Sizin reklam burada 728×90
Son dəqiqə

Baş Prokurorluğun idarə rəisi: "Bu il 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb"

10.08.2022 11:47 474 1 dəq oxunur
Baş Prokurorluğun idarə rəisi: "Bu il 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb"
"Bu il ərzində 67 xəbərdarlıq edilib, 250-dən çox icraat başlanılıb. Bu rəqəmlərin böyük əksəriyyətinin kütləvi informasiya vasitələri və media ilə əlaqəsi yoxdur".

bakunews.az-nun report-a istinadən xəbərinə görə, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bunlar əsasən ətraf mühitin qorunması, əmək fəaliyyətinin pozulması ilə bağlıdır.

"Bəzi hallarda həqiqətə uyğun olmayan məqamlarla bağlı məlumatlar yayılır. Əgər həqiqətə uyğun olmayan məlumatlar yayılırsa məsuliyyət də yaranır", - o bildirib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az