Sizin reklam burada 728×90
Son dəqiqə

Nazir: “Aşıq Ələsgərin heykəli ilə bağlı eskizlər qənaətbəxş hesab edilməyib”

02.08.2022 21:10 536 1 dəq oxunur
Nazir: “Aşıq Ələsgərin heykəli ilə bağlı eskizlər qənaətbəxş hesab edilməyib”
Aşıq Ələsgərin heykəli ilə bağlı müsabiqənin birinci mərhələsində təqdim olunan eskizlər ekspert komissiyası tərəfindən qənaətbəxş hesab edilməyib.


bakunews.az apa-ya xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, hazırda müsabiqənin ikinci mərhələsindəyik.

“Yeni eskizlər alınıb. Müsabiqədə gənc heykəltaraşlar da iştirak edir. Hesab edirəm ki, ikinci mərhələnin elan edilməsi müsabiqənin nə qədər şəffaf olduğunu göstərir. Ümid edirik ki, ikinci mərhələ zamanı təqdim olunan eskizlərdən biri seçiləcək”,-deyə nazir bildirib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az