Sizin reklam burada 728×90
Son dəqiqə

Prezident Qazaxın işğaldan azad olunan kəndlərindən DANIŞDI

08.06.2024 19:00 336 1 dəq oxunur
Prezident Qazaxın işğaldan azad olunan kəndlərindən DANIŞDI
Hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar, 12,7 kilometr dövlət sərhədi, demək olar ki, razılaşdırıldı.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib: “Azərbaycanın otuz ildən çox müddət ərzində işğal altında olmuş Qazax rayonunun dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az