Sizin reklam burada 728×90
Son dəqiqə

İran təkzib etdi: Rusiya da bunu etməyəcək

08.08.2022 16:18 600 1 dəq oxunur
İran təkzib etdi: Rusiya da bunu etməyəcək
Heç bir ölkə, o cümlədən Rusiya İranın "Xəyyam" peyki vasitəsilə çəkilmiş fotolardan hərbi məqsədlər üçün istifadə etməyəcək.

bakunews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Kosmik Agentliyi məlumat yayıb.

"Bəzi KİV-lərdə bu peykin şəkillərinin digər ölkələrin hərbi məqsədləri üçün istifadəsi ilə bağlı yayılan xəbərlər reallığa uyğun gəlmir. Peykin idarə edilməsi və istismarı ilə bağlı bütün əmrlər orbitə buraxıldıqdan dərhal sonra İran İslam Respublikası ərazisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus kosmik bazalarda yerləşən iranlı mütəxəssislər tərəfindən yerinə yetiriləcək", - məlumatda deyilib.

Qeyd edək ki, ABŞ-ın "Vaşinqton Post" qəzeti Rusiyanın İranın "Xəyyam" peykindən istifadə edərək Ukraynada casusluq etmək niyyətində olduğunu iddia etmişdi.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az