• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Abutalıbovun qanunsuz göydələnləri yenidən gündəmdə - sabiq mer gizlənir...

Siyasət

29-07-2022, 18:20

Bakıdakı qanunsuz tikililər mövzusu hər zaman dövlət başçısı İlham Əliyevin nəzarətində olub. İddialara görə, Hacıbala Abutalıbov 2018-ci ilin aprelində daha çox qanunsuz tikililərlə bağlı məsələyə görə BŞİH-dəki işini itirməli olub. Çünki onun işdən çıxarılmasından bir müddət əvvəl prezident yanında keçirilən müşavirədə qanunsuz tikililərlə bağlı məsələ gündəmə gəlmişdi. Prezident demişdi ki, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır.

İlham Əliyev dəfələrlə bildirib ki, paytaxtda bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır: "Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox..."

İyulun 26-da yeni icra başçılarını qəbul edərkən dövlət başçısı Bakıdakı qanunsuz tikililəri yenidən yada salıb: "Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox hündürmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb. Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib".

bakunews.az milli.az-a istinaden xəbər verir ki, Abutalıbov, təbii ki, bu iddialarla bağlı heç vaxt mediaya açıq danışmayıb, ya da gizlənib. Yalnız 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbayel rayonu ərazisində - Badamdar şosesində torpaq sürüşməsi olandan sonra baş nazirin müavini kimi "torpaq satmaq" iddialarını cavablandırmalı olub. "Əgər o torpaqlar sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz, bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, "ay Hacıbala müəllim, siz satıbsız axı! Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb", - deyə bildirmişdi.

Ölkə mətbuatında hələ Bakıda "tikinti bumu" vaxtı belə xəbərlər vardı ki, 10-16 mərtəbəli bina üçün ən azı 500 min manat rüşvət vermək tələb olunur. Qeyd edək ki, BŞİH rəhbəri olduqdan sonra Hacıbala Abutalıbov qısa müddət baş nazirin müavini də olub. Amma iki ilə yaxındır ki, sabiq merlə bağlı heç bir xəbər yoxdur. Onun Qaxın İlisu kəndində villasında yaşadığı deyilir. Bəs, Abutalıbov əməllərinə görə cavab verəcəkmi, Bakının qanunsuz tikililərinin yenidən gündəmə gəlməsinin səbəbi varmı?


Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov Hacıbala Abutalıbovun qanunsuz əməlləri ilə üzləşən Azərbaycan vətəndaşlarındandır. O, Hacıbala Abutalıbovun qanunsuzluqları barədə  baş prokuror Kamran Əliyevin adına şikayət hazırladığını da açıqlayıb: "Hacıbala Abutalıbov Azərbaycan dövləti adından çıxarılan qərarların icra olunmamasına görə istintaqa cəlb edilməli, qandallanıb türməyə yola salınmalıdır. Bu adam Azərbaycan dövlətinin gücündən istifadə edib və 80-ə yaxın Azərbaycan vətəndaşına qarşı ağır cinayət törədib. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mülkiyyət hüquqlarımızı kobud şəkildə pozub. 10 il əvvəl törətdiyi bu cinayətə görə o, mütləq şəkildə cəzasını almalıdır".

"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, Bakıda tikintilərlə bağlı qanunsuzluqlara və baş vermiş cinayətlərə görə cavabdeh şəxslərin sıralamasında Hacıbala Abutalıbov ilk yerdədir: "20 ilə yaxın Bakının meri olan Hacıbala Abdutalıbov şəhərin görkəmini tamamilə eybəcərləşdirdi. Yaşıllıq zonalarını qarış-qarış tikinti şirkətlərinə verdi. Bu gün Bakı başdan ayağa beton-daşdan ibarətdir. Hacıbala Abutalıbovun sərəncamları ilə Bakıda yaşıllıqlar məhv olunub. Onun qanunsuzluqlarının qarşısını məhkəmələr belə ala bilmirdi. Barəsində çıxarılan qərarları icra etmirdi və ya icra olunmurdu". Hüquqşünas deyir ki, "İcra haqqında" qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası da müəyyən olunub: "İcra haqqında" qanunun  82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir. Cinayət qanunumuzda isə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı daha sərt cəzalar nəzərdə tutulub. Belə ki, bu cür əməllərə yol verən şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə, 5 min manatdan 7 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

9-04-2023, 22:08

Deputatdan Hacıbala Abutalıbova ağır ittiham: “Rayonu işğal edib…”

Cəmiyyət

15-08-2022, 11:41

Buzovna qayalıqlarında qanunsuz tikililər sökülür

Siyasət

25-07-2022, 14:43

İlham Əliyev yeni icra başçılarına tapşırıqlar verib

Siyasət

6-08-2022, 00:44

Prezident bildirib ki, Azərbaycan qanunsuz erməni birləşmələrinin ərazilərdən çıxarılmasını dəfələrlə gündəliyə gətirib

Bölgə

7-03-2023, 22:23

DİN: Ağdaşda qanunsuz küçə ticarəti ilə bağlı profilaktiki tədbirlər keçirilib - FOTO

Cəmiyyət

31-07-2022, 18:31

6 aya 6 milyonluq yeyinti edən Xəyal İsmayılovun BAŞI DƏRDDƏ - İLGİNC İDDİALAR...

Cəmiyyət

19-07-2022, 16:12

Səfər Mehdiyevin qaynı həbs olundu

Cəmiyyət

15-08-2022, 18:44

Suraxanıda reyd keçirilib, qanunsuz heyvan kəsimi və ət satışı məntəqələri aşkarlanıb

Cəmiyyət

31-08-2022, 17:00

Binəqədidə narkomaniya ilə mübarizə mövzusunda dəyirmi masa keçirildi

Siyasət

5-10-2022, 15:55

Xətai Rayon İcra Başçısı Rafiq Quliyev Ulu Öndər Heydər Əliyev siyasətinə və Cənab Prezident İlham Əliyevə Sədaqətlə Xidmət Edən İnsandır.

Bölgə / Sosial / Ölkə

3-02-2023, 19:43

Zaqatalada polis əməkdaşları qanunsuz küçə ticarəti ilə bağlı profilaktiki tədbirlər keçirib

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 00:37
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Bu gün, 00:08
    Şuşanın azad olunmasından 6 il ötür
  • Dünən, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • Dünən, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • Dünən, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Dünən, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Dünən, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • Dünən, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Dünən, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Dünən, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Dünən, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Dünən, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dünən, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Dünən, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Dünən, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Dünən, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Dünən, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Dünən, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dünən, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Dünən, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Dünən, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Dünən, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Dünən, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Dünən, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • 6-11-2026, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • 6-11-2026, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • 6-11-2026, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • 6-11-2026, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • 6-11-2026, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • 6-11-2026, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • 6-11-2026, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • 6-11-2026, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə