• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Təl-Əvivin Tehrana hədəsi: İsrail İranı vursa... - Azərbaycana qaçqın axını təhlükəsi

Siyasət

21-07-2022, 20:03

İnformasiya məkanında yayılan məlumatlara görə, İsrail və İran arasında münasibətlər yenidən kəskinləşib. Artıq İsrail rəsmilərinin İranı vura biləcəklərinə dair açıqlamaları, İran rəsmilərinin də bunlara cavabları siyasi xəbərlərlə maraqlanan hər kəsə bəllidir.

Bu qarşılıqlı hərbə-zorbalara ABŞ prezidenti də öz ''töhfəsini'' verib və İsraili dəstəkləyib.

Buna səbəb nədir? Dünyanın xəbər məkanında yenicə ABŞ-İran yaxınlaşması barədə görüntülü məlumatlar yayılmaqda idi. Həmin məlumatlarda iddia olunur ki, ABŞ İranla o həddə yaxınlaşıb ki, Rusiya neftinin əvəzinə bazara İran neftini çıxartmağa, İranın üzərindən sanksiyaları qaldırmağa 1 addım qalıb.

İndi isə təhlilçilər İranın bombalana biləcəyindən və İsrail-İran müharibəsinin başlaya biləcəyindən danışırlar.

Bu cür təhlilçilərdən biri də REAL Partiyasının rəhbərlərindən olan Natiq Cəfərlidir. O, TV Musavatın efirində deyib ki, Azərbaycanın quru sərhədlərinin bağlanması daha qlobal təhdidlərlə - İsrail-İran münaqişəsinin müharibəyə çevrilmə ehtimalının yüksək olması ilə bağlıdır. Natiq Cəfərliyə görə, əgər hadisələr bu istiqamətdə cərəyan edərsə, Azərbaycanın yerləşdiyi regionda ciddi və böyük müharibə başlaya bilər. Bu zaman İrandan böyük qaçqın kütləsi Azərbaycana doğru axışa bilər. ''Quru sərhədlərimizin israr və inadla bağlı saxlanmasının əsas səbəbi budur'', - deyə Natiq Cəfərli söyləyib.

bakunews.az musavat.com-a istinadən da bir sıra qaynaqlardan sızan məlumatlara görə, Azərbaycan hazırda İranla sərhədlərimizi daha da möhkəmləndirir və bu işə xüsusi diqqət ayırır.

Bütün bunlara Azərbaycanın təhlilçiləri nə deyirlər? Yaxın qonşumuz İran qarşıdakı aylarda böyük müharibələrin meydanına çevrilə bilərmi? Belə bir ssenaridə Azərbaycanı nələr gözləyir - ölkəmiz milyonlarla iranlı qaçqının axınına məruz qala bilərmi?

Ekspert Natiq Cəfərli mövzu ilə bağlı "Yeni Müsavat"a dedi: "Əvvəlcə qeyd edim ki, İsrail-İran münaqişəsinin müharibəyə çevrilməsi ehtimalı qorxulu bir ssenari kimi səslənməsin, bu o demək deyil ki, mütləq bu müharibə baş verəcək. Sadəcə bunu ehtimallardan biri kimi dəyərləndirmək lazımdır. Ümid edək və arzulayaq ki, belə bir şey olmayacaq. Çünki bölgəmizdə növbəti qarşıdurma böyük bir hərbi toqquşma çox ciddi fəsadlara yol aça bilər.

Məlum olduğu kimi, ötən həftə ABŞ prezidenti Baydenin İsrailə səfəri zamanı ölkənin baş naziri vəzifəsini icra edən şəxsin keçirdiyi mətbuat konfransında bu məsələ bağlı açıq eyhamları oldu. Belə ki, baş nazir deyib ki, İranın nüvəyə malik olmasına İsrailin icazə, verməyəcəyinə, lazım gələrsə, bununla bağlı hər hansı əməliyyatlar keçiriləcəyi ilə bağlı bəyanatları var idi. ABŞ prezidenti isə bu bəyanatlara qarşı kəskin bir reaksiya vermədi və dedi ki "biz çalışacağıq ki, sülh, danışıq yolu ilə bu problemi həll edək".

Bütün bunlar əlbəttə ki, dünya mediasında tez-tez müzakirə yaradır və müharibənin olacağı ilə bağlı ehtimallar səslənir və variantlar hesablanır.

Biz ümid edək ki, bu müharibə olmayacaq və olarsa da klassik müharibə olmayacaq. Yəni İsrail öz quru qoşunlarını İrana yeridəsi deyil və belə bir ehtimal da yoxdur. Ola bilər ki, hava zərbələri endirsin və gərginlik yaradılsın və bu da bölgəmizdə ağır fəsadlar yarada bilər. Yəni belə bir ehtimallar həmişə ən azı diqqətdə saxlanılmalı və bununla bağlı hansısa qabaqlayıcı addımların atılmasına ehtiyac var".

