƏN YAYINMA... - BU NƏDİ BELƏ...
  • Dünən, 11:07
    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
  • Dünən, 10:42
    FHN-in Baş İdarəsi 10 ayda 1,5 milyon manatlıq 26 ədəd xidməti maşın alıb - ARAŞDIRMA
  • Dünən, 10:20
    Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib
  • Dünən, 10:13
    PABEDA restoranı, yoxsa marketinq fəlakəti? - REPLİKA
  • Dünən, 09:23
    Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir
  • Dünən, 09:17
    Sakinlər keçmiş deputatın şirkətindən başçıya ŞİKAYƏT ETDİLƏR
  • Dünən, 09:01
    Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
  • 1-11-2026, 16:00
    İran XİN Britaniyanın MI6 və Hərbi Dəniz Qüvvələrini terrorçu kimi tanıyıb
  • 1-11-2026, 15:00
    Qətərin tankeri Fars körfəzində hücuma məruz qalıb
  • 1-11-2026, 14:30
    Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
  • 1-11-2026, 14:00
    Tramp və Netanyahu arasında telefon danışığı olub
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə