Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan lideri: Yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır

15.06.2025 14:00 225 1 dəq oxunur
Azərbaycan lideri: Yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır
“Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir”.

Bu fikir Prezident İlham Əliyevin Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Onun sözlərinə görə, milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır:

“Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir”, - deyə dövlət başçısı bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az