Politoloq Qabil Hüseynli isə mövzuya bu cür şərh bildirdi: "Öncə onu qeyd edim ki, İran son vaxtlarda bir çox yanlışlıqlara yol verdi. Atom enerjisindən istifadə üzrə beynəlxalq təşkilatın nümayəndəsinə təftişə icazə vermədi və bu çox ciddi yanlışlıq kimi qiymətləndirildi. Həmçinin İran Ukrayna müharibəsində Rusiyaya ciddi dəstək verir və ora yüzlərlə dron göndərməsi barədə məlumatlar gəzir. Hətta bunu ingilis xüsusi orqanları birmənalı qaydada irəli sürdülər. Üstəlik də İranın bölgədə Suriya, Hizbullah və digər təşkilatları dəstəkləməsi onun xarici siyasət xəttində hər hansı düzəlişlər olmadığını göstərir.

Bütün bunları ümumiləşdirərək demək olar ki, İranın üzərindən sanksiyaların götürülməsi ehtimalı getdikcə zəifləyir və İsrailin İrana zərbələr endirməsi ehtimalı çoxalır. İsrail bu haqda ABŞ-la birgə addımlar atacaq. Fikrimcə, əgər İsrail bölgədə İrana qarşı silahlı hücum həyata keçirərsə, bu zaman irimiqyaslı müharibədən söhbət gedə bilməz.

Söhbət İranın nüvə obyektlərinin vurulmasından gedir, bu da demək olar ki, əhalinin sıx yaşamadığı və bəzi yerlərdə isə ümumiyyətlə, əhalinin yaşamadığı bölgələrdir. Ona görə də belə bir müharibə təhlükəsi baş verərsə, oradakı əhalinin xüsusən də Azərbaycana böyük qaçqın axınının olması ehtimalı çox zəifdir. Əlbəttə ki, insanlar oradan turist və digər formada gələ bilər. Lakin məlum olduğu kimi, Azərbaycanın sərhədləri bağlıdır.

Sərhədlərin bu səbəbdən bağlı qalması ehtimalına gəldikdə isə əlbəttə ki, ortada pandemiya təhlükəsi, həmçinin Azərbaycanın bölgədə antiterror əməliyyatları aparacağı ehtimalı da var. Lakin İsrail-İran müharibəsinin başlayacağı iddiaları ilə bağlı da ehtimalı var".

Politoloq Vaqif Hüseyn isə qeyd etdi ki, İsrail-İran müharibəsinin indiki halda başlaması ehtimalı demək olar ki, yoxdur:

"Yaxın perspektivdə İsraillə İranın arasında münaqişənin olacağını ehtimal etmirəm, çünki bunun üçün zəmin hələ yetişməyib. Münaqişənin baş verməsi üçün zəminin yetişməsi lazımdır. Ola bilsin ki, zəmin yetişir, amma hələ o mərhələyə gəlib çıxmayıb.

Bu gün Türkiyə ilə İsrail arasında münasibətlərin düzəldiyi, üstəlik, Türkiyənin Tehran konfransında iştirak etdiyi məqamda İsrailin İrana hücum edəcəyini ehtimal etmirəm. Çünki İsrailin Rusiya ilə münasibətləri ehtiyatla qurmağa çalışan bir dövlətdir.

Məlum olduğu kimi, Ukrayna ilə münaqişədə həmçinin xatırlayırsınızsa, Avropada Rusiyaya qarşı sanksiyalar məsələsində İsrail Rusiyaya qarşı çox ehtiyatlı mövqe tutdu, onunla münasibətləri kəsmədi. Üstəlik, Rusiyanın əlində çox az müttəfiq qalıb, onlardan biri Suriya və İrandır. Belə bir vaxtda İsrailin İrana hücumu bir növ Rusiyaya qarşı meydan oxumaqdır.

