Sizin reklam burada 728×90
Son dəqiqə

İsveçin müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

15.07.2022 02:04 643 1 dəq oxunur
İsveçin müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
İsveç məhkəməsi tərəfindən 1988-ci ildə İran ərazisində edamların təşkilində iştirakına görə ömürlük həbs cəzasına məhkum edilmiş İran vətəndaşı Həmid Nuri ətrafında yaranmış vəziyyətlə əlaqədar İsveçin Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

bakunews.az
report-a istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Ona İranın rəsmi etiraz notası təqdim olunub. İran Xarici İşlər Nazirliyi İsveç hakimiyyətinin hərəkətlərinin iki ölkə arasında münasibətlərə xələl gətirdiyini vurğulayıb və Stokholmu hökmü ləğv etməyə, Nurini azadlığa buraxmağa və ona dəymiş ziyanı ödəməyə çağırıb.

İsveçin müvəqqəti işlər vəkili Həmid Nurinin işindən apellyasiya şikayətinin verilə biləcəyini xatırladıb.


bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az