Sizin reklam burada 728×90
Son dəqiqə

İranın iki sərhədçisi müəmmalı şəraitdə həlak oldu

31.07.2022 17:00 733 1 dəq oxunur
İranın iki sərhədçisi müəmmalı şəraitdə həlak oldu
İranın iki sərhədçisi Qərbi Azərbaycan əyalətinin Salmas sərhəd rayonundakı ərazidə patrul xidməti apararkən həlak olub.

bakunews.az report-a istinadən xəbər verir ki, Qərbi Azərbaycan Vilayəti Sərhəd Mühafizə Komandanlığının ictimaiyyətlə əlaqələr şöbəsi məlumatı təsdiqləyib. Qeyd edilir ki, İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Salmas rayonunun sərhəd alayının iki əsgəri patrul xidməti apararkən həlak olub.

Qeyd edək ki, Salmas qərbdə İraq, şimal-qərbdə Türkiyə ilə həmsərhəddir.

Bildirilir ki, hadisə ilə bağlı ətraflı məlumat aidiyyəti qurumlar tərəfindən daha sonra açıqlanacaq.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az