Sizin reklam burada 728×90
Son dəqiqə

Pezeşkian Şahin Mustafayevi qəbul etdi - Fotolar

14.10.2024 16:34 394 1 dəq oxunur
Pezeşkian Şahin Mustafayevi qəbul etdi - Fotolar
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

Bu barədə məlumatı İranın “Mehr” agentliyi yayıb.

İran prezidenti İslam ölkələri arasında münasibətlərin gələcək inkişafına töhfə verəcək bütün layihələri alqışladıqlarını vurğulayıb.

Bununla yanaşı, o, Tehran və Bakı arasında razılaşmaların icrasının sürətləndirilməsinə çağırış edib.

Bildirilib ki, Şahin Mustafayev öz növbəsində Azərbaycanın İranla əlaqələrini genişləndirməyə hazır olduğunu qeyd edib.
Pezeşkian Şahin Mustafayevi qəbul etdi - Fotolar

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az