İsrail hərbi texnika potensialı baxımından çox güclü, qüdrətli dövlət olsa da, İran da çoxmilyonlu, böyük əraziyə malik dövlətdir. Müharibədə də bəzən bu faktorlar mühüm rol oynaya bilir. Beləliklə, İsrailin yaxın vaxtlarda İrana hücum etməsini ehtimal etmək bir qədər çətindir".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

13-07-2022, 22:55

İran prezidenti anlaşma üçün qapıları bağladı - “Güzəştə getməyəcəyik”

Dünya

29-08-2022, 21:18

Mossad rəhbəri JCPOA üzrə danışıqlar aparmaq üçün ABŞ-a gedir – Son cəhd

Dünya

31-03-2023, 21:46

İsrail mətbuatı İranın bölgədə artan təcavüzündən yazıb

Hadisə

21-07-2022, 16:04

İranın Azərbaycandakı səfiri israilli həmkarını ölümlə təhdid edib

Dünya

6-08-2022, 16:54

İsrail vurdu, İran isə “pislədi…”

Dünya

14-07-2022, 23:00

Lapid və Bayden “Qüds Bəyannaməsi”ni imzaladılar

Dünya

13-07-2022, 21:07

İsrail və Yunanıstandan “əzələ nümayişi” - Qırıcılar havaya qaldırıldı.

Dünya

30-03-2023, 01:58

İsrail mətbuatı İslam Əməkdaşlıq Təşkilatının səfirliyimizə hücumla bağlı İrana çağırışından yazıb

Dünya

8-08-2022, 16:18

İran təkzib etdi: Rusiya da bunu etməyəcək

Dünya

13-07-2022, 13:42

İsrail və Yunanıstan hava qüvvələri birgə təlimlər keçirdilər

Dünya

24-08-2022, 21:05

İran nüvə müzakirələri ilə bağlı ABŞ tərəfinin cavabını alıb

Siyasət

4-08-2022, 12:28

İran səfirliyindən açıqlama: SEPAH Azərbaycanla sərhəddə təlim keçirir?

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
2-11-2026, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
Xəbər lenti
  • Dünən, 19:00
    Publik hüquqi şəxslərin rəhbər və müavinlərinin maaşı müəyyənləşib
  • Dünən, 18:30
    Türkiyədə uçqun altında qalanlardan biri ölüb - Yenilənib
  • Dünən, 18:15
    İşğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq
  • Dünən, 18:08
    Biləcəridə ağacların kəsildiyi iddia olunur - “Ağ Saray”ın arxasında nə tikilir? - VİDEO
  • Dünən, 17:46
    Rayonun işğalından sonra doğulmuş uşaqlara "məcburi köçkün" statusu veriləcək
  • Dünən, 17:41
    Sumqayıtda Fərəcova etirazlar başladı - Təmizlik işçiləri maaşlarını ala bilmir - VİDEO
  • Dünən, 17:23
    Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
  • Dünən, 17:16
    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə mühüm posta TƏYİNAT - FOTO
  • Dünən, 16:55
    Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib
  • Dünən, 16:25
    Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
  • Dünən, 16:04
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • Dünən, 15:48
    Səhiyyə Nazirliyində BÖYÜK TƏMİZLİK ƏMƏLİYYATI başladı - ŞOK ADLAR
  • Dünən, 15:31
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • Dünən, 15:20
    AĞSU REGİONAL QAZ İSTİSMAR İDARƏSİNDƏ MÜHASİBATIN YENİ DÜSTURU: 10 NƏFƏR ÇƏTİNLİKLƏ BACARIRDI, 5 NƏFƏR NECƏ BACARACAQ?
  • Dünən, 14:54
    Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
  • Dünən, 14:38
    Bakıdakı Alman aptekləri vergidən yayınır? – Şikayət
  • Dünən, 14:26
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • Dünən, 13:04
    Sabah yağış yağacaq - Proqnoz
  • Dünən, 12:54
    “Azərlotoreya” müştərinin uduşunu vermədi – Məhkəməlik oldu
  • Dünən, 12:28
    Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq
  • Dünən, 12:15
    Süni Mayalanma Mərkəzinin direktoru keçmiş həmkarını özünə müavin gətirdi - FOTO
  • Dünən, 11:54
    Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • Dünən, 11:34
    Məcnun Məmmədovun üç ili - Biznes təcrübəsi kənd təsərrüfatını xilas edə bildimi?
  • Dünən, 11:14
    Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir
  • Dünən, 10:58
    Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır – Vətəndaşlar narazıdır
  • Dünən, 10:36
    “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq həbs edilib
  • Dünən, 10:14
    İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 10:09
    Lənkəranın mərkəzində biabırçı yol - Sakinlər icra başçısına müraciət etsələ də... - FOTO
  • Dünən, 09:25
    UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
  • Dünən, 09:17
     Ağsu Regional Qaz İstismar İdarəsində ciddi iddialar - Rəhbərlikdən açıqlama gözlənilir
  • Dünən, 09:03
    Bakının iki rayonunda işıq kəsiləcək
  • 4-11-2026, 19:00
    Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
  • 4-11-2026, 18:40
    Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
  • 4-11-2026, 18:30
    Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
  • 4-11-2026, 18:18
    Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə