Sizin reklam burada 728×90
Son dəqiqə

Avropa İttifaqı meymunçiçəyinə qarşı “Imvanex” peyvəndini təsdiqləyib

23.07.2022 12:33 533 1 dəq oxunur
Avropa İttifaqı meymunçiçəyinə qarşı “Imvanex” peyvəndini təsdiqləyib
Avropa İttifaqının dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyi (EMA) böyüklər üçün meymunçiçəyinə qarşı “Imvanex” peyvəndindən geniş istifadəyə icazə verib.


bakunews.az report-a istinadən xəbər verir ki, bu barədə agentliyin bəyanatında deyilir.

Dərman 2013-cü ildən Aİ-də çiçək xəstəliyinin qarşısının alınması üçün təsdiq edilmişdir.

Agentlik öz tövsiyələrini “Imvanex”in insanlarda meymunçiçəyinin qarşısının alınmasında təsirli olduğunu göstərən bir neçə araşdırmanın məlumatlarına əsaslandırıb.

Mütəxəssislərin fikrincə, dərmanın yan təsirləri yüngül və orta dərəcədədir və ondan istifadənin faydası risklərdən daha çoxdur. Bu tövsiyələr əsasında yaxın vaxtlarda preparatın istifadəsinə dair təlimatlara lazımi dəyişikliklər ediləcək.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az