• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qərbi azərbaycanlılar hərəkətə keçir: "Göyçə boşaldılmalıdır..."

Siyasət

11-08-2022, 20:00

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Əziz müəllim, Qərbi azərbaycanlıların statusuna yenidən baxılmasını təklif etmisiniz. Söhbət hansı statusdan gedir?

- Çox təəssüf, bəzən belə fikirlər eşidirik ki, guya 1988-1991-ci illərdə Qərbi Azərbaycandan (indiki Ermənistandan) gələn qaçqınların qaçqınlıq statusu ləğv olunub. Maraqlıdır ki, bunu deyənlər də çox vaxt müxtəlif idarə, müəssisə rəhbərləri, kiçik məmurlar olur. Bunun arxasında, adətən, yaxalarını məsuliyyətdən kənara çəkmək niyyəti durur.

Halbuki "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Azərbaycan Prezidentinin 23 avqust 2001-ci il tarixli və bu gün də qüvvədə olan Fərmanında bu status birdəfəlik təsbit olunub.

Sənəddə deyilir: "...Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə qərara alıram: Etnik təmizləmə nəticəsində Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlılara Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydası" əsasında verilən "Qaçqın" statusu qüvvəsində saxlanılsın".

Mən Parlamentin plenar iclaslarının birində bu statusa yenidən baxılması zərurətindən danışmışam və bu gün də həmin fikirdə qalıram.

44 günlük Vətən Müharibəsi nəticəsində qazandığımız möhtəşəm Zəfərdən sonra bölgədə yeni reallıq formalaşıb və bu reallıq bizdən də öz hədəflərimizə yenidən baxmağı tələb edir. Bu səbəbdən biz, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, bundan sonra fəaliyyətimizi Qərbi Azərbaycan İcması olaraq davam etdirmək qərarına gəlmişik.

Son məqsədimiz son iki əsrdə zaman-zaman erməni vəhşiliyinin qurbanı olaraq doğma yurdlarından qovulmuş soydaşlarımızın dədə-baba ocaqlarına qayıtmasıdır. Bu mübarizədə bütün Azərbaycan xalqından, dünya azərbaycanlılarından və bütün türk-islam dünyasından, dost-qardaş ölkə və xalqlardan dəstək umuruq. Tarixi ədalət bərpa olunmalıdır.
Ətraflı

- Təklif etdiyiniz status məsələsinin hansı üstünlükləri var?

- Statusa təklif edəcəyimiz əlavə və dəyişiklik insanlarımızın tarixi yurdlarına qayıdışı uğrunda mübarizəsinə stimul verməlidir.

- Maraqlıdır, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmaq istəyərlərmi?

- Əgər bu gün belə bir sorğu aparılsa, əmin olun ki, mütləq əksəriyyət bu suala "hə" deyəcək. Əlbəttə, biz həmin insanların təhlükəsizliyi məsələsini də yaddan çıxarmırıq. Bunun üçün ilk növbədə Zəngəzurda, Dərələyəzdə və Göyçədə son 34 ildə ermənilərin köçürülüb yerləşdiyi bütün azərbaycanlı yaşayış məntəqələri boşaldılmalı və sahiblərinə geri verilməlidir.

- Beynəlxalq təşkilatlar qarşısında Qərbi azərbaycanlıların məsələsinə hüquqi qiymətin verilməsi ehtimalı nə qədərdir?

- Bu, eyni zamanda bizim bu məsələyə nə dərəcədə ardıcıl, sistemli və prinsipial münasibət göstərməyimizdən asılı olacaq. Bizim bu mübarizədən geri çəkilmək niyyətimiz yoxdur. İnsanlarımız doğma yurdlarına qayıdana qədər bu mübarizə davam edəcək. Bu məsələ dinc yolla həll olunsa, ermənilər üçün də yaxşı olar, əks təqdirdə biz öz evlərimizə qayıtmağın başqa yollarını axtarmaq məcburiyyətində qala bilərik.

- Ümumiyyətlə, gündəmdə olmadığı halda birdən-birə niyə belə təşəbbüslə çıxış etdiniz?

- Sizinlə razı deyiləm, bu məsələ həmişə gündəmdə olub. Biz Qərbi Azərbaycanlılar tarixi torpaqlarımız uğrunda bir gün belə dayanmadan mübarizə aparmışıq. 1989-cu ildə yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti 33 ildir mübarizə aparır. Sadəcə, qarşıda Qarabağ boyda bir problem olduğu üçün biz Qərbi Azərbaycan məsələsini beynəlxalq müstəviyə çıxarmağa çox da can atmırdıq, bütün millətimiz üçün olduğu kimi, bizim üçün də Qarabağ məsələsi hər şeydən vacib idi.

Bu gün artıq yeni hədəfimiz Qərbi Azərbaycandır. Biz tarixi torpaqlarımıza mütləq qayıdacağıq.\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

9-08-2022, 11:05

Qərbi azərbaycanlıların statusuna yenidən baxılması təklif edilir

Dünya

24-02-2023, 20:09

Kanada mətbuatı Qərbi Azərbaycandan yazıb

Siyasət

9-08-2022, 19:50

Zəngəzura qayıda biləcəyikmi? – Azərbaycan üçün TARİXİ İMKAN

Siyasət / Dünya

13-03-2023, 23:20

ABŞ mətbuatında Qərbi Azərbaycan qaçqınlarının taleyindən bəhs edilib

Siyasət

9-08-2022, 13:24

İcma sədri: "Azərbaycanlılar Qərbi Azərbaycandakı doğma yurdlarına qayıtmağa hazırdır"

Siyasət

9-08-2022, 13:23

"Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac var" - DEPUTAT ŞƏRH ETDİ

Siyasət

25-12-2022, 17:25

Ermənistanın əsassız bəyanatını qətiyyətlə rədd edirik - XİN

Siyasət

15-03-2023, 21:17

Ayxan Hacızadə: Paşinyanın anti-Azərbaycan kampaniyası Ermənistan üçün xeyirli gələcək vəd etmir

Dünya

31-07-2022, 17:00

İranın iki sərhədçisi müəmmalı şəraitdə həlak oldu

Siyasət

18-01-2023, 02:28

Almaniyalı alim Dr. Hessin “Spiegel” jurnalına məktubu: “İrəvanda 1918-ci ilədək erməni hökmdarlığı olmayıb“

Səhiyyə

6-08-2022, 15:53

Ermənistandan hiyləgər gediş: Avropa Məhkəməsində Azərbaycana qarşı yeni iddia

Siyasət

15-07-2022, 19:13

İlham Əliyev: Status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir, biz də Zəngəzur üçün status tələb edə bilərik

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Dünən, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Dünən, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Dünən, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Dünən, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Dünən, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Dünən, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Dünən, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Dünən, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Dünən, 01:21
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • 26-09-2026, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • 26-09-2026, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • 26-09-2026, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • 26-09-2026, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • 26-09-2026, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • 26-09-2026, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • 26-09-2026, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • 26-09-2026, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • 26-09-2026, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • 26-09-2026, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • 26-09-2026, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • 26-09-2026, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • 26-09-2026, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • 26-09-2026, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • 26-09-2026, 12:10
    Laçında traktor minaya düşüb
  • 26-09-2026, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • 26-09-2026, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • 26-09-2026, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • 26-09-2026, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə