Sizin reklam burada 728×90
Son dəqiqə

İsmayıllı rayon sakinindən 3 kiloqramdan artıq narkotik vasitə götürülüb -

24.07.2023 10:24 375 1 dəq oxunur
İsmayıllı rayon sakinindən 3 kiloqramdan artıq narkotik vasitə götürülüb -
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş
məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilən əməliyyat zamanı İsmayıllı şəhər sakini, əvvəllər də eyni
əmələ görə məhkum olunmuş Şafiq Talıbov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 3 kiloqram artıq narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Talıbov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az