Sizin reklam burada 728×90
Son dəqiqə

İrlandiyalı nazir: "Azərbaycan bərpa olunan enerjinin ixracını balanslaşdıra bilir"

13.11.2024 17:08 322 1 dəq oxunur
İrlandiyalı nazir: "Azərbaycan bərpa olunan enerjinin ixracını balanslaşdıra bilir"
Azərbaycanın bərpa olunan enerjinin ixracını balanslaşdırmaq bacarığı var.

Bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kuluarlarında jurnalistlərə açıqlamasında İrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri Eamon Ryan bildirib.

"Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Mən çox şadam ki, Azərbaycanda bərpa olunan enerjinin miqyasını dərk edirlər və onu inkişaf etdirmək istəyirlər. Bərpa olunan enerji mənbələrinin inkişafı dünya üçün sülh deməkdir", - deyə o qeyd edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az