• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Rusiya Qarabağı Ermənistandan çox istəyir - Bakıdan Moskvaya XƏBƏRDARLIQ

Siyasət

18-07-2022, 17:33

Son günlər Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi məsələsində nəzərəçarpacaq bir hərəkətlilik müşahidə olunur. Bu, istər Rusiya cəbhəsində, istər Qərb, istərsə də son vaxtlar rəsmi Tehranın mövqeyindən açıq hiss olunur.

Bölgədə soyuq savaşın günü-gündən daha da qızışması, mövqe mübarizəsinin daha da aktivləşməsi əbəs yerə deyil. Azərbaycan Cənubi Qafqazın açar dövləti olaraq bu gün regionda vəziyyəti kökündən dəyişdirə biləcək böyük hadisənin astanasındadır: Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində qeyd etdi ki, ayın 18-də (bu gün) Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur.

Bu sənəd Azərbaycanın diqtəsini artırmaq, gücünə güc qatmaq baxımından nə qədər əhəmiyyətlidirsə, Rusiyanı da bir o qədər narahat edən məsələdir. Ukrayna ilə müharibə fonunda aktuallığı birə-on artan enerji təhlükəsizliyi məsələsinin müəyyən bir hissəsini Azərbaycan vasiətsilə kompensasiya etmək istəyən Qərblə bu əməkdaşlıq təbiidir ki, Moskvanı qane edə bilməz.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel birliyin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı yenə bölgəyə göndərməsi davamlı sülh prosesi tezliklə əldəo olunması baxımından Qərbin mövqeyini ifadə etmək nöqteyi nəzərdən əhəmiyyətli ola bilər. Rəsmi Bakı Brüsselin vasitəçiliyini fəal surətdə həyata keçirməsindən məmnundur. Bu məsələdə yenə də məmnun olmayan Kremldir. Brüsseli qabaqlamaq istəyən Kreml yaxın günlərdə bölgəyə təmsilçisini göndərəcək və ya tərəfləri yenidən Moskvaya toplayacaq kimi görünür. Nəticənin isə həmişəki kimi ola(may)acağı istisna edilmir.



Artıq Rusiyanın 44 günlük müharibənin dayanmasında əsas pay sahibi kimi üzərindən 1 il 8 ay keçməsinə baxmayaraq nəhayət səfirini Şuşaya göndərməsi Kremlin region uğrunda savaşın qızışdığı bir vaxtda Bakı ilə münasibətlərini qoruyub saxlamaq üçün bir gedişdir. Əslində isə Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya səfərində qeyri-adi heç nə yoxdur. Doğrudur, Rusiya, ABŞ və Fransanın ölkəmizdəki səfirləri həmsədr ölkələrin təmsilçiləri kimi bu zamana kimi digər ölkələrin səfirləri kimi Şuşaya səfərə getməməyə üstünlük verirdilər. Onlar ölkələrinin rəsmi qurumlarının təlimatı əsasında Şuşaya səfər dəvətini geri çevirirdilər.

Yoxsa, Rusiya səfirnin ölkənin rəsmi qurumunun Şuşaya səfər təklifini qəbul etməməsini həmin ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik olduğunu anladı. Təbii ki, xeyr! Rusiya maraqlarına görə bu gedişi etmək məcburiyyətində qaldı. Bununla da amerikalı və fransalı həmkarlarını qabaqlayan Rusiya Bakının yanında daha hörmətli görünmək, Azərbaycanın ədalətli qələbəsini, Şuşa Zəfərini qəbul etdikləri təəssüratı yaratmaq istəyir.

Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Ermənistanla danışıqların vəziyyətinə dair səsləndirdiyi fikirlərindən çıxan nəticələr isə Rusiyanın məmnun edə bilməz. Çünki Azərbaycan lideri Rusiyanın Qarabağdakı hərəkətlərindən xoşhal olmadığını açıq şəkildə bəyan etdi:



Dövlət başçısının "Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan məcburən üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmir" çıxışından açıq anlamaq mümkündür ki, Bakı prosesin gedişatından heç məmnun deyil. Danışıqlarda irəliləyiş yoxdur, Ermənistan üzərinə düşən heç bir məsələni həll etmək istəmir.

İlham Əliyev çıxışında eyni zamanda "Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır.

Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb" açıqlamaları ilə diqqət çəkdi.



Bununla da Azərbaycan Prezidenti Rusiyanı verdiyi sözü tutmamaqda, üçtərəfli bəyanatdakı öhdəliyini yerinə yetirməməkdə açıq-aşkar ittiham edib. Dövlət başçısı Rusiya hərbi səlahiyyətlisinin götürdükləri öhdəliyi yerinə yetirməmələrini xatırlatmaqla Rusiyanın vasitəçi kimi bu məsələdəki fəaliyyətindən rəsmi Bakının narazılığını açıq şəkildə diqqətə çatdırıb. O, açıq şəkildə Rusiyanı vədinə xilaf çıxaraq Ermənistan hakimiyyətinə təsir edib erməni silahlı qüvvələrin Qarabağdan çıxarılmasını təmin etmədiyini bildirib.

