Sizin reklam burada 728×90
Son dəqiqə

FHN xəstəxanalarda yoxlamalara başladı

01.02.2024 14:09 823 1 dəq oxunur
FHN xəstəxanalarda yoxlamalara başladı
Respublika Perinatal Mərkəzindəki yanğından sonra Fövqəladə Hallar Nazirliyi paytaxt və bölgələrdəki tibb müəssisələrində yoxlamalara başlayıb.
Bu barədə Bakupost.az -a yoxlama aparılan tibb müəssisələrindən birindən məlumat verilib.
Qeyd olunub ki, eyni zamanda körpələr evi, uşaq evləri, sanatoriyalar və digər müalicə-profilaktika müəssisələrində də yoxlamalar aparılır.
Yoxlamalar zamanı dövlət və özəl tibb müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunub-olunmadığı araşdırılır.
Mənbənin bildirdiyinə görə, bir sıra səhiyyə ocaqlarında "Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması Qaydaları"nın pozulması ilə bağlı faktlar aşkarlanıb.

Zaur
BakuPost
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az