Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb

08.12.2023 13:57 424 1 dəq oxunur
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlanıb


Azərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir.

APA xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var:

"Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır".
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az