Dövlət başçısının "Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir" mesajının iki ünvanı var - Rusiya və Ermənistan. İlham Əliyev eyni zamanda bu bəyanatı ilə rəsmi İrəvana təcili qərar vermək üçün fürsət verdi. Ermənistan rəhbərliyindən Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarıb-çıxarmayacaqları ilə bağlı konkret cavab gözlədiyini diqqətə çatdıran İlham Əliyev, İrəvanın qərarına uyğun rəsmi Bakının cavabının olacağını deyib.

Ölkə başçısı "Biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək" açıqlaması ilə isə əslində dolayısıyla İrəvanın öhdəliyindən yayınacağı təqdirdə Bakının cavabının hansı səpgidə olacağı mesajını da verdi.

Belə bir məqamda bütün gözlər Brüssel Tiblisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşə zillənmişdi. Azərbaycan və Ermənistan xarici işlərin nazirlərinin Tiflisdəki ilk görüşü nəticəsiz qalacağı halda bu sonrakı proseslərə mənfi təsir edəcək.



Gözlənilən görüş baş tutdu. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə ikitərəfli görüş keçirdi: 3 saata yaxın davam edən Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə baş tutub. Bakı və İrəvanın görüşlə bağlı rəsmi açıqlamalarından bu məqamlar diqqət çəkir.

Üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasını tələb edən Bakı, bura Rusiya tərəfinin iyun ayına qədər çıxarılmasına söz verdiyi, lakin vədini yerinə yetirmədiyi 4-cü bəndin (erməni qoşunların çıxarılması) həyata keçirilməsi, o cümlədən, Zəngəzur dəhlizinin Ermənistan tərəfinə düşən hissəsində işlərin başlanılmasını da Xİn başçıları səviyyəsində Ermənistanın qarşısına bir tələb kimi qoyub. Ermənistan tərəfi isə öz növbəsində "Qarabağ münaqişəsinin" həll edilmədiyini deyir, Minsk qrupunun mandatından istifadə edilməsini istəyir. Rəsmi açıqlamalardan belə nəticə çıxır ki, prinsipial məsələlərlə bağlı anlaşma olmayıb. Konkret desək, Ermənistan üzərinə götürdüyü öhdəlikləri öz xoşu ilə yerinə yetirmək niyyətində deyil. Bu isə müharibə ehtimalını qaçılmaz edir.

Prezident İlham Əliyevin son çıxışında XİN rəhbərlərinin görüşünün nəticəsini gözlədiyini, addımların buna uyğun atılacağını bəyan etdiyini xatırlasaq, Azərbaycanın bütün mümkün addımlara adekvat cavab verməyə hazır vəziyyətdə olduğunu deyə bilərik.\\milli.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

18-07-2022, 13:42

Bakı-Brüssel əməkdaşlığı Azərbaycana nə vəd edir? - Açıqlama

İqtisadiyyat

2-08-2022, 13:20

"Memorandumun imzalanması hər iki tərəfdən çox düzgün qərar idi"

Siyasət

19-07-2022, 13:07

"Azərbaycan-Aİ əlaqələrinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı qoyuldu" - RƏY

Siyasət

16-07-2022, 18:50

Azərbaycan Prezidenti: "Ermənistan məcburən üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmir"

Siyasət

25-08-2022, 20:31

Əliyev diqtə, Paşinyan icra edəcək: Putin İrəvana “Brüssel zərbəsi”ni bağışlamaz

Dünya

31-07-2022, 18:43

Metyu Brayza: “Avropa Kremlin enerji şantajına müqavimət göstərməyə hazırdır”

Siyasət

15-07-2022, 18:15

Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər

Siyasət

16-07-2022, 17:45

Prezident: "Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik"

Ölkə

1-05-2023, 19:23

Enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır

Gündəm / Siyasət

7-01-2023, 18:16

Qərbin regionda təsir gücünü artırma cəhdi: "Keçirilən görüşlərin uğurla nəticələnməsi üçün vacib şərt..."

Siyasət

15-07-2022, 19:13

İlham Əliyev: Status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir, biz də Zəngəzur üçün status tələb edə bilərik

Siyasət

17-02-2023, 22:20

Azərbaycan enerji təhlükəsizliyi baxımından strateji tərəfdaşdır

Araşdırma
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
Hadisə
Dünən, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Xəbər lenti
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Dünən, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Dünən, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Dünən, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Dünən, 13:08
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Dünən, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Dünən, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • 3-10-2026, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • 3-10-2026, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • 3-10-2026, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • 3-10-2026, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • 3-10-2026, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 3-10-2026, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • 3-10-2026, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • 3-10-2026, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • 3-10-2026, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • 3-10-2026, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • 3-10-2026, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • 3-10-2026, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • 3-10-2026, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • 3-10-2026, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • 3-10-2026, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • 3-10-2026, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • 3-10-2026, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • 3-10-2026, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • 3-10-2026, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • 3-10-2026, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • 3-10-2026, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • 3-10-2026, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə